Təhsil 365 - Logo Mobile

Mərkəzi Elmi Kitabxana İstanbulda keçirilən beynəlxalq festivalda təmsil olunur

10203.04.2026 - 11:26
Mərkəzi Elmi Kitabxana İstanbulda keçirilən beynəlxalq festivalda təmsil olunur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, Rəqəmsallaşdırma və innovasiya üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, Süni intellekt və rəqəmsal kitabxana şöbəsinin baş mütəxəssisi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov və AMEA-nın Elmi İrs şöbəsinin baş mütəxəssisi Ramin Həsənov Türkiyədə keçirilən III Beynəlxalq Kitabxana və Texnologiya Festivalında iştirak edirlər.

MEK-dən “Tehsil365” ə bildirilib ki, festivalın builki mövzusu “Sağaldan kitabxana”dır. Rami Kitabxanasında keçirilən tədbir bu sahədə əlçatanlıq və inklüzivliyin gücləndirilməsi, oxucu məmnuniyyətinin artırılması məqsədi daşıyır. Festival informasiya texnologiyaları həlləri istehsalçılarını, rəqəmsal xidmət təqdimatçılarını və 2000-dən artıq iştirakçını bir platformada birləşdirərək kitabxanaçılıq sektoru ilə texnologiya dünyası arasında əməkdaşlıq imkanlarını genişləndirir.

Festivalın ilk günü təşkil olunan panel iclaslarda MEK nümayəndələri kitabxanalarda süni intellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi və perspektivləri barədə müzakirələrə qoşulublar.

Tədbir çərçivəsində kitab və arxiv sənədlərinin qorunması üçün vacib olan dezinfeksiya və klimat-kontrol texnologiyaları ilə tanışlıq olub, kitabxanalar üçün informasiya texnologiyaları həlləri və avadanlıq hazırlayan şirkətlərlə görüşlər keçirilib, təqdim olunan texnoloji imkanların MEK-də tətbiqi perspektivləri dəyərləndirilib. Türkiyənin akademik kitabxanaları ilə əməkdaşlıq edən şirkətlərlə AMEA-nın korporativ rəqəmsal kitabxana sisteminin qurulmasına texniki dəstək istiqamətində ilkin razılıqlar da əldə olunub.

Bundan əlavə, festivalda təqdim olunan ağıllı kitabxana idarəetmə sistemləri üzrə ixtisaslaşmış şirkətlərlə texnoloji həllər barədə fikir mübadiləsi aparılıb, IFLA-ya üzvlük məsələsi, həmçinin EBSCO, “Elsevier” və digər beynəlxalq şirkətlərin Türkiyə nümayəndələri ilə rəqəmsal kitabxanalar və məlumat bazalarına çıxış imkanları ilə bağlı səmərəli müzakirələr keçirilib. Akademik resursların yayımı sahəsində fəaliyyət göstərən Hiperkitab və digər platformalarla əməkdaşlıq imkanları da diqqət mərkəzində olub.

Qeyd olunub ki, 2025-ci ilin sentyabrında əldə edilmiş razılığa əsasən, MEK Azərbaycanda Hiperkitab platformasının resurslarına çıxış əldə edən yeganə kitabxanadır və artıq kitabxana tərəfindən rəqəmsallaşdırılmış 500-ə yaxın Azərbaycan nəşri bu sistemdə yerləşdirilib. Cari görüşdə əməkdaşlığın genişləndirilməsi istiqamətində əlavə addımlar da müzakirə olunub.

Səfər zamanı MEK-in direktoru Hüseyn Hüseynovun Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, aparıcı kitabxana rəhbərlərinin iştirakı ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu və Rami Kitabxanasının rəhbəri Əli Çelik ilə işgüzar görüşü baş tutub. Kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, elmi və mədəni əlaqələrin inkişafı, kitab və informasiya mübadiləsi, birgə layihələrin hazırlanması, eləcə də rəqəmsal kitabxanaların vahid platformada inteqrasiyası kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Zəhra Əliyeva

