Istanbulun Bağcılar rayonunda baş verən bıçaqlı dava zamanı polis əməkdaşları yaralanıb.
“Tehsil365" Türkiyə mediasına istinadən xəbər verir ki, bıçaqlı dava ilə bağlı daxil olan çağırış əsasında hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Davaya müdaxilə edən polis əməkdaşlarına 17 yaşlı M.A. müqavimət göstərərək onlara hücum edib. Nəticədə iki polis əməkdaşı əl və ayaq nahiyələrindən bıçaq xəsarətləri alıb.
Hadisə yerindən qaçmağa çalışan şübhəli polis tərəfindən saxlanılıb. Eyni zamanda davada iştirak edən digər şəxslər – 39 yaşlı S.B. və 36 yaşlı İ.B. də polis tərəfindən tutulub.
Faktla bağlı saxlanılan 3 nəfərin polis idarəsində istintaq hərəkətləri davam etdirilir.

