Təhsil 365 - Logo Mobile

Müasir gənclərin kitab oxuma marağı necə dəyişir? – Yazardan açıqlama

7803.04.2026 - 19:02
Müasir gənclərin kitab oxuma marağı necə dəyişir? – Yazardan açıqlama

Son illərdə cəmiyyətdə tez-tez səslənən fikirlərdən biri də gənclərin kitab oxumağa marağının azalması ilə bağlıdır. Lakin mütəxəssislər bu yanaşmanın birmənalı olmadığını və daha geniş kontekstdə dəyərləndirilməli olduğunu bildirirlər.

Mövzu ilə bağlı yazar İradə Aytel “Tehsil365"ə açıqlama verib.

Yazar bildirib ki, “Müasir dövrdə ‘gənclər kitab oxumur’ fikri artıq bir klişeyə çevrilib. Bu yanaşma müəyyən həqiqət payı daşısa da, eyni zamanda yenidən düşünülməyə ehtiyac duyur.”

Onun sözlərinə görə, bu vəziyyətin səbəblərindən biri təhsil sistemindəki yanaşma ilə bağlıdır: “Bugünkü təhsil sistemi şagirdin dünyagörüşünün bütöv şəkildə formalaşmasından daha çox, onun konkret ixtisas üzrə yönləndirilməsinə xidmət edir. Orta məktəblərdə tətbiq olunan selektiv yanaşma – yəni şagirdin seçdiyi sahəyə uyğun fənlərə üstünlük verməsi – geniş mütaliə vərdişlərinin zəifləməsinə gətirib çıxarır.”

Yazar qeyd edib ki, əvvəlki dövrlərlə müqayisədə informasiya mənbələrinin xarakteri də ciddi şəkildə dəyişib: “Bir zamanlar ədəbiyyat və digər sahələr üzrə biliklərin əsas mənbəyi kitab idi. Bu gün isə rəqəmsal platformalar, vizual media və interaktiv resurslar bu rolu bölüşür.”

Onun fikrincə, müasir gənclərin məlumat qavrama üsulu fərqlidir: “Gənc nəsil informasiyanı yalnız oxumaqla deyil, eyni zamanda izləmək, dinləmək və təcrübə etmək yolu ilə mənimsəyir. Bu isə idrak modelinin dəyişməsi deməkdir, lakin bu dəyişiklik mütləq şəkildə səviyyənin aşağı düşməsi kimi qiymətləndirilməməlidir.”

Yazar vurğulayıb ki, burada əsas məsələ oxumağın mahiyyətinin deyil, formasının dəyişməsidir: “Müasir gənc klassik romanı əvvəlki kimi uzun müddət oxumaya bilər, lakin eyni ideyanı fərqli platformalar vasitəsilə qavrayır. Bu, bilik əldə etmə üsullarının diversifikasiyasıdır.”

Bununla belə, yazar kitabın əhəmiyyətinin dəyişmədiyini qeyd edib: “Kitab yalnız informasiya ötürmür, eyni zamanda düşünməyi, təhlil etməyi və daxili dialoq qurmağı öyrədir. Vizual vasitələr sürətli qavrayış yaratsa da, dərinlik baxımından kitabın təsirini tam əvəz edə bilmir.”

Sonda o əlavə edib ki, müasir dövrdə də kitabı sevən gənclərin sayı az deyil: “Mütaliəni həyat tərzinə çevirən və ədəbi yaradıcılıqla məşğul olan gənclər var. Bu göstərir ki, məsələ ‘gənclər oxumur’ kimi deyil, ‘oxuma mədəniyyəti transformasiya olunur’ kimi qiymətləndirilməlidir.”

