Təhsil 365 - Logo Mobile

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

7507.04.2026 - 08:40
Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

BDU könüllüləri” təşkilatının “Ustaddan öyrən” layihəsi çərçivəsində Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair, professor, “91-lər”in üzvü Zahid Xəlil Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin şagirdləri ilə görüşüb.

“Tehsil365” görüş “Libra kitab” nəşriyyat evinin təşkilati dəstəyi ilə keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “Ustaddan öyrən” layihəsi çərçivəsində keçirilən görüşlərdən söz açıb. Bildirib ki, layihə gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda inkişafını təmin etmək məqsədilə keçirilir: “Bugünkü qonağımız Zahid Xəlil Azərbaycan uşaq ədəbiyyatının tanınmış simasıdır. O, yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edib. Alimin “Azərbaycan uşaq poeziyası və folklor”u və “Azərbaycan uşaq ədəbiyyatının mənşəyi, təşəkkülünün əsas amilləri və inkişaf problemləri” mövzusunda yazdığı namizədlik və doktorluq dissertasiyaları da bu sahənin geniş tədqiqinə həsr olunub. Düşünürəm ki, bu görüş şagirdlər üçün çox faydalı olacaq”.

“Gənc istedadlar” liseyinin direktoru Fuad Babayev görüşdə iştirak etdiyinə görə Zahid Xəlilə təşəkkürünü bildirib: “Zahid Xəlil uşaq psixologiyasını dərindən bilən yazıçılarımızdandır. Bu baxımdan onun yaradıcılığı uşaqlar tərəfindən çox sevilir”.

Görüşün moderatoru, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan görkəmli alimin, şairin həyat yolu, yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, onun şeirlərinin əksəriyyəti uşaqları əməyə məhəbbət, həyatın mənasını başa düşmək, Vətəni sevmək, doğru danışmaq kimi gözəl hisslər ruhunda tərbiyə etməyə xidmət edir. Uşaqların sevə-sevə oxuduğu “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları” kimi şeir və nağıllar Zahid Xəlil yaradıcılığının bəhrəsidir.

Daha sonra söz professor Zahid Xəlilə verilib. Dəvət üçün təşəkkürünü bildirən şair ədəbiyyata olan marağının uşaqlıq illərindən formalaşdığını qeyd edib. O, şagirdlərə öz tövsiyələrini verib, sevilən şeirlərindən parçalar səsləndirib: “Məktəb illərində mütaliə ilə məşğul olmaq gələcəyiniz üçün bir mayaq rolunu oynayır. Onun üçün həmişə oxumağa, özünüzü inkişaf etdirməyə çalışın”.

Görüşün davamında liseyin şagirdləri Zahid Xəlilin şeirləri səsləndirib, onun yaradıcılığı ilə bağlı suallar ünvanlayıblar. Liseyin şagirdi Nuray Həmidova hazırladığı hədiyyəni yazıçıya təqdim edib.

“Libra kitab” nəşriyyat evininin ictimai əlaqələr üzrə məsul şəxsi Günel Kamal tərəfindən liseyin şagirdlərinə hədiyyələr təqdim olunub. Sonda görkəmli şair liseyin şagirdlərinə imzalı kitablarını hədiyyə edib.

