Təhsil 365 - Logo Mobile

50 minə yaxın şagird buraxılış imtahanı verəcək

9405.04.2026 - 07:13
50 minə yaxın şagird buraxılış imtahanı verəcək

Bu gün Bakının Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

“Tehsil365” xəbər verir ki, imtahan saat 11:00-də başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan binasına, zalına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından martın 16-dan etibarən çap edib götürə biliblər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 207 imtahan binası, 3 664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 601 imtahan rəhbəri və ümumi rəhbər, 4 554 nəzarətçi, 670 buraxılış rejimi əməkdaşı (mühafizə) və 207 bina nümayəndəsi ayrılıb.

İmtahanda 49 701 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin olunub. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Mərkəzi Elmi Kitabxana İstanbulda əməkdaşlıq əlaqələrini genişləndirir06.04.2026 - 13:48
Azərbaycan–Türkiyə mədəni əməkdaşlığının genişləndirilməsi müzakirə olunub06.04.2026 - 13:38
Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş kitabın TÜRKSOY-da təqdimatı06.04.2026 - 13:28
Oleq Babakın qəhrəmanlıq irsini yaşadan kitab Azərbaycan və Ukraynada oxuculara təqdim ediləcək06.04.2026 - 13:17
UNEC-də qızların elmə marağının artırılması üçün yeni layihə hazırlanır06.04.2026 - 13:07
Ustaddan öyrən” layihəsinin növbəti qonağı Zahid Xəlil olub06.04.2026 - 12:58
Şəki Regional Elmi Mərkəzində aparılan tədqiqatlar barədə məruzələr dinlənilib06.04.2026 - 12:48
Duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur06.04.2026 - 12:26
Türkiyədə Heydər Əliyevin 103-cü ildönümü münasibətilə VI Beynəlxalq Tələbə Simpoziumu təşkil ediləcək06.04.2026 - 12:10
Akademik Musiqili Teatrda Oqtay Rəcəbovun 85 illiyi qeyd olunub06.04.2026 - 10:00
“Rəqəmsallaşma təhsildə yeni imkanlar yaradır” – Validə Quliyeva 06.04.2026 - 09:55
15 yaşdan kiçiklərə sosial şəbəkə qadağası təsdiqləndi06.04.2026 - 09:48
Ayın indiyədək görünməmiş bölgəsindən ilk görüntülər paylaşıldı06.04.2026 - 09:41
İki məktəbliyə xəsarət yetirilib - saxlanılan var06.04.2026 - 09:35
"Rəqəmsal Bacarıqlar" təmayüllü siniflərə qeydiyyat başladı!06.04.2026 - 09:28
Hava şəraiti tədrisə əngəl olmayıb - RƏSMİ06.04.2026 - 09:20
Dövlət qulluğu üzrə sertifikat üçün qeydiyyat aparılır06.04.2026 - 09:08
Almatıda Azərbaycan universitetləri bir araya gəlir06.04.2026 - 09:00
LDU-da seçim turu keçirilib06.04.2026 - 08:50
Orta məktəbdə dava: Xadimə direktora hücum etdi06.04.2026 - 08:41
9-cu siniflərin imtahanı proqramdan kənar olub? - DİM-dən etirazlara CAVAB06.04.2026 - 08:30
Taksi sürücüləri imtahandan keçəcək06.04.2026 - 08:21
“Mesenat” tamaşasının premyerası olacaq06.04.2026 - 08:18
DİM TKT imtahanına qeydiyyat elan edir06.04.2026 - 08:11
İranda bütün təhsil müəssisələri qeyri-müəyyən müddətə bağlandı06.04.2026 - 08:00
İranın ən məşhur texniki universitetlərindən biri hava hücumuna məruz qalıb06.04.2026 - 07:51
12 yaşlı uşağın oyunu faciə ilə nəticələndi06.04.2026 - 07:45
Mədə problemlərinin gizli səbəbi açıqlandı06.04.2026 - 07:33
Dağıstanda gənc qadın və uşaq daşqında həlak olub06.04.2026 - 07:21
Bu günün hava PROQNOZU06.04.2026 - 07:10
Müəllimlərin müşahidəsi və mentorluq təcrübəsi təhsil perspektivini dəyişir06.04.2026 - 07:00
ABŞ-da təhsil siyasəti və süni intellekt narahatlıqları gündəmdədir06.04.2026 - 06:36
Trampın yeni büdcə təklifi təhsil xərclərində ciddi azalmaları gündəmə gətirir06.04.2026 - 06:18
Azərbaycan və Panama arasında diplomatik münasibətlərin qurulmasından illər ötür06.04.2026 - 06:00
Görkəmli bəstəkar Nəriman Məmmədovun xatirəsi yad olunur06.04.2026 - 05:42
Əməkdar artist Ətayə Əliyevanın sənət irsi yad edilir06.04.2026 - 05:06
Xalq artisti Nina Sarnatskayanın xatirəsi ehtiramla yad edilir06.04.2026 - 04:54
Xanəndə Aqil Məlikovun sənət yolu yüksək qiymətləndirilir06.04.2026 - 04:36
Xalq artisti Kazım Abdullayevin yaradıcılığı diqqət mərkəzindədir06.04.2026 - 04:18
Görkəmli kinorejissor Tofiq İsmayılovun xatirəsi anılır06.04.2026 - 04:00
Gəncədə 19 yaşlı tələbə dəm qazından zəhərlənərək ölüb05.04.2026 - 19:56
Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc müxtəlif nailiyyətlərinə görə təltif edilib05.04.2026 - 19:48
Misirdə “ASAN xidmət” barədə araşdırma məqaləsi nəşr edilib05.04.2026 - 19:42
Kişilər niyə korset geyiniblər? - 19-cu əsr modası haqqında həqiqət05.04.2026 - 19:32
Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib05.04.2026 - 19:25
Müasir dövrdə stress və narahatlıq niyə bu qədər yayılıb? – Psixoloq açıqladı05.04.2026 - 19:18
Süni intellektin təhsilə təsiri ilə bağlı strategiya varmı? – Təhsil eksperti danışdı05.04.2026 - 19:12
Onlayn təhsil ənənəvi təhsili zəiflədirmi? – Təhsil eksperti açıqladı05.04.2026 - 19:04