Təhsil 365 - Logo Mobile

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub

7103.04.2026 - 18:02
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub

Aprelin 3-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub.

“Tehsil365" xəbər verir ki, infoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, jurnalist və blogerlər, eləcə də digər qonaqlar iştirak ediblər.

İnfoturun məqsədi peşə təhsili sahəsində həyata keçirilən islahatlar, regionlarda müasir peşə tədrisi imkanları və tələbələr üçün yaradılmış şəraitlə yaxından tanışlığın təmin edilməsidir.

İştirakçılar əvvəlcə mərkəzin maddi-texniki bazası və tədris mühiti ilə tanış olublar. Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.

2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, informasiya texnologiyaları və bərpaolunan enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.

Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlığının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.

Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir.

İnfoturun davamında müxtəlif ixtisas istiqamətləri üzrə təşkil olunmuş master-klaslar izlənilib. Bu çərçivədə bitkiçilik (istixana şəraitində təlim), açıq havada təşkil olunan dərs prosesi, sinifdaxili tədris nümunələri, hərbi və idman hazırlığı, eləcə də dərzi, bərbər, geyim üzrə dizayner, aşpaz və qənnadçı ixtisasları üzrə tələbələrin praktiki məşğələləri nümayiş etdirilib.

İştirakçılar tədris prosesinin praktiki yönümü, tələbələrin real iş mühitinə uyğun bacarıqlar qazanması və peşə təhsilinin müasir yanaşmalar əsasında təşkili ilə yerində tanış olmaq imkanı əldə ediblər.

İnfotur çərçivəsində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə tərəfindən “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda təqdimat edilib. Təqdimatda peşə təhsilinin əlçatanlığının təmin edilməsi, yenilənən infrastruktur, peşə təhsilində tədrisin məzmunu və təhsilverənlərin peşəkar inkişafı, rəqəmsallaşan peşə təhsili, peşə təhsilində yeni maliyyələşmə modeli kimi yanaşmalar barədə ətraflı məlumat verilib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Uşaq geyimlərində təhlükəli səviyyədə qurğuşun aşkar edilib03.04.2026 - 19:56
Ölkədə şəraitsiz məktəblərin sayı 400-ə enib03.04.2026 - 19:54
Nazir müavini: Peşə təhsili alan qadınların sayı 10 mini keçib03.04.2026 - 19:52
Azərbaycanda 41 min tələbə peşə təhsili alır03.04.2026 - 19:48
Azərbaycan Universitetində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib03.04.2026 - 19:44
Günəşdə partlayış baş verib03.04.2026 - 19:38
Ermənistanda uşaqlar üçün sosial şəbəkələr məhdudlaşdırıla bilər03.04.2026 - 19:32
Qarabağ Universiteti üçün STRATEJİ ÇAĞIRIŞ03.04.2026 - 19:28
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır03.04.2026 - 19:24
Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq03.04.2026 - 19:20
Məktəblər şagirdləri həyata hazırlayır, yoxsa sadəcə imtahanlara? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:15
Müasir təhsil sistemi “öyrətmək” üçündür, yoxsa “düşündürmək”? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:12
Onlayn tibbi məsləhətlərə nə qədər güvənmək olar? – Tibb ekspertindən açıqlama03.04.2026 - 19:08
Müasir gənclərin kitab oxuma marağı necə dəyişir? – Yazardan açıqlama03.04.2026 - 19:02
LDU-da əmək bazarının nümayəndələri ilə görüş keçirilib03.04.2026 - 18:56
Peşə təhsili üzrə 64 proqram hazırlanıb03.04.2026 - 18:55
Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri tezliklə nəşr olunacaq03.04.2026 - 18:54
İki olimpiadanın nəticələri AÇIQLANDI03.04.2026 - 18:48
Firudin Qurbanov Bərdə və Ağdam rayonlarında olub03.04.2026 - 18:44
Sertifikatlaşdırma ilə bağlı görüşlər keçirilib03.04.2026 - 18:40
Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb03.04.2026 - 18:36
Azərbaycanlı şagird Stanford Universitetinə qəbul olub03.04.2026 - 18:32
Güclü külək Qazaxda məktəb binasına zərər vurdu03.04.2026 - 18:30
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub03.04.2026 - 18:24
Nazir Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb03.04.2026 - 18:21
AzMİU-da universitet–sənaye əməkdaşlığının genişləndirilməsi müzakirə edilib03.04.2026 - 18:20
“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə” sənədli filminin ilk bölümü yayımlanıb03.04.2026 - 18:16
Kənan Kərimzadə: 400-ə yaxın məktəbin təmirə və ya yenidən tikilməyə ehtiyacı var03.04.2026 - 18:10
Qanuna edilmiş dəyişikliklər patentlərə əlçatanlığı daha da asanlaşdıracaq03.04.2026 - 18:08
281 müəllim peşə təhsili üzrə beynəlxalq təlimə cəlb olunub03.04.2026 - 18:00
“Tarixi Filmlər Reallığı Dəqiq Əks Etdirmir" – Tarix Elmlər Doktoru, professor İradə Bağırova Açıqladı03.04.2026 - 17:55
“Sabahın alimləri” müsabiqəsinin qalibi Stanford Universitetinə qəbul olub03.04.2026 - 17:55
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və xalqımızın birliyini nümayiş etdirdi03.04.2026 - 17:54
Ən gənc tələbənin 13, ən yaşlının 78 yaşı var - Peşə təhsilində yaş müxtəlifliyi03.04.2026 - 17:50
Elçin Süleymanov: “Universitetlərdə ingilis dili mühitinin yaradılması vacibdir”03.04.2026 - 17:49
Şərqşünaslıq İnstitutunda çalışmış alimlər elmi məktəblər yaradıblar03.04.2026 - 17:48
Fazil Mustafa: Gənclərin sosial dəstəyi praktik mexanizmlərlə gücləndirilməlidir03.04.2026 - 17:47
Esmira İbrahimova: “Xarici təhsil modellərindən bəzi nümunələr Azərbaycanda tətbiq oluna bilər”03.04.2026 - 17:45
Azərbaycanlı tələbələr ABŞ-də süni intellekt əsaslı qeydiyyat sistemi yaradıblar03.04.2026 - 17:45
Şərqşünas-alim: Suni intellekt şumer mətnlərinin öyrənilməsi işini asanlaşdırır03.04.2026 - 17:42
Kənan Kərimzadə: Dual peşə təhsilinə maraq artıb03.04.2026 - 17:40
Dövlət sifarişi ilə peşə təhsili alanların sayı artıb – STATİSTİKA03.04.2026 - 17:40
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbə yataqxanası istifadəyə veriləcək03.04.2026 - 17:35
Patent müvəkkilliyinə namizədlər aprelin 12-də imtahan verəcəklər03.04.2026 - 17:34
Peşə təhsilində qadınlar daha çox bu ixtisası seçirlər03.04.2026 - 17:30
ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı layihəsi təkmilləşdiriləcək03.04.2026 - 17:26
7 peşə təhsili müəssisəsində yenidənqurma və təmir işləri aparılacaq03.04.2026 - 17:25