Təhsil 365 - Logo Mobile

Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib

8106.04.2026 - 16:10
Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib

Aprelin 6-da Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib.

"Tehsil365" xəbər verir ki, forumun rəsmi açılış hissəsindən əvvəl Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek arasında universitet rəhbərlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tərəflər ali təhsil sahəsində dövlətlərarası əməkdaşlığın inkişafı, o cümlədən akademik mobillik, birgə təhsil proqramları, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.

Forumun açılış mərasimində salamlama nitqi ilə çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ölkələrimiz arasında akademik əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, həyata keçirilən təşəbbüslər qarşılıqlı akademik fəaliyyətə yeni təkan verib və ölkələrimizin təhsil imkanlarına ikitərəfli marağı gücləndirib. Əlavə edib ki, hazırda Qazaxıstanın 62 universiteti Azərbaycanın 81 universiteti ilə əməkdaşlıq edir. Forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 63 yeni memorandumun imzalanması planlaşdırılır.

Nazir Sayasat Nurbek akademik mobillik və tələbə mübadiləsinin artdığını da qeyd edib və bildirib ki, 2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 333 Azərbaycan vətəndaşı təhsil alır. Eyni zamanda Azərbaycan universitetlərində 164 Qazaxıstan vətəndaşı oxuyur.

Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu ölkələrimiz arasında akademik əməkdaşlığın inkişafı baxımından mühüm platformadır. Nazirin sözlərinə görə, son illərdə universitetlər arasında əlaqələrin genişlənməsi, birgə proqramların və akademik mobilliyin artması bu əməkdaşlığın real nəticələrini göstərir.

Nazir çıxışında forum çərçivəsində imzalanacaq yeni anlaşmaların tərəfdaşlığı daha da gücləndirəcəyinə, tələbə və müəllimlər üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.

Forumun rəsmi açılış mərasimindən sonra akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsi məqsədi daşıyan anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib.

Fatimə Cəfərzadə

Xəbər Lenti

0–6 yaş dövrü uşağın inkişafında niyə kritik hesab olunur? – Məktəbəqədər ekspert açıqladı06.04.2026 - 19:05
Bu gün hansı universitetlər onlayn təhsilə keçib? - RƏSMİ06.04.2026 - 18:54
Musiqi müəllimləri üçün sertifikasiya NÜMUNƏLƏRİ 06.04.2026 - 18:46
DİM “səhv sual” iddialarına aydınlıq gətirdi: şagirdlərin xeyrinə hesablanacaq?06.04.2026 - 18:38
Emin Əmrullayev qazaxıstanlı həmkarı ilə görüşüb06.04.2026 - 18:32
LDU-da “Fibonacci” İntellektual oyunu keçirilib06.04.2026 - 18:24
Növbəti sertifikasiyada riskli qrup: ən çox kəsiləcək MÜƏLLİMLƏR06.04.2026 - 18:16
Tehrana hücumlarda 6 uşaq həyatını itirdi06.04.2026 - 18:08
Avstraliyada azərbaycanlı məktəblilər ölkəmizin mədəniyyətini tanıdıblar06.04.2026 - 18:02
Sabah da yağış yağacaq06.04.2026 - 17:55
Çində əvvəllər məlum olmayan insan növünün izləri aşkarlanıb06.04.2026 - 17:55
Qida ilə təmasda olan mütəxəssislərə gigiyena qaydaları haqqında məlumat verilib06.04.2026 - 17:52
Bakıda dərslər dayandırıldı? – Universitetlərdən açıqlama06.04.2026 - 17:45
Günəşdə partlayışlar: Aprelin 6 və 7-də kosmik havada hansı proseslər gözlənilir?06.04.2026 - 17:45
İordaniya mediası: Azərbaycan mina problemi sahəsində beynəlxalq tərəfdaşlığa böyük önəm verir06.04.2026 - 17:44
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb06.04.2026 - 17:38
Təhsil eksperti Şəmsi Qoca: “Süni intellekt təfəkkürü əvəz etməməli, ona xidmət etməlidir”06.04.2026 - 17:35
Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmirlər - Rəhbərlik məsələni nəzarətə götürdü06.04.2026 - 17:35
Bu il Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edilib06.04.2026 - 17:34
Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyi məhdud imkanı olan insanları sevindirib06.04.2026 - 17:26
Beynəlxalq Təhsil İcmalı Mart 202606.04.2026 - 17:25
Kəlbəcər və Kəngərli məktəblərində ilk dəfə buraxılış imtahanları keçirilib06.04.2026 - 17:20
Gənc Tamaşaçılar Teatrının aprel repertuarı açıqlanıb06.04.2026 - 17:18
Sınaq imtahanında suallar hansı mövzulardan olacaq?06.04.2026 - 17:15
Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Kiş çayı hövzəsində monitorinq tədqiqatları aparıblar06.04.2026 - 17:12
IX sinif şagirdlərinin NƏZƏRİNƏ! Qeydiyyat başladı06.04.2026 - 17:10
LDU-da bədii yaradıcılıq müsabiqəsinin seçim turu keçirilib06.04.2026 - 17:05
“İntellektual qatar” adlı kitab sərgisi başa çatıb06.04.2026 - 17:04
Qələbəmi şəhidlərimizə həsr etdim – 40 saniyəyə rəqibini məğlub edən məktəbli06.04.2026 - 17:00
"BilBacar"ın IV “Yarış” mərhələsinə start verilib06.04.2026 - 16:56
Azərbaycan İdman Akademiyasında təlim keçirilib06.04.2026 - 16:55
Buraxılış imtahanının suallarının doğru cavabları AÇIQLANDI06.04.2026 - 16:45
MÜTDA valideynlərə çağırış etdi06.04.2026 - 16:45
Sumqayıtda bu məktəb yeni modellə fəaliyyət göstərəcək: Müəllim qəbuluna başlanılır06.04.2026 - 16:35
DİM buraxılış imtahanındakı mübahisəli suallarla bağlı AÇIQLAMA VERDİ06.04.2026 - 16:35
ADNSU-da texnoloji startapların kommersiyalaşdırılması üzrə təlim keçirilib06.04.2026 - 16:25
Bədii yaradıcılıq müsabiqə–festivalının seçim mərhələsinə start verilib06.04.2026 - 16:15
Musiqi müəllimləri üçün sertifikasiya üzrə yeni test nümunələri təqdim olunub 06.04.2026 - 16:05
ABŞ məktəblərində təhlükəsizlik üçün süni intellektdən istifadə edilə bilər06.04.2026 - 16:00
Azərbaycanda ilk uşaq serialı kitab oldu06.04.2026 - 15:50
Avstraliyada azərbaycanlı məktəblilər ölkəmizin mədəniyyətini tanıdıblar06.04.2026 - 15:45
AMEA-da Elm Günü qeyd olunub06.04.2026 - 15:40
“Azercell Telekom” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib06.04.2026 - 15:35
“Terrorçuluğa qarşı mübarizə” və “Media haqqında” qanunlara dəyişiklik plenar iclasa tövsiyə edilib06.04.2026 - 15:30
“Reuters”: NASA-nın missiyası Aya çatıb06.04.2026 - 15:25
Sadaxlıda Xalq şairi Səməd Vurğunun xatirəsi anılıb06.04.2026 - 15:20
“BilBacar” müsabiqəsinin IV “Yarış” mərhələsinə start verilib06.04.2026 - 15:15