“Ümumiyyətlə məktəblərdə ev tapşırığının verilməsi bu kurikulum sistemi ilə ənənəvi sistemlə elə olduğu kimi davam eləyir.”
Bu sözləri “Tehsil365” ə açıqlamasında , təhsil eksperti Məzahir Məmmədli bildirib.
“Əslinə qalanda yəni müəllimlərin evə tapşırıq məsələsi bu bizim köhnə ənənəvi təhsildən qalmadır. Amma yəni dünya təcrübəsində də, təhsildə inkişaf eləmiş ölkələrdə də ev tapşırığı deyilən bir şey yoxdur. Yəni onlar məktəblərdə dərs müddətində həll eləyirlər.”
“Elə bu Azərbaycanın özündə də bu təcrübə var. Məsələn, bizim Azərbaycanda fəaliyyət göstərən özəl liseylərin hər biri evə tapşırıq vermir. Elə onlar tədris keçəndən sonra əlavə vaxt ayırırlar. Elə tədris keçdikləri məktəbin özündə belə tapşırıqlarını yerinə yetirirlər.”
“Amma bizdə bəzi sistem elə bil qarışıq sistemdir. Biz 2008-dən kurikulum sisteminə keçsək belə hələ də ev tapşırıqları davamlı olaraq verilir. Xüsusilə ibtidai siniflərdə valideynlərin bu məsələ ilə bağlı şikayətləri artır ki, yəni uşağa ev tapşırığı çox verilir, öhdəsindən gələ bilmir, dərs deməli, yükü çoxdur. Yəni belə narazılıqlar belə ara-sıra ifadə olunur, biz bunları eşidirik.”

