Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igidlərdən biri olan Rəfael Həbibov göstərdiyi qəhrəmanlıqla xalqın yaddaşında əbədi iz qoyub.
“Tehsil365” xəbər verir ki, 1964-cü il aprelin 4-də Əli-Bayramlı şəhərində anadan olan Rəfael Həbibov Vətənə bağlılığı və cəsarəti ilə seçilib.
Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak edən Rəfael Həbibov düşmənə qarşı aparılan əməliyyatlarda böyük şücaət göstərib. O, 1992-ci il iyulun 7-də qəhrəmancasına şəhid olub.
Göstərdiyi igidliyə görə Rəfael Həbibov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onun xatirəsi bu gün də ehtiramla yad edilir, qəhrəmanlığı isə gələcək nəsillər üçün nümunə olaraq qalır.

