Təhsil 365 - Logo Mobile

Kişilər niyə korset geyiniblər? - 19-cu əsr modası haqqında həqiqət

7305.04.2026 - 19:32
Kişilər niyə korset geyiniblər? - 19-cu əsr modası haqqında həqiqət

XIX əsrdə korsetlər təkcə qadınların deyil, kişilərin də geyim tərzinə təsir göstərib. Həmin dövrdə incə və zərif bədən quruluşu kişilər arasında da dəbdə idi. Bu görünüşə nail olmaq üçün bəzi kişilər xüsusi şnurlu korsetlərdən istifadə edirdilər.

Dendi dövrü və ideal görünüş anlayışı

Bu tendensiya xüsusilə "dendi" adlanan zərif geyimli kişilərin dövründə geniş yayılmışdı.

“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, tarixçi Emi Boyntonun sözlərinə görə, o dövrün kişiləri qalstuk bağlamağa saatlar sərf edir, daha sonra isə korsetlərini mümkün qədər sıx bağlayaraq ideal siluet əldə etməyə çalışırdılar. Korsetlər qarını gizlətməyə və sinə quruluşunu daha qabarıq göstərməyə kömək edirdi.

Ekspertlər vurğulayır ki, bu, qadınlara bənzəmək istəyi ilə bağlı deyildi. Əsas məqsəd mükəmməl görünüş, düz qamət və ideal bədən formasını qorumaq idi. Hətta İngiltərənin şahzadə-regenti də formasını saxlamaq üçün dar korsetlər geyinməsi ilə tanınırdı.

Cəmiyyətin reaksiyası və tənqidlər

Bununla belə, həmin dövrdə bu moda birmənalı qarşılanmırdı. Mətbuat və satirik karikaturalar belə kişiləri tez-tez lağa qoyur, onların korset geyinmək üçün xidmətçilərin köməyinə ehtiyac duyduğunu təsvir edirdi.

Cəmiyyətdə həm də narahatlıq yaranmışdı ki, kişilər həddindən artıq xarici görünüşə diqqət yetirir və "qadınsayağı" davranmağa başlayırlar. Bəzi insanlar onları gülünc hesab etsə də, dendi və centlmenlər üçün baxımlı görünmək şəxsiyyətlərinin ayrılmaz hissəsi idi. Bu, həm də özünə qulluq etməyi və həddindən artıq yeməkdən uzaq durmağı ifadə edirdi.

Korsetlərin yenidən populyarlaşması

XIX əsrin ortalarında kişi korsetləri bir müddət dəbdən düşsə də, əsrin sonlarına doğru yenidən populyarlaşdı. Bu dövrdə V-formalı bədən enli çiyinlər və incə bel ideal sayılırdı. Korsetlər də məhz bu görünüşü yaratmaq üçün istifadə olunurdu.

Hətta bəzi həkimlər korsetləri sağlamlıq baxımından faydalı hesab edərək, zəif bədən quruluşu və ya bel problemləri olan kişilərə tövsiyə edirdilər. Onlar daxili orqanların düzgün vəziyyətdə qalmasına və düzgün qamətin formalaşmasına kömək edən vasitə kimi təqdim olunurdu.

Müasir dövrdə korsetlər

XX əsrin əvvəllərində kişi korsetləri yenidən dəbdən düşdü. Bu gün isə belə aksessuarlar nadir hallarda istifadə olunur və daha çox fərdi stil və özünüifadə vasitəsi kimi qəbul edilir.

Müasir modada kişi korsetlərinin ən diqqətçəkən nümunələrindən biri modelyer Con Qalyanonun Maison Margiela üçün hazırladığı son kolleksiyada təqdim olunub. Həmin nümayişdə kişi modellər sıx bağlanmış korsetlərlə səhnəyə çıxaraq teatral və qeyri-adi görünüş nümayiş etdiriblər.

