Təhsil 365 - Logo Mobile

Uzun illər ‘funksiyasız’ sayılan timus vəzisi həyat qurtaran orqan imiş

7803.04.2026 - 17:00
Uzun illər ‘funksiyasız’ sayılan timus vəzisi həyat qurtaran orqan imiş

Alimlər uzun illərdir böyüklərdə funksiyasını böyük ölçüdə itirdiyi düşünülən timus vəzisinin, əslində immun sistemini dəstəkləyərək xərçənglə mübarizədə və ürək sağlığında mühüm rol oynadığını sübut ediblər.

"Tehsil365" xəbər verir ki, tibb dünyasında uzun illərdir yeniyetməlik dövründən sonra "kütləşmiş və funksiyasız" qəbul edilən timus vəzisi müasir texnologiyanın işığında yenidən qiymətləndirilir. "Mass General Brigham" tədqiqatçıları tərəfindən aparılan və süni intellekt alqoritmləri ilə dəstəklənən iki ayrı araşdırma döş qəfəsinin yuxarı hissəsində yerləşən bu orqanın yetkinlik dövründə də vacib funksiyalara malik olduğunu sübut edib.

Ənənəvi tibb təlimi timus vəzisinin yeniyetməlikdən sonra kiçilərək yağ toxumasına çevrildiyini və immun hüceyrəsi istehsalını dayandırdığını müdafiə edirdi. Lakin tədqiqatçılar minlərlə kompüter tomoqrafiyası (KT) müayinəsini süni intellektlə analiz edərək bu fikri ciddi şəkildə sarsıtdılar.

Professor Huqo Aertsın rəhbərlik etdiyi komanda sübut etdi ki, sağlam və aktiv timus vəzisinə malik böyüklər, bu orqanı erkən dövrdə sıradan çıxan şəxslərə nisbətən nəzərəçarpacaq dərəcədə daha uzun yaşayır və onlarda ürək-damar xəstəliklərinə tutulma riski xeyli aşağıdır.

İmmunoterapiya alan xəstələr araşdırıldıqda, timus vəzisi sağlam və aktiv olanların müalicəyə daha güclü cavab verdiyi ortaya çıxıb. Məlumatlara görə, aktiv timus quruluşuna malik xərçəng xəstələrində:

Xəstəliyin irəliləmə riski %37,

Ölüm riski isə %44 nisbətində azalıb.

Bu nəticə T-hüceyrələrinin istehsal mərkəzi olan timus vəzisinin xərçənglə mübarizədə strateji rol oynadığını göstərir.

Siqaret istifadəsi, piylənmə və xroniki iltihablanma bu orqanın funksiyalarını sürətlə pozur.

Balanslı metabolik sağlıq isə timus aktivliyini dəstəkləyir.