Nərmin Mustafayeva

Xəbər Lenti

15 yaşdan kiçiklər sosial mediadan istifadə edə bilməyəcək03.04.2026 - 19:58
Uşaq geyimlərində təhlükəli səviyyədə qurğuşun aşkar edilib03.04.2026 - 19:56
Ölkədə şəraitsiz məktəblərin sayı 400-ə enib03.04.2026 - 19:54
Nazir müavini: Peşə təhsili alan qadınların sayı 10 mini keçib03.04.2026 - 19:52
Azərbaycanda 41 min tələbə peşə təhsili alır03.04.2026 - 19:48
Azərbaycan Universitetində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib03.04.2026 - 19:44
Günəşdə partlayış baş verib03.04.2026 - 19:38
Ermənistanda uşaqlar üçün sosial şəbəkələr məhdudlaşdırıla bilər03.04.2026 - 19:32
Qarabağ Universiteti üçün STRATEJİ ÇAĞIRIŞ03.04.2026 - 19:28
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır03.04.2026 - 19:24
Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq03.04.2026 - 19:20
Məktəblər şagirdləri həyata hazırlayır, yoxsa sadəcə imtahanlara? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:15
Müasir təhsil sistemi “öyrətmək” üçündür, yoxsa “düşündürmək”? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:12
Onlayn tibbi məsləhətlərə nə qədər güvənmək olar? – Tibb ekspertindən açıqlama03.04.2026 - 19:08
LDU-da əmək bazarının nümayəndələri ilə görüş keçirilib03.04.2026 - 18:56
Peşə təhsili üzrə 64 proqram hazırlanıb03.04.2026 - 18:55
Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri tezliklə nəşr olunacaq03.04.2026 - 18:54
İki olimpiadanın nəticələri AÇIQLANDI03.04.2026 - 18:48
Firudin Qurbanov Bərdə və Ağdam rayonlarında olub03.04.2026 - 18:44
Sertifikatlaşdırma ilə bağlı görüşlər keçirilib03.04.2026 - 18:40
Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb03.04.2026 - 18:36
Azərbaycanlı şagird Stanford Universitetinə qəbul olub03.04.2026 - 18:32
Güclü külək Qazaxda məktəb binasına zərər vurdu03.04.2026 - 18:30
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub03.04.2026 - 18:24
Nazir Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb03.04.2026 - 18:21
AzMİU-da universitet–sənaye əməkdaşlığının genişləndirilməsi müzakirə edilib03.04.2026 - 18:20
“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə” sənədli filminin ilk bölümü yayımlanıb03.04.2026 - 18:16
Kənan Kərimzadə: 400-ə yaxın məktəbin təmirə və ya yenidən tikilməyə ehtiyacı var03.04.2026 - 18:10
Qanuna edilmiş dəyişikliklər patentlərə əlçatanlığı daha da asanlaşdıracaq03.04.2026 - 18:08
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub03.04.2026 - 18:02
281 müəllim peşə təhsili üzrə beynəlxalq təlimə cəlb olunub03.04.2026 - 18:00
“Sabahın alimləri” müsabiqəsinin qalibi Stanford Universitetinə qəbul olub03.04.2026 - 17:55
“Tarixi Filmlər Reallığı Dəqiq Əks Etdirmir" – Tarix Elmlər Doktoru, professor İradə Bağırova Açıqladı03.04.2026 - 17:55
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və xalqımızın birliyini nümayiş etdirdi03.04.2026 - 17:54
Ən gənc tələbənin 13, ən yaşlının 78 yaşı var - Peşə təhsilində yaş müxtəlifliyi03.04.2026 - 17:50
Elçin Süleymanov: “Universitetlərdə ingilis dili mühitinin yaradılması vacibdir”03.04.2026 - 17:49
Şərqşünaslıq İnstitutunda çalışmış alimlər elmi məktəblər yaradıblar03.04.2026 - 17:48
Fazil Mustafa: Gənclərin sosial dəstəyi praktik mexanizmlərlə gücləndirilməlidir03.04.2026 - 17:47
Azərbaycanlı tələbələr ABŞ-də süni intellekt əsaslı qeydiyyat sistemi yaradıblar03.04.2026 - 17:45
Esmira İbrahimova: “Xarici təhsil modellərindən bəzi nümunələr Azərbaycanda tətbiq oluna bilər”03.04.2026 - 17:45
Şərqşünas-alim: Suni intellekt şumer mətnlərinin öyrənilməsi işini asanlaşdırır03.04.2026 - 17:42
Kənan Kərimzadə: Dual peşə təhsilinə maraq artıb03.04.2026 - 17:40
Dövlət sifarişi ilə peşə təhsili alanların sayı artıb – STATİSTİKA03.04.2026 - 17:40
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbə yataqxanası istifadəyə veriləcək03.04.2026 - 17:35
Patent müvəkkilliyinə namizədlər aprelin 12-də imtahan verəcəklər03.04.2026 - 17:34
Peşə təhsilində qadınlar daha çox bu ixtisası seçirlər03.04.2026 - 17:30
ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı layihəsi təkmilləşdiriləcək03.04.2026 - 17:26