Təhsil 365 - Logo Mobile

Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum

7304.04.2026 - 17:44
Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum

Bu günlərdə ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin fasadı kobud müdaxiləyə məruz qalıb.

Binanın fasadına boya ilə cızma-qara edilib, eybəcər şəkillər çəkilib. Bir sözlə paytaxt Bakının mərkəzində yerləşən ən gözəl binalardan birinə qarşı vandallıq aktı törədilib.

Daxili İşlər Nazirliyi həmin aktı törədən 4 yeniyetmə və gəncin şəxsiyyətini müəyyən edərək onların valideynlərinin də iştirakı ilə profilaktik iş aparmağa başlayıb. Şəxsiyyəti müəyyən edilən şəxslərdən ikisinin 16, birinin 17, birinin isə 20 yaşı var.

Şübhəsiz, baş verən hadisəyə lazımi hüquqi qiymət veriləcək, lakin burada memarlıq və mədəniyyət baxımından yanaşmanın da vacib olduğunu unutmaq olmaz.

XX əsrin yetmişinci illərində ABŞ-də yaranan qraffiti sənəti sonradan dünyanın bir çox ölkəsinə, xüsusilə qərb ölkələrinə yayılıb. Təbii ki, bu, qeyri-leqal bir məşğuliyyətdir, ancaq estetik baxımdan uğurlu nümunələri də olur. Bakıda edilən isə daha çox qraffitinin Wild Style - "vəhşi üslub"una xarakterikdir və adından da göründüyü kimi, söhbət hansısa yaradıcı insanın özünü ifadə etməsindən deyil, adi vəhşilikdən, özbaşınalıqdan gedir.

Əgər biz bu davranışı ən yumşaq formada qraffiti kimi qiymətləndirsək belə, qeyd eləməliyik ki, Azərbaycanda nə müasir dövrdə, nə də ötən əsrlərdə adıçəkilən sənət sahəsi heç bir halda yayğın olmayıb. Bir sözlə, qraffiti və bənzər küçə sənətləri Azərbaycanın sənət ənənələrinə və Bakının tarixi simasına tamamilə yaddır.

Qzərbaycan paytaxtı həm müasir görünüşü, həm də tarixi memarlığı ilə dünyanın ən təmiz və baxımlı paytaxt şəhərlərindən biri hesab edilir. Əlbəttə ki, bu təmizlik və nizam şəhərin beynəlxalq imicinin də əsas tərkib hissələrindən biridir.

Ümumiyyətlə, memarlıq kontekstindən baxdıqda isə bu cür yazılar şəhərin ümumi görkəmini korlamaqla yanaşı, həm də mədəniyyət anlayışına hörmətsizlik kimi qiymətləndirilməlidir. Bakı hər birimizin şəhəri və yaşayış yeri olduğu kimi, onun memarlıq irsini qorumaq və bu səliqəni saxlamaq isə hər bir sakinin üzərinə düşən məsuliyyətdir.

Baş verən hadisəni törədən şəxslərin polis tərəfindən müəyyən edildiyini, onların 16-20 yaş kateqoriyasına aid olduqlarını qeyd etdik. Məlumdur ki, bu dövr gənclərin özünü təsdiq etmək, müstəqil davranmaq və sosial mühitdə fərqlənmək istəyinin ən pik dövrüdür. Belə olan halda, aydın məsələdir ki, onlar çox vaxt emosiyalarının təsiri altında hərəkət edir, bunun hüquqi, eləcə də mənəvi nəticələrini dərk etməkdə çətinlik çəkirlər.

Beləcə, bu mərhələdə düzgün yönləndirmə və sosial nəzarətin zəif olması bu kimi zərərli davranışlara, hətta daha faciəvi nəticələrə yol aça bilir. Bu mənada, sözügedən davranışın ciddi tərbiyə boşluğundan qaynaqlandığını da demək mümkündür.

Dövrün internet əlçatanlığı, ağıllı mobil cihazlar, süni intellekt və digər bu əsasda olan texniki bolluq bu günün gənc nəsli üçün özünüinkişaf, texnologiyaya yiyələnmək və yaradıcılıqla məşğul olmaq üçün müxtəlif növ şərait yaradır. Lakin, təəssüf ki, adlarını çəkdiyimiz texnoloji imkanlar həmçinin onlarda fikir qarışıqlığı, zərərverici meyillərin də formalaşmasına gətirib çıxara bilir.

Məhz belə məqamda valideyn nəzarəti, övladla mütəmadi dialoq birə beş vacibiyyət daşıyır. Bir sözlə, şəhərin mədəni görünüşünə elə, ya belə zərər vurmaq heç bir halda özünüifadə forması kimi qəbul edilə bilməz.

Valideynlər övladlarının texnoloji yeniliklərdən, onların təsiri ilə formalaşan davranışlarından hansı məqsədlə istifadə etməsinin birbaşa ailədaxili tərbiyə və nəzarətdən asılı olduğunu unutmamalı, bu istiqamətdə daimi nəzarəti gücləndirməlidir. Gənclərin özünüifadə ehtiyacını milli-mənəvi dəyərlərimizə zidd olan, şəhərimizin tarixi simasına xələl gətirən vandal davranışlarla həyata keçirilməsi, əlbəttə, birbaşa valideyn məsuliyyətsizliyini qabardır. Yəni ən sadə dillə ifadə edəsi olsaq, valideyn övladının gecə saatlarında hara və niyə getdiyini, nə etdiyini, nə məqsədlə etdiyini bilməlidir. Bu, onun valideyn məsuliyyətidir.