Nərmin Mustafayeva

Xəbər Lenti

Azərbaycan və Panama arasında diplomatik münasibətlərin qurulmasından illər ötür06.04.2026 - 06:00
Görkəmli bəstəkar Nəriman Məmmədovun xatirəsi yad olunur06.04.2026 - 05:42
Əməkdar artist Ətayə Əliyevanın sənət irsi yad edilir06.04.2026 - 05:06
Xalq artisti Nina Sarnatskayanın xatirəsi ehtiramla yad edilir06.04.2026 - 04:54
Xanəndə Aqil Məlikovun sənət yolu yüksək qiymətləndirilir06.04.2026 - 04:36
Xalq artisti Kazım Abdullayevin yaradıcılığı diqqət mərkəzindədir06.04.2026 - 04:18
Görkəmli kinorejissor Tofiq İsmayılovun xatirəsi anılır06.04.2026 - 04:00
Gəncədə 19 yaşlı tələbə dəm qazından zəhərlənərək ölüb05.04.2026 - 19:56
Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc müxtəlif nailiyyətlərinə görə təltif edilib05.04.2026 - 19:48
Misirdə “ASAN xidmət” barədə araşdırma məqaləsi nəşr edilib05.04.2026 - 19:42
Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib05.04.2026 - 19:25
Müasir dövrdə stress və narahatlıq niyə bu qədər yayılıb? – Psixoloq açıqladı05.04.2026 - 19:18
Süni intellektin təhsilə təsiri ilə bağlı strategiya varmı? – Təhsil eksperti danışdı05.04.2026 - 19:12
Onlayn təhsil ənənəvi təhsili zəiflədirmi? – Təhsil eksperti açıqladı05.04.2026 - 19:04
Sabah yağış yağacaq, külək güclənəcək05.04.2026 - 18:54
Dövlət qulluğuna qəbul üzrə imtahan keçirilir05.04.2026 - 18:44
İranda 30-dan çox universitet bombalanıb, 60 tələbə ölüb05.04.2026 - 18:36
11 mindən çox yeni asteroid aşkar edilib05.04.2026 - 18:26
Fransada 2000 illik antik yaşayış məskəni aşkarlanıb05.04.2026 - 18:18
Jurnalistə universitetdə vəzifə verildi05.04.2026 - 18:10
Peşə təhsili Azərbaycanda yeni mərhələyə keçir - Deputat05.04.2026 - 18:06
Məktəblərdə tədris prosesi dayandırıla bilər - BU HALDA05.04.2026 - 18:00
Yazda düzgün qidalanmaq üçün dietoloqların tövsiyələr05.04.2026 - 17:55
Göytəpə abidəsi ciddi təhlükədədir 05.04.2026 - 17:52
Ürək dayanmasının erkən əlamətləri - bir gün əvvəl nə hiss edirsiniz?05.04.2026 - 17:45
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq05.04.2026 - 17:44
Çilov adasında buraxılış imtahanının vaxtı dəyişdirilib05.04.2026 - 17:36
"Xiaomi"də batareyanı boşaldan parametr05.04.2026 - 17:35
50 min şagird imtahan verdi - 4 nəfərdə telefon aşkarlanıb05.04.2026 - 17:28
MDU-nun kafedra müdiri vəfat etdi05.04.2026 - 17:25
Buraxılış imtahanının cavabları bu tarixdə açıqlanacaq05.04.2026 - 17:20
Məktəblərdə 10 gün dərs olmaycaq05.04.2026 - 17:18
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur05.04.2026 - 17:15
Havaya görə bu imtahanın vaxtı dəyişdi05.04.2026 - 17:10
Özbəkistanda Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” kitabının təqdimatı keçirilib 05.04.2026 - 17:06
Saç tökülməsi nə zaman təhlükəli sayılır?05.04.2026 - 17:00
Vəzifəyə gəlmək istəyən bu şəxslər imtahan verəcək05.04.2026 - 17:00
Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ: Hansı paylaşımlar qanunsuz sayılır?05.04.2026 - 16:55
Tokioda sakura ağacları sakinlərə təhlükə yaratmağa başlayıb05.04.2026 - 16:55
İranda 37 gündür internet yoxdur05.04.2026 - 16:45
Moskvada hava limanında sərnişinləri qarşılayan robot görüntülənib05.04.2026 - 16:45
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul olmaq istəyənlər bu gün imtahan verəcəklər05.04.2026 - 16:35
Rusiyalı alimlər Antarktidada vahə kəşf ediblər05.04.2026 - 16:35
"İnsanlıq Ayın gizli üzünü gördü - "Bu, tanıdığımız Ay deyil"05.04.2026 - 16:25
Azərbaycanda yağışlı hava sabah da davam edəcək - PROQNOZ05.04.2026 - 16:25
Fizikadan musiqiyə uzanan yol - Səssizcə böyük irs qoyub gedən sənətkar05.04.2026 - 16:15
Dünyada təxminən iki milyard insan gizli vərəmə yoluxub05.04.2026 - 16:10