Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları – şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev, elmi işçi Aqil Mustafayev və Landşaftşünaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanov tərəfindən Kiş çayı hövzəsində monitorinq tədqiqatları aparılıb.
AMEA-dan “Tehsil365"ə bildirilib ki, aparılan müşahidələr nəticəsində intensiv yağıntılar səbəbindən çay yatağında gətirmə materiallarının artması, eləcə də ayrı-ayrı sahələrdə dərin eroziya (yuyulma) proseslərinin baş verdiyi müəyyən edilib.
Qafqaz Ağabalayevin məlumatına əsasən, çayın mənbə hissəsini təşkil edən yüksək dağlıq ərazilərdə qar örtüyünün toplanması ilə əlaqədar olaraq, hazırkı mərhələdə Kiş çayında sel hadisəsi qeydə alınmayıb.

