“Şagirdlərə stresslə necə sağlam şəkildə başa çıxmaq, emosiyalarını və duyğularını anlamaq və onları tanımaq, həmçinin bu hisslərin normal olduğunu izah etmək vacibdir.”
Bu sözləri “Tehsil365” ə açıqlamasında , psixoloq Nabat Mirzəyeva bildirib.
“İlk öncə onu söyləmək istəyirəm ki, biz şagirdlərə öyrətməliyik ki, stresslə necə sağlam şəkildə başa çıxılmalıdır. Bir neçə strategiya da olsa, onlara öyrədilməlidir. Və biz şagirdlərə öz emosiyalarını, duyğularını anlamağı və onları tanımağı, və hansı hissləri keçirtdikləri hisslərin, həyəcanın, o stressin onlara nələr qatdığını, necə hiss etdirdiyini biz onlara öyrətməliyik. Onlara o sualı verərək ki, onların o necə bir yaşadığı stressin hansı emosiyalara, hansı düşüncələrə yaratdığını və gətirdiyini soruşmalıyıq.”
“Və öz fikirlərini ifadə etmə bacarığını inkişaf etdirməliyik. Yəni biz onların duyğularını, hisslərini soruşaraq öz ifadə öz duyğularını, hisslərini ifadə etmə bacarığını inkişaf etdirməyi söyləməliyik.Yəni bu o deməkdir ki, ifadə etmə bacarığını inkişaf etdirməlidir.”
“Şagirdlərə stressin, həyəcan, narahatlıq hisslərinin normal olduğunu izah etməliyik. Yəni ki, izah edilməlidir ki, bu hisslər normaldır. Sözsüz ki, bu hissləri paylaşmaq, bölüşmək də normaldır. Bunların aşırı dərəcədə yaşamaq sözsüz ki, zərərlidir. Çünki hətta bir yeməyi belə aşırı dərəcədə yediyimiz zaman, suyu belə aşırı dərəcədə içdiyimiz zaman bu zərərlidir. Qalsın ki, bizim həyəcanımızı, stressimizi aşırı dərəcədə yaşamaq. Yəni balanslı və normal yaşamağı normal olduğunu və bunun paylaşılmasının normal olduğunu öyrədilməlidir.”
“Və digər vacib strategiyanın vaxtın düzgün idarə olunması. Yəni necə? Biz vaxtımızı şagird şagirdlər vaxtını düzgün şəkildə idarə edərlərsə, stress yaranmaz, həyəcan yaranmaz və planlı şəkildə dərs hazırlığı aparmaq, tapşırıqları mərhələli etmək, yəni hədəflərə qarşı gedilən yolda ən önəmli strategiyadır.”
“Və mütləq dərəcədə özlərini şagird olaraq biz söyləməliyik ki, sizin stressiniz, sizin həyəcanınız normaldır. Sizin keçirtdiyiniz, içinizdəki daxili dünyanızdakı qorxular normaldır. Əgər ki, bu çox olarsa, biz söyləməliyik ki, müəllimlərinizlə bölüşün, valideynlərinizlə bölüşün. Mütləq dərəcədə hər ya valideyn, ya müəllimlərlə, müəllimlərlə bölüşərək içinizdəki narahatlığın hansı dərəcədə olduğunu bizlərə anlatın.”
“Və bundan əlavə müsbət düşünmək bacarığını şagirdlər inkişaf etdirməlidirlər. Yəni müsbət düşünmə bacarığı şagirdlər üçün çox önəmlidir. Mən bacarmayacağam, mən edə bilməyəcəyəm, məndə alınmayacaq kimi mənfi düşüncələrə biz mən özümü daha da inkişaf etdirəcəyəm, çalışdıqca yaxşı nəticə əldə edə bilərəm, mən filan hadisəni bacarmışdım, filan hədəfi edə bilmişdim, bunu da bacaracam, bunu da öhdəsindən gələcəyəm kimi düşüncə forması öyrədilməlidir, aşılanmalıdır. Yəni bir növ özünə inam, özünə yəni öz güvənin formalaşdırılması, belə söyləyəcəm.”
“Və mütləq dərəcədə stresin idarə olunması üçün yuxu, yəni sağlam yuxu, sağlam gündəlik olaraq yuxumuza diqqət yetirməliyik. Vaxtında yatıb, vaxtında oyanılmalıdır. Və fiziki olaraq aktivliyi də balans etməliyik. Yəni çox fiziki olaraq aktiv olsaq və sağlam yuxu yatmasaq, bu bizim istər-istəməz şagird olaraq da, yəni fiziki yorulma, ruhsal yorulmağa stresə gətirib çıxardır.”
“Nəticə olaraq budur ki, şagirdlərə stresi tamamilə yox etməli olduğunu söyləməməliyik. Onlarla yəni onu düzgün idarə etməyi, başarmağı, daxili dünyalarımızda baş verən hissləri anlamağı, dinləməyi, nə üçün özümüzü belə hiss etdiyimizi, hiss etdiyimizə diqqət yetirməliyik. Bunu valideynlərimizlə, müəllimlərimizlə və bu işin peşəkarları ilə bölüşməliyik, bölüşülməlidir. Yəni bu sözsüz ki, bu bacarıqların inkişaf olunması, fikirlərin ifadə edilməsi, emosiyaların anlamağı təkcə məktəb həyatında deyil, gələcək həyat mərhələlərində də dayanıqlığını gücləndirir.”

