Təhsil 365 - Logo Mobile

Qanuna edilmiş dəyişikliklər patentlərə əlçatanlığı daha da asanlaşdıracaq

7103.04.2026 - 18:08
Qanuna edilmiş dəyişikliklər patentlərə əlçatanlığı daha da asanlaşdıracaq

Patent haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Qanun martın 31-dən qüvvəyə minib. Dəyişikliklər nəticəsində Qanunun ayrı-ayrı müddəaları arasındakı bəzi uyğunsuzluqlar aradan qaldırılıb. Beynəlxalq təcrübəyə uyğun olaraq “Patent haqqında” Qanuna bir sıra yeni anlayışlar daxil edilib. Həmçinin ixtiralara, faydalı modellərə və sənaye nümunələrinə patentlərin alınması prosedurları sadələşdirilib, iddia sənədlərinin ekspertizasının sürətləndirilməsinin təmin edilməsi və keyfiyyətinin artırılması məqsədilə bir sıra yeni müddəalar əlavə edilib.

Bu barədə “Tehsil365"ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Qanunvericiliyə dəyişikliklər və əlavələr edilərkən, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) mütəxəssislərinin tövsiyələri də nəzərə alınıb. Nəticədə milli patent qanunvericiliyində beynəlxalq təcrübədə olduğu kimi iddia sənədinin verilmə tarixinin müəyyən edilməsi, iddia sənədi üzrə bilavasitə təmsiletmə, ilkinlik iddiasında düzəlişlər və ya əlavələr, ilkinlik hüququnun bərpa edilməsi, imtina halında iradların təqdim olunması imkanı, müddətlərin uzadılması, müddətin qəsdən buraxılmadığı müəyyən edildikdə hüquqların bərpasına dair normalar təsbit edilib.

“Patent haqqında” Qanunda aparılmış dəyişikliklər ixtiralar üçün təxirə salınmış sistem üzrə, faydalı modellər və sənaye nümunələri üçün isə yoxlama sistemi üzrə mahiyyətcə ekspertizaya keçidi təmin edir. Mahiyyətcə ekspertizaya keçid patentə dair məlumatların dərci haqqında qərar əsasında deyil, ümumi qəbul edilmiş standartlara uyğun olaraq, Əqli Mülkiyyət Agentliyinin mühafizə sənədinin verilməsi haqqında qərarı əsasında həyata keçiriləcək. İddiaçının vəsatəti əsasında mahiyyətcə ekspertizanın keçirilməsinə dair Qanunda yeni müddəanın verilməsi ekspertizanın sürətli aparılmasını təmin edəcək və patentin verilməsi müddəti azalacaq.

Qanuna edilmiş yeni dəyişikliyə uyğun olaraq ixtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə müraciət etməklə həyata keçirə biləcəklər. Lakin əvvəllər Azərbaycan patenti almaq istəyən xarici hüquqi və fiziki şəxslər iddia sənədlərinin verilməsi və patentin alınmasınadək olan mərhələdə bütün hüquqi hərəkətləri, yazışmaları və digər prosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyata keçirməli idi. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olurdu.

Patent qanunvericiliyinin təkmilləşdirilməsinin patent göstəriciləri üzrə ölkəmizin beynəlxalq reytinqinin artmasına da müsbət təsirinin olacağı gözlənilir.

İndiyədək pərakəndə şəkildə tənzimlənən, bir sıra hallarda isə ümumiyyətlə, tənzimlənməsi böyük problem olan daha aktual bir məsələ də öz həllini tapacaq: işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi baza formalaşacaq. Yəni ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcək.

Qanuna edilən dəyişikliklər ölkəmizin ÜƏMT-nin Patent hüququ Müqaviləsinə və Əqli mülkiyyət, genetik ehtiyatlar və genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklər haqqında Müqaviləsinə qoşulması üçün də böyük əhəmiyyət daşıyır. Dəyişikliklər barədə Qanunun qəbulu ilə bu sahədə yeni mərhələnin başlandığı xüsusi olaraq vurğulanmalıdır.

