2026-2027-ci tədris ilindən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbə yataqxanası istifadəyə veriləcək.
“Tehsil365“ xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə səsləndirib.
O bildirib ki, tələbə yataqxanası 53 nəfər üçün nəzərdə tutulub.

