NASA-nın Artemis II missiyası çərçivəsində Aya doğru hərəkət edən astronavtlar peykin indiyədək insan gözü ilə görünməmiş hissəsinə aid ilk görüntüləri yayımlayıb.
“Tehsil365” xarici KİV-ə istinadən xəbər verir ki, Orion kosmik gəmisindən çəkilən fotolarda Ayın az öyrənilmiş bölgələrindən biri olan Orientale Basinin bir hissəsi əks olunub.
NASA-nın açıqlamasına görə, təxminən 965 kilometr diametrə malik bu nəhəng krater Ayın Yerə görünən tərəfi ilə qaranlıq tərəfi arasında mühüm keçid zonası hesab olunur.
Qeyd edilib ki, bu əraziyə dair görüntülər indiyədək yalnız robot aparatları vasitəsilə əldə olunmuşdu. İlk dəfədir ki, insanlı missiya zamanı bu bölgə bu qədər aydın şəkildə qeydə alınıb.
Missiya müddətində həmçinin Yer kürəsinin aypara formasında görüntüləri və astronavtların gündəlik fəaliyyətlərini əks etdirən kadrlar da paylaşılıb.

