Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov ilə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu arasında görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, İstanbulun Atatürk Mədəniyyət Mərkəzində keçirilən görüşdə ili ölkə arasında mədəni əlaqələr, nazirliklər arasında əməkdaşlığa dair imzalanan yol xəritəsi, keçirilən beynəlxalq festivallar, mədəni tədbirlər, mədəni kollektivlər arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi məsələləri, habelə Azərbaycandakı Yunus Əmrə İnstitutu və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin milli mədəniyyətimiz, ortaq dəyərlərimizin tanıdılması ilə əlaqədar layihələri müzakirə edilib.
Görüşdə dərin köklərə malik qardaşlıq münasibətlərimiz və güclü mədəni əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində məsələlər, mədəniyyətin bütün sahələrini əhatə edən əməkdaşlıq qeyd olunub, gələcəkdə həyata keçiriləcək birgə layihələrin önəmindən bəhs edilib.

