Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura şöbəsində Orhun mübadilə proqramı çərçivəsində Qırğızıstan-Türkiyə Manas Universitetinin nümayəndələri ilə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüş Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin müdiri, dosent Namiq Əsədov ilə Qırğızıstan-Türkiyə Manas Universitetinin nümayəndələri, Dr. Nurgul Karybekova və Gulnara Baygobılova arasında baş tutub.
Görüş zamanı tərəflər mübadilə proqramının icrası, əməkdaşlıq imkanları və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar. Tədbirdə proqram çərçivəsində həyata keçirilən fəaliyyətlər müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Sonda əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd edilib.
Qeyd edək ki, qonaqlar Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmalar Mərkəzində də olub, burada da mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

