Təhsil 365 - Logo Mobile

Peşə təhsili Azərbaycanda yeni mərhələyə keçir - Deputat

7205.04.2026 - 18:06
Peşə təhsili Azərbaycanda yeni mərhələyə keçir - Deputat

Aprelin 4-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu Azərbaycanda peşə təhsilinin inkişafının yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm hadisə kimi qiymətləndirilməlidir.

Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan bu forum dövlətin insan kapitalına yönəlmiş siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını bir daha təsdiqləyir. Müasir iqtisadi reallıqlar göstərir ki, dayanıqlı inkişafın təmin olunması, qeyri-neft sektorunun genişləndirilməsi və regionların sosial-iqtisadi potensialının reallaşdırılması birbaşa ixtisaslı kadr bazasının formalaşdırılmasından asılıdır.

Bu baxımdan peşə təhsili artıq yalnız alternativ təhsil istiqaməti deyil, iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Əmək bazarının çevik tələblərinə operativ cavab verə bilən, praktik bilik və bacarıqlara malik kadrların hazırlanması məhz peşə təhsili sistemi vasitəsilə təmin olunur. Azərbaycanda peşə təhsilinin son illərdəki inkişaf dinamikası bu sahəyə artan dövlət diqqətinin və həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Hazırda ölkədə 79 peşə təhsili müəssisəsində 159 ixtisas üzrə 41 mindən artıq şəxs təhsil alır. Bu göstəricilər bir tərəfdən peşə təhsilinə marağın yüksəldiyini, digər tərəfdən isə sistemin institusional əsaslarının möhkəmləndiyini göstərir.

Statistik göstəricilər peşə təhsilinin sosial bazasının da genişləndiyini təsdiqləyir. 2025–2026-cı tədris ili üzrə qəbulda qadınların payının 40 faizə çatması gender balansının təmin olunması istiqamətində müsbət tendensiyadır. Eyni zamanda təhsilalanların əhəmiyyətli hissəsinin ümumi orta təhsil bazasından qəbul olunması onu göstərir ki, gənclər erkən mərhələdə peşə seçiminə üstünlük verir və əmək bazarına daha hazırlıqlı daxil olur. Regionlarda peşə təhsilinin genişləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi çıxış edir. Bu gün təhsilalanların 59 faizinin regionların payına düşməsi, faktiki qəbul göstəricilərində bu payın daha da artması regionlarda peşə təhsilinə artan marağın və bu istiqamətdə həyata keçirilən tədbirlərin effektivliyinin göstəricisidir. Bu yanaşma regionlarda məşğulluğun artırılması, yerli iqtisadiyyatın inkişafı və əhalinin sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qəbul göstəricilərinin dinamikası da diqqətəlayiqdir. 2022–2025-ci illər ərzində qəbul planının və faktiki qəbulun 40 faizdən çox artması, dövlət sifarişi əsasında qəbulun isə təxminən 48 faiz yüksəlməsi peşə təhsilinin dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirildiyini açıq şəkildə nümayiş etdirir. Bu, eyni zamanda vətəndaşların ödənişsiz təhsilə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Əmək bazarının tələblərinə uyğun ixtisaslara marağın yüksək olması da sistemin düzgün istiqamətdə inkişaf etdiyini göstərir. Xüsusilə xidmət və texniki sahələr üzrə ixtisaslara üstünlük verilməsi, qısa müddətli proqramların geniş yayılması peşə təhsilinin çevik və praktik yönümlü modelə keçdiyini təsdiqləyir. Peşə təhsilinin mühüm xüsusiyyətlərindən biri də onun inklüzivliyidir. Müxtəlif yaş qruplarını əhatə etməsi, ömürboyu təhsil prinsipini təmin etməsi bu sistemin sosial əhəmiyyətini daha da artırır.

Eyni zamanda dual təhsil modelinin genişlənməsi, işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi təhsil ilə əmək bazarı arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Məzunların məşğulluq göstəriciləri də peşə təhsilinin effektivliyini təsdiqləyən əsas indikatorlardan biridir. Son illərin təhlili göstərir ki, məzunların əhəmiyyətli hissəsi əmək bazarında yer tutur, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ya təhsilini davam etdirir. Bu isə peşə təhsilinin real iqtisadi nəticələr doğurduğunu sübut edir. Peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti strateji xarakter daşıyır. Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026–2030-cu illərdə yeni peşə təhsili müəssisələrinin tikintisi və mövcud infrastrukturun yenilənməsi nəzərdə tutulur. Artıq bir sıra regionlarda həyata keçirilən yenidənqurma işləri nəticəsində təhsil müəssisələrinin tutumunun 2–3 dəfə artması bu sahədə görülən işlərin real nəticələrini göstərir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə yeni peşə təhsili müəssisələrinin yaradılması həm Böyük Qayıdış prosesinə, həm də həmin ərazilərin iqtisadi dirçəlişinə mühüm töhfə verir.

