"Orion" kosmik gəmisinin heyəti "Artemis II" missiyası çərçivəsində Ayın uzaq tərəfini müşahidə edib.
“Tehsil365“ xəbər verir ki, onlar bu barədə BBC-yə verdikləri müsahibədə danışıblar.
"İçindəki nəsə sənə deyir ki, bu, görməyə alışdığın Ay deyil", - deyə astronavt Kristina Kox bildirib.
Şənbə günü Britaniya yay vaxtı ilə saat 23:00-a (Bakı vaxtı ilə 22:00) olan məlumata görə, NASA-nın onlayn paneli "Orion" gəmisinin Yerdən 180 000 mildən (289 681 kilometrdən) çox uzaqlaşdığını göstərib.
NASA astronavtlarının "Artemis II" missiyası aprelin 1-də Aya doğru yola düşüb. Bu, son yarım əsrdən artıq müddətdə ilk belə missiyadır. Proqramın əsas məqsədi növbəti mərhələyə - Ayın səthinə enişin planlaşdırıldığı "Artemis III" missiyasına hazırlıqdır.

