Təhsil 365 - Logo Mobile

Unutqanlıq həmişə yaşla bağlıdır? - AÇIQLAMA

8207.04.2026 - 07:33
Unutqanlıq həmişə yaşla bağlıdır? - AÇIQLAMA

Yaddaşın azalması və diqqətsizlik həmişə yaşla əlaqəli deyil. Bəzən bu hallar orqanizmin işindəki geri dönən problemlərdən xəbər verə bilər.

“Tehsil365” xəbər verir ki, bu barədə rusiyalı həkim Nikita Quryanov "İzvestiya" nəşrinə müsahibəsində danışıb.

Həkim qeyd edib ki, yaddaş pozğunluğu hər zaman yaşla bağlı geridönməz dəyişiklikləri göstərmir:

"Unutqanlıq adətən xarici və daxili faktorların təsiri altında tədricən inkişaf edir. Beynin enerji təchizatında yaranan pozuntular, oksigen, vitamin və mikroelementlərin çatışmazlığı, eləcə də qan axınının pisləşməsi burada əsas rol oynayır. Belə şəraitdə informasiyanın emal sürəti yavaşlayır və yeni xatirələrin formalaşması çətinləşir".

Mütəxəssis əlavə edib ki, xroniki yuxu çatışmazlığı, xüsusən də obstruktiv apnoe sindromu (yuxuda tənəffüsün kəsilməsi) idrak funksiyalarına ciddi təsir göstərir. Digər geniş yayılmış səbəb isə B12 vitamini və dəmir çatışmazlığıdır. Bu defisitlər sinir sisteminin işini yavaşladır və konsentrasiyanı pozur.

Nikita Quryanov müəyyən tibbi preparatların təsirinə də diqqət çəkib. Onun sözlərinə görə, bəzi dərmanların uzun müddət və nəzarətsiz istifadəsi idrak funksiyalarını basdıra bilər. Bu isə çox vaxt səhvən yaşla bağlı dəyişiklik kimi qəbul edilən davamlı yaddaş itkisinə səbəb olur.

Ekspert vurğulayıb ki, müvəqqəti unutqanlıqla patoloji vəziyyəti fərqləndirmək vacibdir. Əgər problemlər gündəlik həyata təsir etməyə başlayırsa, dezorientasiya (istiqaməti itirmə), apatiya və ya şəxsiyyət dəyişiklikləri ilə müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir.

Diaqnostika vitamin və hormon səviyyələrinin, həmçinin damarların vəziyyətinin təhlili ilə başlamalıdır. Yuxu pozuntusu və ya çox dərman içmək kimi amillərin aradan qaldırılması ciddi müalicəyə ehtiyac olmadan yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Zeynəb Quluyeva

