Misli Premyer Liqasında XXVI tura bu gün keçiriləcək iki görüşlə start veriləcək.
"Tehsil365" xəbər verir ki, birinci oyun günündə turnir cədvəlində qonşu olan komandalar qarşılaşacaqlar.
İlk matçda "Kəpəz" və "Qəbələ" kollektivləri üz-üzə gələcəklər.
Aşağı pillələri yaxından maraqlandıran qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:30-da başlayacaq.
Mövsümün ilk iki dövrəsində tərəflər hərəyə 1 dəfə qələbə qazanıblar. "Kəpəz" 21 xalla 10-cu, "Qəbələ" 16 xalla 11-ci sırada yer alıb.
İkinci görüşdə isə "Sumqayıt" və "Neftçi" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Sonuncu qələbəsini 7 tur əvvəl qazanan "gənclik şəhəri" təmsilçisi doğma meydanda avrokuboklara iddia edən Bakı kollektivini üstələməyə çalışacaq. Bu matç saat 18:00-da start götürəcək.
"Neftçi" və "Sumqayıt" komandaları müvafiq olaraq 6-cı və 7-ci pillələrdə yer alıblar. "Ağ-qaralar"ın 37, Sumqayıt kollektivinin isə 32 xalı var.

