Təhsil 365 - Logo Mobile

BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

9404.04.2026 - 09:35
BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Azərbaycan tarixinin şanlı səhifələrindən olan Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Universitetin “Zəfər tarixi” lektoriyasında keçirilən tədbirin moderatoru – İnformasiya və sənəd menecmenti fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Daşqın Məhəmmədli Aprel döyüşlərinin Azərbaycan xalqının hərbi-siyasi tarixində dönüş nöqtəsi olduğunu qeyd edib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizə tarixi Zəfər qazandırdığını vurğulayıb.

Tədbirə dəvət olunmuş hərbçilər – Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçıları, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabitləri polkovnik Emin Abışov, polkovnik-leytenant Habil Məmmədrzayev, kapitan Anar Hüseynov və gizir Vurğun Qurbanov işğalçı qüvvələrə qarşı aparılan hərbi əməliyyatlar barədə danışaraq döyüş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb, şəxsi təcrübələrindən və döyüş yoldaşlarının qəhrəmanlığından bəhs ediblər. Qəhrəman zabitlər Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində əsasını qoyduğu siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb, bu siyasətin nəticəsi olaraq ordumuzun müasir standartlara uyğun formalaşdığını diqqətə çatdırıblar. Aprel döyüşlərinin strateji əhəmiyyətini qeyd edərək, bu hadisələrin böyük Zəfərə aparan yolun mühüm mərhələsi olduğunu bildiriblər.

Birinci Qarabağ müharibəsinin veteranı, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Sənəd menecmenti kafedrasının dosenti Solmaz Sadıqova, həmin kafedranın müəllimi, qazi anası Vəzufə Xudiyeva, İnformasiya və sənəd menecmenti fakültəsinin tələbəsi, şəhid Əli Həsənovun qızı Bahar Əliyeva çıxışlarında qazandığımız tarixi Zəfərdən bəhs edib, bu cür görüşlərin tələbələrdə vətənpərvərlik hisslərinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Zeynəb Quluyeva

Xəbər Lenti

Xərçəng halları niyə atır? - Səbəblər04.04.2026 - 17:55
Deputat: Bakıda tarixi binanın eybəcər hala salınması məyusluq doğuran vandalizm aktıdır04.04.2026 - 17:52
68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq04.04.2026 - 17:50
Yeyin və xəstələnməyin - şokoladın gözlənilməz faydası04.04.2026 - 17:45
Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum04.04.2026 - 17:44
Azərbaycanlı gənc dünyanın 1 nömrəli universitetinə qəbul aldı04.04.2026 - 17:40
“Addım-addım Vətəndə”: Qələbənin 5 illiyinə həsr olunan teatr səfəri Qazaxda04.04.2026 - 17:36
Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?04.04.2026 - 17:35
Tibbi maskalar su hövzələrini çirkləndirir04.04.2026 - 17:30
Naxçıvanda şəhidlərin xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırlıb04.04.2026 - 17:28
Nəticələr heç ürək açan deyil: “ChatGPT” insanları “şikəst” edir04.04.2026 - 17:25
Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndə heyəti Gürcüstanda səfərdə olub04.04.2026 - 17:22
Əlavələr almağa ehtiyac yoxdur: Kollageni artıran 5 qida04.04.2026 - 17:20
Kino tarixinin ən maraqlı rekordları: bir səhnə üçün 300 mindən çox insan toplandı04.04.2026 - 17:15
Şarjanın Kitab Nəşriyyatı İdarəsi bir sıra tədbirləri təxirə salıb04.04.2026 - 17:14
Yutub bu kanalları sildi04.04.2026 - 17:10
Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir04.04.2026 - 17:06
Bakıda 50 min dollarlıq şahmat yarışı keçiriləcək04.04.2026 - 17:05
İnsanlar quru ərazinin 50 faizindən çoxunu tutacaq - Yer əhalisinin sayı pik həddə çatacaq04.04.2026 - 17:00
“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib04.04.2026 - 17:00
İtaliyanın məşhur muzeyi haker hücumuna məruz qaldı04.04.2026 - 16:55
NASA Yerin "Orion" gəmisindən çəkilmiş ilk şəkillərini yayımlayıb04.04.2026 - 16:50
NASA-dan tarixi kadr: 54 ildən sonra astronavtlar Yer kürəsinin bütöv fotosunu çəkiblər04.04.2026 - 16:45
Güclü külək xəbərdarlığı edildi04.04.2026 - 16:40
NASA rəhbəri yadplanetlilərin axtarışından danışıb04.04.2026 - 16:35
Azərbaycanda bu universitet işçi axtarır04.04.2026 - 16:30
Çindən "rəqəmsal insan" etiketi təklifi04.04.2026 - 16:25
İlk uşaqların IQ-su niyə daha yüksək ola bilər?04.04.2026 - 16:20
30 universitet birbaşa hücuma məruz qalıb04.04.2026 - 16:10
Məşhur fransız rəssam Klod Monenin iki əsəri satışa çıxarılacaq04.04.2026 - 16:05
Valeh Heydər: “Uşaqlar üçün yazmaq gələcəyə söz deməkdir”04.04.2026 - 16:04
"Gmail" hesablarınız silinə bilər – XƏBƏRDARLIQ04.04.2026 - 16:00
100 il yaşamağın sirri: Rasionda cəmi bir dəyişiklik kifayətdir04.04.2026 - 16:00
Kulis.az 15 yaşını qeyd edir04.04.2026 - 15:50
"Miranşah", "Cin", "Qonaq" - Xalq artisti Muxtar Maniyevin doğum günüdür04.04.2026 - 15:40
Şimal bölgəsinin media nümayəndələri “Mediada Azərbaycan dili” təlimlərinə cəlb olunub04.04.2026 - 15:30
Milli Kitabxanada “Teatrşünas-alim İnqilab Kərimov - 95” adlı kitab sərgisi açılıb04.04.2026 - 15:20
Gəncədə konfrans: “Aprel döyüşləri - Zəfər yolu”04.04.2026 - 15:10
Lənkəranda peşə təhsilinə dair regional forum: yeni inkişaf istiqamətləri və kadr hazırlığı04.04.2026 - 15:05
Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında olub04.04.2026 - 15:00
“Birincilərin birincisi” MIT-ə qəbul oldu04.04.2026 - 10:00
“Təhsildə aparılan islahatların nəticələri yaxın illərdə daha aydın görünəcək” – Elçin Əfəndi04.04.2026 - 09:55
ADU-da Orhun mübadilə proqramı çərçivəsində görüş keçirilib04.04.2026 - 09:45
Çindən "rəqəmsal insan" etiketi təklifi04.04.2026 - 09:28
Tələbələr Zəfər Muzeyini ziyarət ediblər04.04.2026 - 09:20
Yemək yeyəndə edilən bu səhv ürəyi məhv edir04.04.2026 - 09:10
Gürcüstan Texniki Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb04.04.2026 - 09:00