Xəbər Lenti

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur07.04.2026 - 09:50
Xərçənglə bağlı çağırış07.04.2026 - 09:45
Professor Əli Səfiyevin 85 illik yubileyi münasibətilə ziyarət olunub 07.04.2026 - 09:35
Meşə çətirləri "elektriklə parlayır": Alimlər əsrlik nəzəriyyəni təsdiqlədi07.04.2026 - 09:25
Azərbaycanda zəlzələ olub07.04.2026 - 09:18
Şagirdlərlə olimpiada qalibinin görüşü təşkil edilib07.04.2026 - 09:09
Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablonun ekspertizası aparılır07.04.2026 - 09:00
Çində bəzi şirkətlər əməkdaşlarını süni intellektlə əvəzləməyə başlayıblar07.04.2026 - 08:50
Magistraturaya ikinci şans: 4 mindən çox bakalavr müraciət edib07.04.2026 - 08:41
Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb07.04.2026 - 08:40
Albalının xərçənglə mübarizədə rolu07.04.2026 - 08:28
"OpenAI"nin rəhbəri: "Süni intellekt xəstəlikləri müalicə edəcək, lakin təhlükəli patogenlər də yarada bilər"07.04.2026 - 08:16
ADU-da professor Revekka Barsukun 110 illik yubileyi qeyd olunacaq07.04.2026 - 08:02
ADU tələbələri Sıfır Tullantı Günündə görüşdə iştirak edib07.04.2026 - 07:52
"Gizlənpaç" faciəsi: iki azyaşlı həyatını itirdi07.04.2026 - 07:45
18 dərəcə isti...- GÜNÜN HAVASI07.04.2026 - 07:21
“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub, Yerə qayıdır07.04.2026 - 07:10
Azərbaycan Hava Yolları təsis edilib07.04.2026 - 07:00
Azərbaycan və İsrail arasında diplomatik əlaqələr qurulub07.04.2026 - 06:36
1906 — “Molla Nəsrəddin” jurnalı ilk dəfə nəşr olunub07.04.2026 - 06:18
Fərid Ələkbərli – Azərbaycan tibb tarixinin görkəmli tədqiqatçısı07.04.2026 - 06:00
Ramiz Sərkərov – səhnə və ekranın yaddaqalan siması07.04.2026 - 05:42
Qəmər Almaszadə – Azərbaycan balet sənətinin ilk ulduzu07.04.2026 - 05:18
Hacı Xanməmmədov – Azərbaycan musiqisinin görkəmli bəstəkarı və dirijoru07.04.2026 - 05:06
Əhməd Səfərov – Azərbaycan teatrının unudulmaz məzhəkə ustası07.04.2026 - 04:54
Branimir Subaşiç – Azərbaycan millisində iz qoymuş hücumçu07.04.2026 - 04:36
Çingiz Abdullayev – Azərbaycan Detektiv Ədəbiyyatının Tanınmış Siması07.04.2026 - 04:18
Məhəmməd Əli Rəsulzadə – Milli İstiqlal Hərəkatının Fədakar Nümayəndəsi07.04.2026 - 04:00
Qazaxıstanın 58 universitetində 333 Azərbaycanın vətəndaşı təhsil alır06.04.2026 - 19:58
Mədəniyyət Nazirliyinin yeni strukturunda 13 şöbə, 5 sektor formalaşdırılıb06.04.2026 - 19:55
Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub06.04.2026 - 19:50
17 yaşlı yeniyetmə polis əməkdaşlarını bıçaqladı06.04.2026 - 19:45
Qəzzada yenidoğulmuşlar üçün kritik böhran06.04.2026 - 19:36
Sabah arabir yağış yağacaq06.04.2026 - 19:28
Dünənki imtahanın doğru cavabları açıqlanıb06.04.2026 - 19:24
Məktəb üçün oyanmaq: keçmişin ən maraqlı ÜSULLARI06.04.2026 - 19:20
Erkən təhsil uşağın gələcək uğuruna necə təsir edir? – Ekspert danışdı06.04.2026 - 19:18
Uşaqlara erkən yaşda nə öyrədilməlidir: akademik biliklər, yoxsa sosial bacarıqlar? – Ekspert açıqlama verdi06.04.2026 - 19:12
0–6 yaş dövrü uşağın inkişafında niyə kritik hesab olunur? – Məktəbəqədər ekspert açıqladı06.04.2026 - 19:05
Bu gün hansı universitetlər onlayn təhsilə keçib? - RƏSMİ06.04.2026 - 18:54
Musiqi müəllimləri üçün sertifikasiya NÜMUNƏLƏRİ 06.04.2026 - 18:46
DİM “səhv sual” iddialarına aydınlıq gətirdi: şagirdlərin xeyrinə hesablanacaq?06.04.2026 - 18:38
Emin Əmrullayev qazaxıstanlı həmkarı ilə görüşüb06.04.2026 - 18:32
LDU-da “Fibonacci” İntellektual oyunu keçirilib06.04.2026 - 18:24
Növbəti sertifikasiyada riskli qrup: ən çox kəsiləcək MÜƏLLİMLƏR06.04.2026 - 18:16
Tehrana hücumlarda 6 uşaq həyatını itirdi06.04.2026 - 18:08
Avstraliyada azərbaycanlı məktəblilər ölkəmizin mədəniyyətini tanıdıblar06.04.2026 - 18:02