Mütəxəssislər "qocalma saatı" kimi xarakterizə edilən timus vəzisinin qorunmasının bədənin həm infeksiyalara, həm də xərçəng və ürək çatışmazlığı kimi ciddi xəstəliklərə qarşı müqavimətini artıra biləcəyini vurğulayırlar.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Ölkədə şəraitsiz məktəblərin sayı 400-ə enib03.04.2026 - 19:54
Nazir müavini: Peşə təhsili alan qadınların sayı 10 mini keçib03.04.2026 - 19:52
Azərbaycanda 41 min tələbə peşə təhsili alır03.04.2026 - 19:48
Azərbaycan Universitetində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib03.04.2026 - 19:44
Günəşdə partlayış baş verib03.04.2026 - 19:38
Ermənistanda uşaqlar üçün sosial şəbəkələr məhdudlaşdırıla bilər03.04.2026 - 19:32
Qarabağ Universiteti üçün STRATEJİ ÇAĞIRIŞ03.04.2026 - 19:28
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır03.04.2026 - 19:24
Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq03.04.2026 - 19:20
Məktəblər şagirdləri həyata hazırlayır, yoxsa sadəcə imtahanlara? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:15
Müasir təhsil sistemi “öyrətmək” üçündür, yoxsa “düşündürmək”? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:12
Onlayn tibbi məsləhətlərə nə qədər güvənmək olar? – Tibb ekspertindən açıqlama03.04.2026 - 19:08
Müasir gənclərin kitab oxuma marağı necə dəyişir? – Yazardan açıqlama03.04.2026 - 19:02
LDU-da əmək bazarının nümayəndələri ilə görüş keçirilib03.04.2026 - 18:56
Peşə təhsili üzrə 64 proqram hazırlanıb03.04.2026 - 18:55
Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri tezliklə nəşr olunacaq03.04.2026 - 18:54
İki olimpiadanın nəticələri AÇIQLANDI03.04.2026 - 18:48
Firudin Qurbanov Bərdə və Ağdam rayonlarında olub03.04.2026 - 18:44
Sertifikatlaşdırma ilə bağlı görüşlər keçirilib03.04.2026 - 18:40
Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb03.04.2026 - 18:36
Azərbaycanlı şagird Stanford Universitetinə qəbul olub03.04.2026 - 18:32
Güclü külək Qazaxda məktəb binasına zərər vurdu03.04.2026 - 18:30
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub03.04.2026 - 18:24
Nazir Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb03.04.2026 - 18:21
AzMİU-da universitet–sənaye əməkdaşlığının genişləndirilməsi müzakirə edilib03.04.2026 - 18:20
“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə” sənədli filminin ilk bölümü yayımlanıb03.04.2026 - 18:16
Kənan Kərimzadə: 400-ə yaxın məktəbin təmirə və ya yenidən tikilməyə ehtiyacı var03.04.2026 - 18:10
Qanuna edilmiş dəyişikliklər patentlərə əlçatanlığı daha da asanlaşdıracaq03.04.2026 - 18:08
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub03.04.2026 - 18:02
281 müəllim peşə təhsili üzrə beynəlxalq təlimə cəlb olunub03.04.2026 - 18:00
“Sabahın alimləri” müsabiqəsinin qalibi Stanford Universitetinə qəbul olub03.04.2026 - 17:55
“Tarixi Filmlər Reallığı Dəqiq Əks Etdirmir" – Tarix Elmlər Doktoru, professor İradə Bağırova Açıqladı03.04.2026 - 17:55
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və xalqımızın birliyini nümayiş etdirdi03.04.2026 - 17:54
Ən gənc tələbənin 13, ən yaşlının 78 yaşı var - Peşə təhsilində yaş müxtəlifliyi03.04.2026 - 17:50
Elçin Süleymanov: “Universitetlərdə ingilis dili mühitinin yaradılması vacibdir”03.04.2026 - 17:49
Şərqşünaslıq İnstitutunda çalışmış alimlər elmi məktəblər yaradıblar03.04.2026 - 17:48
Fazil Mustafa: Gənclərin sosial dəstəyi praktik mexanizmlərlə gücləndirilməlidir03.04.2026 - 17:47
Esmira İbrahimova: “Xarici təhsil modellərindən bəzi nümunələr Azərbaycanda tətbiq oluna bilər”03.04.2026 - 17:45
Azərbaycanlı tələbələr ABŞ-də süni intellekt əsaslı qeydiyyat sistemi yaradıblar03.04.2026 - 17:45
Şərqşünas-alim: Suni intellekt şumer mətnlərinin öyrənilməsi işini asanlaşdırır03.04.2026 - 17:42
Kənan Kərimzadə: Dual peşə təhsilinə maraq artıb03.04.2026 - 17:40
Dövlət sifarişi ilə peşə təhsili alanların sayı artıb – STATİSTİKA03.04.2026 - 17:40
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbə yataqxanası istifadəyə veriləcək03.04.2026 - 17:35
Patent müvəkkilliyinə namizədlər aprelin 12-də imtahan verəcəklər03.04.2026 - 17:34
Peşə təhsilində qadınlar daha çox bu ixtisası seçirlər03.04.2026 - 17:30
ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı layihəsi təkmilləşdiriləcək03.04.2026 - 17:26
7 peşə təhsili müəssisəsində yenidənqurma və təmir işləri aparılacaq03.04.2026 - 17:25
Mədəniyyət Nazirliyində şöbə ləğv edildi, sektor yaradıldı03.04.2026 - 17:20