Təhsil 365 - Logo Mobile

Qələbəmi şəhidlərimizə həsr etdim – 40 saniyəyə rəqibini məğlub edən məktəbli

7906.04.2026 - 17:00
Qələbəmi şəhidlərimizə həsr etdim – 40 saniyəyə rəqibini məğlub edən məktəbli

Onun qalibiyyətini bir neçə gün öncə məktəbdə şagird yoldaşları böyük coşqu ilə qarşılamışdılar. O, Türkiyənin Antalya şəhərində muay-tay idman növü üzrə keçirilən yarışda ikincilik əldə edən İlhamdır.

İlham Çıraqov 2012-ci ildə Bakıda doğulub. Əslən laçınlıdır. Hazırda Masazırda yerləşən Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin 8-ci sinfində oxuyur.

İlham 7 yaşından idmana maraq göstərir. Muay-tay idman növündə məşqlərə başlayır. Bu yolda ailəsi də ona dəstək olur. Gənc idmançı idmanla bərabər ali təhsil də almaq istəyir, o, 2-ci qrup üzrə “Maliyyə” ixtisasında təhsil almaq istəyir.

" İdman sahəsində ailə üzvlərimin dəstəyini hər an hiss edirəm. Atam Elgün Çıraqov peşəkar idmançı və beynəlxalq dərəcəli hakimdir. O, həmçinin mənim məşqçimdir. Yəqin ki elə mənim idman həvəsim buradan qaynaqlanır".

2019-cu ildən məşqlərə başlayan İlham muay-tay idman növü üzrə Azərbaycan çempionu, 2 dəfə Bakı şəhər çempionu, eləcə də uşu-sanda idman növü üzrə 2 dəfə Azərbaycan, 2 dəfə Bakı çempionu olub.

Uğurları ard-arda yaşayan məktəbli 2025 -ci ildə kunq-fu idman növü üzrə Azərbaycan çempionu tituluna da sahibdir.

" Bu günə qədər 40 döyüş keçirmişəm. Müxtəlif turnir və beynəlxalq səviyyəli yarışların qalibi, həmçinin mükafatçısı olmuşam. Mənimlə bərabər həyəcan keçirən ailə üzvlərim var. Hətta bəzən onların məndən daha həyəcanlı olduğunu deyə bilərəm.

Yarışlarımın birində televiziyadan məni izləyən nənəm göz yaşlarını saxlaya bilməyib. Bütün yarışı anban izləyib. Mən bu hadisəni sonra evdəkilərin çəkdiyi videodan gördüm"./

Laçın məktəblisi son dəfə 30-a yaxın ölkənin idmaçısının qatıldığı yarışda cəmi 40 saniyəlik döyüşlə yarımfinala yüksəlib.

" 25-29 mart tarixlərində Türkiyənin Antalya şəhərində muay-tay idman növündə açıq beynəlxalq kubok üzrə yarış təşkil olunmuşdu. Avropa Muay-tay Federasiyasının təşkilatçısı olduğu turnirdə ikincilik əldə etdim. İlk döyüşüm 40 saniyə çəkdi, yarımfinalda qırğızıstanlı idmançını nokaut edib finala yüksəldim. Finalda isə yerli rəqiblə qarşı-qarşıya gəldim. Bəzən gözlənilməz qərarlar da olur. Amma ruhdan düşmək lazım deyil".

Avropa ikincisi olan İlham deyir ki, əsas məqsədi vətəninə ,dövlətinə, xalqına xidmət etmək, bayrağımızı başqa ölkələrdə qürurla dalğalandırmaqdır:

"Yarışa getməmişdən əvvəl demişdim ki, mən qələbəylə geri dönəcək və bu döyüşümü şəhidlərimizə həsr edəcəyəm. Sözümdə durdum".

Döyüşdən qalib çıxanda bir çox ölkələrin arasında komandamızın "Azərbaycan, Azərbaycan", - deyə sədalarını yüksəltməsi, bayrağımızın başımın üstündə dalğanlaması, təltif edilmək - bir idmançı üçün bundan gözəl hiss yoxdur, məncə. İnanıram ki, bundan sonra nailiyyətlərim daha da artacaq.

