Dövlət İmtahan Mərkəzi (DİM) “Young Learners” (azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edir.
DİM-dən “Tehsil365” ə bildirilib ki, imtahan iyunun 13-də keçiriləcək. Qeydiyyat aprelin 24-dək davam edəcək.
Bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.

