“Müasir dövrdə təhsilin rəqəmsallaşması artıq zərurətə çevrilib və bu proses yeni imkanlar yaradır”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında pedaqoq Validə Quliyeva bildirib.
Pedaqoq qeyd edib ki, texnologiyanın təhsilə inteqrasiyası həm müəllimlər, həm də şagirdlər üçün daha əlverişli mühit formalaşdırır.
“Rəqəmsal platformalar vasitəsilə şagirdlər daha çevik şəkildə məlumat əldə edə, müəllimlər isə dərs prosesini daha effektiv təşkil edə bilirlər,” – deyə o bildirib.
Onun sözlərinə görə, distant və hibrid təhsil modelləri də bu prosesin tərkib hissəsidir və artıq geniş tətbiq olunur.
“Bu modellər xüsusilə pandemiya dövründə öz effektivliyini göstərdi və hazırda da alternativ təhsil forması kimi qalmaqdadır,” – deyə o qeyd edib.
Pedaqoq vurğulayıb ki, rəqəmsallaşma ilə yanaşı, ənənəvi təhsil metodlarının qorunması da vacibdir.
“Texnologiya təhsili əvəz etmir, onu tamamlayır. Əsas məqsəd balansı düzgün qurmaqdır,” – deyə o fikrini yekunlaşdırıb.