Xəbər Lenti

Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı nəzərdən keçirib03.04.2026 - 13:28
"Fəsil dəyişkənliyində məktəblilərin sağlam qidalanması vacibdir" - Məhsəti Hüseynova03.04.2026 - 13:20
"Sinifdə bacarıqlar nəzəriyyədən çox praktiki tətbiq tələb edir" -Natiq Məmişov03.04.2026 - 13:17
Azərbaycan muzeylərinin nadir eksponatları: “Orifiyanın oğurlanması” tablosu03.04.2026 - 13:10
“Şərq–Qərb Kino Lab” inkişaf proqramına qəbul yekunlaşıb03.04.2026 - 12:55
Qadınların peşə təhsilinə qəbulu 40 faizə çatıb03.04.2026 - 12:40
Peşə təhsilində qadınların üstünlük təşkil etdiyi ixtisasların adları açıqlanıb03.04.2026 - 12:25
Növbəti tədris ilindən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbə yataqxanası istifadəyə veriləcək03.04.2026 - 12:11
"Stresslə başa çıxmaq üçün şagirdlərə psixoloji strategiyaların öyrədilməsi" - Psixoloq Nabat Mirzəyeva03.04.2026 - 12:05
BANM-in 4 tələbəsi dünyanın 2-ci ən yaxşı universitetinin magistraturasına qəbul olub03.04.2026 - 11:59
"Məktəblərdə ev tapşırığının verilməsi ənənəvi sistemdən qalır" - Təhsil eksperti Məzahir Məmmədli 03.04.2026 - 11:58
Azyaşlı öyrənənlər üçün ingilis dili üzrə imtahanlara qeydiyyat elan edilir03.04.2026 - 11:48
Son 10 ildə peşə təhsilinə qəbul olanların sayı artıb03.04.2026 - 11:37
Aprel döyüşləri Azərbaycan tarixində dönüş nöqtəsidir03.04.2026 - 11:15
Astronavtlar kosmosdan Günəş tutulmasını izləyəcək03.04.2026 - 10:00
“Əsərlər dəyişmir, onları oxuyan insanlar dəyişir” – Gülnar Səma03.04.2026 - 10:00
“Tələbələr arasında ən çox yuxarı tənəffüs yolları və suçiçəyi xəstəlikləri yayılıb” – Rasif Bağırov03.04.2026 - 09:45
Azərbaycan məktəblərində rəqəmsal təhsil texnologiyalarının təsiri artmaqdadır03.04.2026 - 09:40
“Dərsliklər dövrün tələbinə uyğun müasirləşməlidir” – Elçin Hüseynbəyli03.04.2026 - 09:35
Gənclərdə nevroloji problemlər artır - AÇIQLAMA03.04.2026 - 09:25
Xərçəngdən qorunmaq üçün vacib qaydalar03.04.2026 - 09:15
KİV: ABŞ-də süni intellektin tətbiqi səbəbindən iri şirkətlərdə ixtisarlar artır03.04.2026 - 09:08
Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?03.04.2026 - 09:00
Günəşdə 69 dəqiqə partlayış oldu03.04.2026 - 08:50
ADU beynəlxalq reytinqlərdə yeni yüksəliş əldə etdi03.04.2026 - 08:40
Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək03.04.2026 - 08:31
“Orion” gəmisi AY YOLUNDA - Manevr tamamplandı03.04.2026 - 08:21
Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL03.04.2026 - 08:12
Aprel döyüşləri yalnız hərbi uğur deyil, həm də milli qürur və mənəvi üstünlük idi03.04.2026 - 08:00
İsveç məktəblərdə kitablara geri dönür, telefonlar qadağan olunur03.04.2026 - 07:50
ADU-nun müəllimləri şəhid Elvin Bayramovun ailəsinə ziyarət ediblər03.04.2026 - 07:41
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb03.04.2026 - 07:30
Cəza üsulu uşaqların psixologiyasını məhv edə bilər03.04.2026 - 07:23
Bu gün hava necə olacaq? - PROQNOZ03.04.2026 - 07:12
Liderlərə saxta DfE məktubuna qarşı ehtiyatlı olmağı tövsiyə etdilər03.04.2026 - 07:00
Rövşən Hüseynlinin futzal karyerası və milli komandadakı rolu03.04.2026 - 06:36
İradə İbrahimovanın musiqi yaradıcılığı və səhnə fəaliyyəti03.04.2026 - 06:18
Vətən Müharibəsi Qəhrəmanı Səxavət Baxışovun xidmət yolu03.04.2026 - 06:00
Məmmədəli Hüseynovun elmi irsi və Azərbaycan paleontologiyasına töhfələri03.04.2026 - 05:42
Şəfiqə Qasımovanın teatr və kino sənətində izi03.04.2026 - 05:18
Xalq rəssamı Asəf Cəfərovun sənət yolu və irsi03.04.2026 - 05:06
Vasili Nikolskinin Azərbaycan Opera Sənətindəki Xidmətləri03.04.2026 - 04:54
Qaraqanın Yaradıcılığı və Müasir Azərbaycan Mədəniyyətində Yeri03.04.2026 - 04:36
Rövnəq Abdullayevin Fəaliyyəti və Dövlət Xidmətində Rolu03.04.2026 - 04:18
Heydər Hüseynovun İrsinə Bir Baxış03.04.2026 - 04:00
Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54