Və nəhayətində, unutmaq olmaz ki, Bakının tarixi memarlıq irsini qorumaq hər bir şəhər sakininin mənəvi borcudur. Bu abidələr şəhərin beynəlxalq imicinin və milli kimliyimizin əsasını təşkil edir. Vandalizm hallarına qarşı həm hüquqi addımların atılması, həm də gənc nəsildə ictimai məsuliyyət hissinin formalaşdırılması Bakının tarixi simasının olduğu kimi gələcəyə ötürülməsi üçün əsas şərtdir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Mətbuat Şurası Kulisi 15 illiyi münasibətilə təbrik edib04.04.2026 - 19:52
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi04.04.2026 - 19:44
Həftədə ən azı bir dənə şokolad yesəz görün nə baş VERƏCƏK04.04.2026 - 19:35
"WhatsApp"da profil rəngləri BUNU GÖSTƏRİRMİŞ - Sizi blok edənlər, az danışdığınız və...04.04.2026 - 19:28
Məktəblilər 10 gün DƏRSƏ GETMƏYƏCƏK - SƏBƏB04.04.2026 - 19:24
Cəmiyyətin oxuma mədəniyyəti ilə təhsil sistemi arasında necə bir əlaqə var? – Yazardan açıqlama04.04.2026 - 19:18
Müəllim-şagird münasibətlərində ən çox hansı səhvlər edilir? – Təhsil eksperti danışdı04.04.2026 - 19:12
“Əsas problem proqram deyil, onun tətbiqidir” – Təhsil eksperti açıqladı04.04.2026 - 19:05
İntensiv yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI04.04.2026 - 18:56
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaq ölüb04.04.2026 - 18:49
Bakıda və bəzi bölgələrdə külək əsəcək04.04.2026 - 18:41
Sabah dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək04.04.2026 - 18:32
Dünya Kubokunun altında nə yazılıb? - Tarixçilər açıqladılar04.04.2026 - 18:30
UNEC-in kitab təşəbbüsünə qoşulan növbəti DEPUTAT04.04.2026 - 18:24
Gənc müəllimlər uşaq müdafiəsi və təhlükəsizliyi məsələləri barədə maarifləndirilib04.04.2026 - 18:20
Lənkəranda peşə təhsilinin imkanlarına həsr olunan təhsil forumu keçirilib04.04.2026 - 18:16
Psixoloq Nuriyyə Vidadi qızı: “İnsan zərərli münasibətdə qalır, çünki hələ onu tam zərərli kimi qəbul etmir”04.04.2026 - 18:10
Qəbulun II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir04.04.2026 - 18:08
“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib04.04.2026 - 18:02
Xərçəng halları niyə atır? - Səbəblər04.04.2026 - 17:55
Deputat: Bakıda tarixi binanın eybəcər hala salınması məyusluq doğuran vandalizm aktıdır04.04.2026 - 17:52
68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq04.04.2026 - 17:50
Yeyin və xəstələnməyin - şokoladın gözlənilməz faydası04.04.2026 - 17:45
Azərbaycanlı gənc dünyanın 1 nömrəli universitetinə qəbul aldı04.04.2026 - 17:40
“Addım-addım Vətəndə”: Qələbənin 5 illiyinə həsr olunan teatr səfəri Qazaxda04.04.2026 - 17:36
Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?04.04.2026 - 17:35
Tibbi maskalar su hövzələrini çirkləndirir04.04.2026 - 17:30
Naxçıvanda şəhidlərin xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırlıb04.04.2026 - 17:28
Nəticələr heç ürək açan deyil: “ChatGPT” insanları “şikəst” edir04.04.2026 - 17:25
Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndə heyəti Gürcüstanda səfərdə olub04.04.2026 - 17:22
Əlavələr almağa ehtiyac yoxdur: Kollageni artıran 5 qida04.04.2026 - 17:20
Kino tarixinin ən maraqlı rekordları: bir səhnə üçün 300 mindən çox insan toplandı04.04.2026 - 17:15
Şarjanın Kitab Nəşriyyatı İdarəsi bir sıra tədbirləri təxirə salıb04.04.2026 - 17:14
Yutub bu kanalları sildi04.04.2026 - 17:10
Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir04.04.2026 - 17:06
Bakıda 50 min dollarlıq şahmat yarışı keçiriləcək04.04.2026 - 17:05
İnsanlar quru ərazinin 50 faizindən çoxunu tutacaq - Yer əhalisinin sayı pik həddə çatacaq04.04.2026 - 17:00
“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib04.04.2026 - 17:00
İtaliyanın məşhur muzeyi haker hücumuna məruz qaldı04.04.2026 - 16:55
NASA Yerin "Orion" gəmisindən çəkilmiş ilk şəkillərini yayımlayıb04.04.2026 - 16:50
NASA-dan tarixi kadr: 54 ildən sonra astronavtlar Yer kürəsinin bütöv fotosunu çəkiblər04.04.2026 - 16:45
Güclü külək xəbərdarlığı edildi04.04.2026 - 16:40
NASA rəhbəri yadplanetlilərin axtarışından danışıb04.04.2026 - 16:35
Azərbaycanda bu universitet işçi axtarır04.04.2026 - 16:30
Çindən "rəqəmsal insan" etiketi təklifi04.04.2026 - 16:25
İlk uşaqların IQ-su niyə daha yüksək ola bilər?04.04.2026 - 16:20
30 universitet birbaşa hücuma məruz qalıb04.04.2026 - 16:10