Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Qabil İmamverdiyev zəngin yaradıcılığı ilə milli poeziyada xüsusi yer tutur.
“Tehsil365” xəbər verir ki, 1926-cı il avqustun 12-də Bakıda anadan olan şair uzun illər ərzində ədəbiyyat sahəsində məhsuldar fəaliyyət göstərib.
Qabil İmamverdiyev 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, poeziya sahəsində yaratdığı dəyərli əsərlərlə geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Onun şeirlərində vətənpərvərlik, insan duyğuları və həyatın müxtəlif çalarları dərin bədii ifadə ilə əks olunub.
Şairin ədəbi fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüş, 1992-ci ildə isə Azərbaycan Respublikasının xalq şairi fəxri adına layiq görülmüşdür.
2007-ci il mayın 4-də Bakıda vəfat edən Qabil İmamverdiyev Azərbaycan ədəbiyyatında silinməz iz qoyub. Onun yaradıcılığı bu gün də oxucular tərəfindən sevilir və dəyərləndirilir.