Fatimə Cəfərzadə

Xəbər Lenti

0–6 yaş dövrü uşağın inkişafında niyə kritik hesab olunur? – Məktəbəqədər ekspert açıqladı06.04.2026 - 19:05
Bu gün hansı universitetlər onlayn təhsilə keçib? - RƏSMİ06.04.2026 - 18:54
Musiqi müəllimləri üçün sertifikasiya NÜMUNƏLƏRİ 06.04.2026 - 18:46
DİM “səhv sual” iddialarına aydınlıq gətirdi: şagirdlərin xeyrinə hesablanacaq?06.04.2026 - 18:38
Emin Əmrullayev qazaxıstanlı həmkarı ilə görüşüb06.04.2026 - 18:32
LDU-da “Fibonacci” İntellektual oyunu keçirilib06.04.2026 - 18:24
Növbəti sertifikasiyada riskli qrup: ən çox kəsiləcək MÜƏLLİMLƏR06.04.2026 - 18:16
Tehrana hücumlarda 6 uşaq həyatını itirdi06.04.2026 - 18:08
Avstraliyada azərbaycanlı məktəblilər ölkəmizin mədəniyyətini tanıdıblar06.04.2026 - 18:02
Çində əvvəllər məlum olmayan insan növünün izləri aşkarlanıb06.04.2026 - 17:55
Sabah da yağış yağacaq06.04.2026 - 17:55
Qida ilə təmasda olan mütəxəssislərə gigiyena qaydaları haqqında məlumat verilib06.04.2026 - 17:52
Günəşdə partlayışlar: Aprelin 6 və 7-də kosmik havada hansı proseslər gözlənilir?06.04.2026 - 17:45
Bakıda dərslər dayandırıldı? – Universitetlərdən açıqlama06.04.2026 - 17:45
İordaniya mediası: Azərbaycan mina problemi sahəsində beynəlxalq tərəfdaşlığa böyük önəm verir06.04.2026 - 17:44
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb06.04.2026 - 17:38
Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmirlər - Rəhbərlik məsələni nəzarətə götürdü06.04.2026 - 17:35
Təhsil eksperti Şəmsi Qoca: “Süni intellekt təfəkkürü əvəz etməməli, ona xidmət etməlidir”06.04.2026 - 17:35
Bu il Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edilib06.04.2026 - 17:34
Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyi məhdud imkanı olan insanları sevindirib06.04.2026 - 17:26
Beynəlxalq Təhsil İcmalı Mart 202606.04.2026 - 17:25
Kəlbəcər və Kəngərli məktəblərində ilk dəfə buraxılış imtahanları keçirilib06.04.2026 - 17:20
Gənc Tamaşaçılar Teatrının aprel repertuarı açıqlanıb06.04.2026 - 17:18
Sınaq imtahanında suallar hansı mövzulardan olacaq?06.04.2026 - 17:15
Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Kiş çayı hövzəsində monitorinq tədqiqatları aparıblar06.04.2026 - 17:12
IX sinif şagirdlərinin NƏZƏRİNƏ! Qeydiyyat başladı06.04.2026 - 17:10
LDU-da bədii yaradıcılıq müsabiqəsinin seçim turu keçirilib06.04.2026 - 17:05
“İntellektual qatar” adlı kitab sərgisi başa çatıb06.04.2026 - 17:04
"BilBacar"ın IV “Yarış” mərhələsinə start verilib06.04.2026 - 16:56
Azərbaycan İdman Akademiyasında təlim keçirilib06.04.2026 - 16:55
Buraxılış imtahanının suallarının doğru cavabları AÇIQLANDI06.04.2026 - 16:45
MÜTDA valideynlərə çağırış etdi06.04.2026 - 16:45
DİM buraxılış imtahanındakı mübahisəli suallarla bağlı AÇIQLAMA VERDİ06.04.2026 - 16:35
Sumqayıtda bu məktəb yeni modellə fəaliyyət göstərəcək: Müəllim qəbuluna başlanılır06.04.2026 - 16:35
ADNSU-da texnoloji startapların kommersiyalaşdırılması üzrə təlim keçirilib06.04.2026 - 16:25
Bədii yaradıcılıq müsabiqə–festivalının seçim mərhələsinə start verilib06.04.2026 - 16:15
Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib06.04.2026 - 16:10
Musiqi müəllimləri üçün sertifikasiya üzrə yeni test nümunələri təqdim olunub 06.04.2026 - 16:05
ABŞ məktəblərində təhlükəsizlik üçün süni intellektdən istifadə edilə bilər06.04.2026 - 16:00
Azərbaycanda ilk uşaq serialı kitab oldu06.04.2026 - 15:50
Avstraliyada azərbaycanlı məktəblilər ölkəmizin mədəniyyətini tanıdıblar06.04.2026 - 15:45
AMEA-da Elm Günü qeyd olunub06.04.2026 - 15:40
“Azercell Telekom” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib06.04.2026 - 15:35
“Terrorçuluğa qarşı mübarizə” və “Media haqqında” qanunlara dəyişiklik plenar iclasa tövsiyə edilib06.04.2026 - 15:30
“Reuters”: NASA-nın missiyası Aya çatıb06.04.2026 - 15:25
Sadaxlıda Xalq şairi Səməd Vurğunun xatirəsi anılıb06.04.2026 - 15:20
“BilBacar” müsabiqəsinin IV “Yarış” mərhələsinə start verilib06.04.2026 - 15:15