Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan Mais Əsədov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igidlərdən biri kimi anılır.
“Tehsil365” xəbər verir ki, 1970-ci il mayın 1-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olan Mais Əsədov gənc yaşlarından vətənpərvərliyi ilə seçilib.
Torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edən Mais Əsədov göstərdiyi şücaət və mərdliklə silahdaşlarının hörmətini qazanıb. O, 1993-cü il aprelin 4-də Füzuli rayonunun Divanalılar kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Mais Əsədovun xatirəsi bu gün də ehtiramla yad edilir. Onun göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün vətənə sevgi və sədaqətin bariz nümunəsi kimi dəyərləndirilir.

