Dağıstanda su anbarının bəndinin uçması nəticəsində Məmmədqala kəndi su altında qalıb. Hadisə nəticəsində gənc qadın və uşaq daşqında həlak olub.
“Tehsil365” verir ki, xilasedicilər onları çaydan çıxarsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dünən Gejux su anbarındakı bənd uçub və ətraf ərazilər su altında qalıb.

