Məktəbdə tədris prosesinin effektivliyi yalnız proqramla deyil, eyni zamanda müəllim və şagird arasındakı münasibətlə də birbaşa bağlıdır. Bu münasibətlərdə buraxılan səhvlər isə şagirdin motivasiyasına ciddi təsir edə bilər.
Mövzu ilə bağlı təhsil eksperti “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, “Ən çox rast gəlinən səhvlərdən biri şagirdə fərdi yanaşmanın olmamasıdır. Hər şagird fərqli öyrənir, lakin bu fərqliliklər bəzən nəzərə alınmır.”
Onun sözlərinə görə, ünsiyyət tərzi də böyük rol oynayır: “Sərt və tənqidə əsaslanan yanaşma şagirdin özünəinamını azalda bilər. Müəllim daha çox dəstəkləyici və motivasiyaedici olmalıdır.”
Ekspert qeyd edib ki, müqayisə etmək də ciddi problemdir: “Şagirdlərin bir-biri ilə müqayisə olunması həm psixoloji gərginlik yaradır, həm də sağlam rəqabət mühitini zəiflədir.”
Sonda o əlavə edib ki, “Sağlam müəllim-şagird münasibəti qarşılıqlı hörmət və anlayış üzərində qurulmalıdır.”

