Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.
“Tehsil365” DİM-dən bildirilib ki, imtahan vermək üçün 1292 şagird qeydiyyatdan keçib.
İmtahan Bakı şəhərində təşkil olunacaq və saat 11:00-da başlayır.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gәtirmәlidirlər:
- Şəxsiyyət vəsiqəsi (vəsiqədə şəkli olmayan şagirdlər oxuduqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);
- İmtahana buraxılış vərəqəsi.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda şagird imtahana buraxılmır.
Test imtahanı aşağıda qeyd edilən fənlər üzrə Azərbaycan dilində aparılır:
-Azərbaycan dili;
-Riyaziyyat.
Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.
İmtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.