Nərmin Mustafayeva

Xəbər Lenti

Uşaq geyimlərində təhlükəli səviyyədə qurğuşun aşkar edilib03.04.2026 - 19:56
Ölkədə şəraitsiz məktəblərin sayı 400-ə enib03.04.2026 - 19:54
Nazir müavini: Peşə təhsili alan qadınların sayı 10 mini keçib03.04.2026 - 19:52
Azərbaycanda 41 min tələbə peşə təhsili alır03.04.2026 - 19:48
Azərbaycan Universitetində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib03.04.2026 - 19:44
Günəşdə partlayış baş verib03.04.2026 - 19:38
Ermənistanda uşaqlar üçün sosial şəbəkələr məhdudlaşdırıla bilər03.04.2026 - 19:32
Qarabağ Universiteti üçün STRATEJİ ÇAĞIRIŞ03.04.2026 - 19:28
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır03.04.2026 - 19:24
Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq03.04.2026 - 19:20
Məktəblər şagirdləri həyata hazırlayır, yoxsa sadəcə imtahanlara? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:15
Müasir təhsil sistemi “öyrətmək” üçündür, yoxsa “düşündürmək”? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:12
Onlayn tibbi məsləhətlərə nə qədər güvənmək olar? – Tibb ekspertindən açıqlama03.04.2026 - 19:08
Müasir gənclərin kitab oxuma marağı necə dəyişir? – Yazardan açıqlama03.04.2026 - 19:02
LDU-da əmək bazarının nümayəndələri ilə görüş keçirilib03.04.2026 - 18:56
Peşə təhsili üzrə 64 proqram hazırlanıb03.04.2026 - 18:55
Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri tezliklə nəşr olunacaq03.04.2026 - 18:54
İki olimpiadanın nəticələri AÇIQLANDI03.04.2026 - 18:48
Firudin Qurbanov Bərdə və Ağdam rayonlarında olub03.04.2026 - 18:44
Sertifikatlaşdırma ilə bağlı görüşlər keçirilib03.04.2026 - 18:40
Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb03.04.2026 - 18:36
Azərbaycanlı şagird Stanford Universitetinə qəbul olub03.04.2026 - 18:32
Güclü külək Qazaxda məktəb binasına zərər vurdu03.04.2026 - 18:30
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub03.04.2026 - 18:24
Nazir Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb03.04.2026 - 18:21
AzMİU-da universitet–sənaye əməkdaşlığının genişləndirilməsi müzakirə edilib03.04.2026 - 18:20
“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə” sənədli filminin ilk bölümü yayımlanıb03.04.2026 - 18:16
Kənan Kərimzadə: 400-ə yaxın məktəbin təmirə və ya yenidən tikilməyə ehtiyacı var03.04.2026 - 18:10
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub03.04.2026 - 18:02
281 müəllim peşə təhsili üzrə beynəlxalq təlimə cəlb olunub03.04.2026 - 18:00
“Tarixi Filmlər Reallığı Dəqiq Əks Etdirmir" – Tarix Elmlər Doktoru, professor İradə Bağırova Açıqladı03.04.2026 - 17:55
“Sabahın alimləri” müsabiqəsinin qalibi Stanford Universitetinə qəbul olub03.04.2026 - 17:55
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və xalqımızın birliyini nümayiş etdirdi03.04.2026 - 17:54
Ən gənc tələbənin 13, ən yaşlının 78 yaşı var - Peşə təhsilində yaş müxtəlifliyi03.04.2026 - 17:50
Elçin Süleymanov: “Universitetlərdə ingilis dili mühitinin yaradılması vacibdir”03.04.2026 - 17:49
Şərqşünaslıq İnstitutunda çalışmış alimlər elmi məktəblər yaradıblar03.04.2026 - 17:48
Fazil Mustafa: Gənclərin sosial dəstəyi praktik mexanizmlərlə gücləndirilməlidir03.04.2026 - 17:47
Esmira İbrahimova: “Xarici təhsil modellərindən bəzi nümunələr Azərbaycanda tətbiq oluna bilər”03.04.2026 - 17:45
Azərbaycanlı tələbələr ABŞ-də süni intellekt əsaslı qeydiyyat sistemi yaradıblar03.04.2026 - 17:45
Şərqşünas-alim: Suni intellekt şumer mətnlərinin öyrənilməsi işini asanlaşdırır03.04.2026 - 17:42
Kənan Kərimzadə: Dual peşə təhsilinə maraq artıb03.04.2026 - 17:40
Dövlət sifarişi ilə peşə təhsili alanların sayı artıb – STATİSTİKA03.04.2026 - 17:40
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbə yataqxanası istifadəyə veriləcək03.04.2026 - 17:35
Patent müvəkkilliyinə namizədlər aprelin 12-də imtahan verəcəklər03.04.2026 - 17:34
Peşə təhsilində qadınlar daha çox bu ixtisası seçirlər03.04.2026 - 17:30
ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı layihəsi təkmilləşdiriləcək03.04.2026 - 17:26
7 peşə təhsili müəssisəsində yenidənqurma və təmir işləri aparılacaq03.04.2026 - 17:25