Təhsil 365 - Logo Mobile

Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub

12902.04.2026 - 18:45
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub

Müasir hərbi texnologiyaların sürətli inkişafı bütün sahələrdə olduğu kimi, Silahlı Qüvvələrin və ümumilikdə müdafiə sisteminin də transformasiyasına səbəb olub. Hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə, texnologiya sahəsindəki yeniliklər ilk növbədə ordu sistemində tətbiq olunur və bu, müasir orduların fəaliyyətinin əsasını təşkil edir.

O “Tehsil365”ə açıqlamasında qeyd edib ki, bu gün ordular əvvəlki dövrlərlə müqayisədə tamamilə dəyişib. Müasir tanklar artıq yalnız klassik zirehli texnika deyil, yüksək dəqiqlikli rəqəmsal sistemlərlə təchiz olunmuş kompleks döyüş vasitələrinə çevrilib. Bu texnologiyalar tankların döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırır və köhnə, rəqəmsal sistemlərə malik olmayan texnikanın effektivliyini minimuma endirir.

Eyni yanaşma hərbi aviasiya sahəsində də müşahidə olunur. Müasir təyyarələr yalnız uçuş vasitəsi kimi deyil, həm də kəşfiyyat, müşahidə və uzaq məsafədən hədəf vurma imkanlarına malik yüksək texnoloji sistemlər kimi çıxış edir. Stealth texnologiyası, raketlərdən yayınma sistemləri və yüksək dəqiqlikli silahlar bu təyyarələrin əsas üstünlüklərindən hesab olunur.

PUA-ların müharibədə artan rolu

Ramaldanov vurğulayır ki, müasir müharibələrdə pilotsuz uçuş aparatlarının (PUA) rolu xüsusilə artıb. Onun sözlərinə görə, hazırda bir çox münaqişələrdə PUA-lar əsas döyüş vasitələrindən birinə çevrilib və hətta bəzi hallarda qarşılıqlı PUA döyüşləri də müşahidə olunur.

PUA-lar daimi kəşfiyyat aparmaq, düşmənin hərəkətlərini izləmək və real vaxt rejimində məlumat ötürmək imkanına malikdir. Bu isə döyüş meydanında operativ qərarların qəbul edilməsinə və hərbi əməliyyatların effektiv idarə olunmasına şərait yaradır.

Texnologiyasız müharibə mümkün deyil

Ekspertin fikrincə, müasir dövrdə texnologiyasız hərbi əməliyyatların aparılması demək olar ki, mümkün deyil. Rəqəmsal texnologiyalar sayəsində dəqiq və nöqtə hədəflərə zərbə vurmaq imkanları genişlənib.

Bu kontekstdə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlarda tətbiq etdiyi texnologiyalar xüsusi qeyd olunur. Xüsusi təyinatlı qüvvələrin dəqiq atəş vasitələri ilə düşmən mövqelərinə yaxın məsafədən zərbələr endirməsi əməliyyatların uğurla nəticələnməsində mühüm rol oynayıb.

Bayraktar TB2 və müasir döyüş strategiyası

Vətən müharibəsində istifadə olunan Bayraktar TB2 pilotsuz uçuş aparatları Azərbaycanın hərbi üstünlüyünün təmin olunmasında mühüm rol oynayıb. Prezident İlham Əliyev də öz çıxışlarında bu texnologiyanın əhəmiyyətini yüksək qiymətləndirərək, onun düşmənin çoxsaylı hərbi texnikasının məhv edilməsində həlledici rol oynadığını qeyd edib.

Süni intellekt – müharibələrin yeni mərhələsi

Hazırda hərbi sahədə süni intellektin tətbiqi yeni mərhələyə keçid kimi qiymətləndirilir. Ramaldanovun sözlərinə görə, süni intellekt artıq kəşfiyyat, planlaşdırma və qərar qəbuletmə proseslərində istifadə olunur.

Bəzi hallarda əməliyyat planlarının süni intellekt tərəfindən təhlil edildiyi və optimallaşdırıldığı qeyd edilir. Bu isə müharibə strategiyalarının daha dəqiq və effektiv qurulmasına imkan verir.

Ordu gücü artıq texnologiya ilə ölçülür

Ekspert bildirir ki, müasir dövrdə ordunun gücü onun şəxsi heyətinin sayına görə deyil, texnoloji imkanlarına görə müəyyən edilir. Hətta say baxımından daha az resurslara malik olan bir ordu belə müasir texnologiyalar sayəsində böyük dövlət ordularına qarşı effektiv mübarizə apara bilər.

Bu baxımdan, müasir texnologiyaların tətbiqi və kadr potensialının inkişafı Azərbaycanın hərbi uğurlarında əsas amillərdən biri kimi çıxış edir.

Dövlətin ordu quruculuğu siyasəti

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirir. Ordu sisteminin müasir prinsiplərə uyğunlaşdırılması, qabaqcıl texnologiyaların tətbiqi və kadr hazırlığının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Bu siyasət Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına və Silahlı Qüvvələrin regionda ən güclü ordulardan birinə çevrilməsinə xidmət edir.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Vətən Müharibəsi Qəhrəmanı Səxavət Baxışovun xidmət yolu03.04.2026 - 06:00
Məmmədəli Hüseynovun elmi irsi və Azərbaycan paleontologiyasına töhfələri03.04.2026 - 05:42
Şəfiqə Qasımovanın teatr və kino sənətində izi03.04.2026 - 05:18
Xalq rəssamı Asəf Cəfərovun sənət yolu və irsi03.04.2026 - 05:06
Vasili Nikolskinin Azərbaycan Opera Sənətindəki Xidmətləri03.04.2026 - 04:54
Qaraqanın Yaradıcılığı və Müasir Azərbaycan Mədəniyyətində Yeri03.04.2026 - 04:36
Rövnəq Abdullayevin Fəaliyyəti və Dövlət Xidmətində Rolu03.04.2026 - 04:18
Heydər Hüseynovun İrsinə Bir Baxış03.04.2026 - 04:00
Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”02.04.2026 - 17:22