Vaşinqton Universitetinin Yaxın Şərq Mərkəzi professoru Aria Fani ABŞ-dakı mövqeyini itirib.
“Tehsil365” xəbər verir ki, O, İran müharibəsi ilə bağlı göndərdiyi e-poçt mesajında açıq tənqid ifadə etdiyinə görə direktor vəzifəsindən azad edilib.
Aria Fani universitetdəki mövqeyini itirən son şəxslərdən biri kimi diqqət çəkir. Bu hadisə ABŞ ali təhsil müəssisələrində akademik azadlıq və siyasi mövqelərin ifadəsi məsələlərini yenidən gündəmə gətirib.
Universitet rəhbərliyi isə məsələ ilə bağlı rəsmi açıqlamasında qərarın daxili qaydalar və rəhbərlik prinsipləri çərçivəsində verildiyini bildirib.