Bununla yanaşı, təhsil proqramlarının yenilənməsi, dərslik təminatının gücləndirilməsi və maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Adambaşına maliyyələşmə modelinin tətbiqi isə resursların daha səmərəli idarə olunmasına və nəticəyönümlü fəaliyyətin təmin edilməsinə imkan yaradır. Bütün bu amillər göstərir ki, peşə təhsili Azərbaycanda yalnız təhsil siyasətinin deyil, ümumilikdə dövlətin sosial-iqtisadi inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Lənkəranda keçirilən Təhsil Forumu isə bu istiqamətdə aparılan işlərin müzakirəsi, mövcud çağırışların müəyyənləşdirilməsi və gələcək hədəflərin formalaşdırılması baxımından mühüm platforma kimi çıxış edir. Bu platforma bir daha sübut edir ki, peşə təhsili ölkənin davamlı inkişafında, insan kapitalının gücləndirilməsində və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulmasında əvəzsiz rol oynayır.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Nərmin Mustafayeva

Xəbər Lenti

Kişilər niyə korset geyiniblər? - 19-cu əsr modası haqqında həqiqət05.04.2026 - 19:32
Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib05.04.2026 - 19:25
Müasir dövrdə stress və narahatlıq niyə bu qədər yayılıb? – Psixoloq açıqladı05.04.2026 - 19:18
Süni intellektin təhsilə təsiri ilə bağlı strategiya varmı? – Təhsil eksperti danışdı05.04.2026 - 19:12
Onlayn təhsil ənənəvi təhsili zəiflədirmi? – Təhsil eksperti açıqladı05.04.2026 - 19:04
Sabah yağış yağacaq, külək güclənəcək05.04.2026 - 18:54
Dövlət qulluğuna qəbul üzrə imtahan keçirilir05.04.2026 - 18:44
İranda 30-dan çox universitet bombalanıb, 60 tələbə ölüb05.04.2026 - 18:36
11 mindən çox yeni asteroid aşkar edilib05.04.2026 - 18:26
Fransada 2000 illik antik yaşayış məskəni aşkarlanıb05.04.2026 - 18:18
Jurnalistə universitetdə vəzifə verildi05.04.2026 - 18:10
Məktəblərdə tədris prosesi dayandırıla bilər - BU HALDA05.04.2026 - 18:00
Yazda düzgün qidalanmaq üçün dietoloqların tövsiyələr05.04.2026 - 17:55
Göytəpə abidəsi ciddi təhlükədədir 05.04.2026 - 17:52
Ürək dayanmasının erkən əlamətləri - bir gün əvvəl nə hiss edirsiniz?05.04.2026 - 17:45
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq05.04.2026 - 17:44
Çilov adasında buraxılış imtahanının vaxtı dəyişdirilib05.04.2026 - 17:36
"Xiaomi"də batareyanı boşaldan parametr05.04.2026 - 17:35
50 min şagird imtahan verdi - 4 nəfərdə telefon aşkarlanıb05.04.2026 - 17:28
MDU-nun kafedra müdiri vəfat etdi05.04.2026 - 17:25
Buraxılış imtahanının cavabları bu tarixdə açıqlanacaq05.04.2026 - 17:20
Məktəblərdə 10 gün dərs olmaycaq05.04.2026 - 17:18
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur05.04.2026 - 17:15
Havaya görə bu imtahanın vaxtı dəyişdi05.04.2026 - 17:10
Özbəkistanda Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” kitabının təqdimatı keçirilib 05.04.2026 - 17:06
Saç tökülməsi nə zaman təhlükəli sayılır?05.04.2026 - 17:00
Vəzifəyə gəlmək istəyən bu şəxslər imtahan verəcək05.04.2026 - 17:00
Tokioda sakura ağacları sakinlərə təhlükə yaratmağa başlayıb05.04.2026 - 16:55
Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ: Hansı paylaşımlar qanunsuz sayılır?05.04.2026 - 16:55
Moskvada hava limanında sərnişinləri qarşılayan robot görüntülənib05.04.2026 - 16:45
İranda 37 gündür internet yoxdur05.04.2026 - 16:45
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul olmaq istəyənlər bu gün imtahan verəcəklər05.04.2026 - 16:35
Rusiyalı alimlər Antarktidada vahə kəşf ediblər05.04.2026 - 16:35
"İnsanlıq Ayın gizli üzünü gördü - "Bu, tanıdığımız Ay deyil"05.04.2026 - 16:25
Azərbaycanda yağışlı hava sabah da davam edəcək - PROQNOZ05.04.2026 - 16:25
Fizikadan musiqiyə uzanan yol - Səssizcə böyük irs qoyub gedən sənətkar05.04.2026 - 16:15
Dünyada təxminən iki milyard insan gizli vərəmə yoluxub05.04.2026 - 16:10
Gəncədə 400 illik sirr: Çökək hamamın heyrətamiz texnologiyası05.04.2026 - 16:05
Klinik psixoloq Şərafət Şirinli: “Perfeksionizm mükəmməllik deyil, təhlükə hissinin nəticəsidir”05.04.2026 - 16:00
Sosial şəbəkə istifadəçilərinin nəzərinə: Hansı paylaşımlar qanunsuz sayılır?05.04.2026 - 15:50
Psixoloq Nabat Mirzəyeva: “Valideynlərin səhv yanaşmaları uşağın psixoloji inkişafına ciddi təsir göstərir”05.04.2026 - 15:48
"Addım-addım Vətəndə" bu dəfə Qazaxda05.04.2026 - 15:40
Qərbi Azərbaycan Xronikası: İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edilib?05.04.2026 - 15:30
Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı keçirilir05.04.2026 - 15:20
Gürcüstanda yaşayan soydaşımız beynəlxalq FLEX proqramının qalibi olub05.04.2026 - 15:10
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA05.04.2026 - 15:00
Naxçıvanda üçüncü buraxılış qiymətləndirmə monitorinqində 4 minə yaxın şagird iştirak edib05.04.2026 - 15:00