Zeynəb Quluyeva

Xəbər Lenti

BŞTİ-yə yeni müdir müavinləri təyin olunub07.04.2026 - 16:05
Emin Əmrullayev Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi ilə tanış olub07.04.2026 - 16:00
Psixoloq Zeynəb Eyyubova: “Psixoloji çətinliklər zəiflik deyil, həyatın bir hissəsidir”07.04.2026 - 16:00
Azərbaycanın və Türkiyənin baş prokurorları Bakı Dövlət Universitetində mühazirə oxuyublar07.04.2026 - 15:50
Azərbaycanlı tələbələrin startapı 1,6 milyon dollar dəyərində qiymətləndirilib07.04.2026 - 15:45
“Böyük Qayıdış naminə təhlükəsiz gələcək” - Forum07.04.2026 - 15:40
Naxçıvanda 70-dən çox müəllim sertifikasiya imtahanında könüllü iştirak etmək istəyir07.04.2026 - 15:35
Tanınmış alim və pedaqoq Revekka Barsukun yaradıcılıq irsi bu gün də aktuallığını qoruyub saxlayır07.04.2026 - 15:30
Rusiyada məktəbdə insident baş verib07.04.2026 - 15:25
“WhatsApp”da səsli və videozənglər üçün səs-küyün azaldılması funksiyası əlavə olunacaq07.04.2026 - 15:20
Şəki-Zaqatala regionunda 815 şagird RFM və Lütfi Zadə olimpiadasının yarımfinalına vəsiqə qazanıb07.04.2026 - 15:15
“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb07.04.2026 - 15:10
Britaniya yeniyetmələr arasında sosial media qadağasını test edəcək07.04.2026 - 15:05
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn üçüncü komanda bəlli olub07.04.2026 - 15:00
Türk Mədəniyyəti və İrsi Fondunda kitab təqdimatı - Türk dünyasının diplomatiya inciləri07.04.2026 - 15:00
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ07.04.2026 - 14:51
Azərbaycanın 15 taekvondoçusu dünya çempionatında çıxış edəcək07.04.2026 - 14:41
Bakı Dövlət Universiteti Qazaxıstanda keçirilən “Study in Azerbaijan” sərgisində təmsil olunur07.04.2026 - 14:31
Səhər tez oyanmağın faydaları07.04.2026 - 14:25
"Molla Nəsrəddin"in 120 illiyi münasibətilə virtual sərgi və biblioqrafik icmal hazırlanıb07.04.2026 - 14:21
Şagirdlər üçün effektiv öyrənmə texnikaları07.04.2026 - 14:20
Gənclər Kitabxanası Ümumdünya Sağlamlıq Günü münasibətilə dayсest hazırlayıb07.04.2026 - 14:11
Fiziki aktivliyin rolu07.04.2026 - 14:10
Milli Kitabxanada “Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açılıb07.04.2026 - 14:05
Stress və onun insan sağlamlığına təsiri07.04.2026 - 14:05
Özbəkistanda Xalid Səid Xocayevə həsr olunmuş kitab təqdim edilib07.04.2026 - 13:58
Kibertəhlükəsizlik nədir və niyə vacibdir07.04.2026 - 13:57
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti07.04.2026 - 13:47
BMU-da aqrokimyəvi analizlərin aparılacağı müasir laboratoriya açılıb07.04.2026 - 13:24
ADAU ilə Qazaxıstanın ali təhsil müəssisələri arasında memorandum imzalanıb07.04.2026 - 13:12
Akademik Gövhər Baxşəliyeva: Ölkəmizin tərəqqisində elmin və alimin rolu böyükdür07.04.2026 - 12:59
ADNSU Almatıda keçirilən “Study in Azerbaijan” sərgisində təmsil olunub07.04.2026 - 12:47
Şuşa şəhərinin memarlıq abidələrinə dair informasiya resursları - elmi seminar07.04.2026 - 12:35
Birinci sinfə qeydiyyat prosesinə hazırlıq: valideynlərin diqqətinə07.04.2026 - 12:24
Nazir müavini Həsən Həsənlinin Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib07.04.2026 - 12:11
MDU nümayəndə heyəti Almatı şəhərində keçirilən “Study in Azerbaijan” sərgisində07.04.2026 - 10:00
Psixoloji gərginlik halları çoxalır07.04.2026 - 09:56
BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur07.04.2026 - 09:50
Xərçənglə bağlı çağırış07.04.2026 - 09:45
Professor Əli Səfiyevin 85 illik yubileyi münasibətilə ziyarət olunub 07.04.2026 - 09:35
Meşə çətirləri "elektriklə parlayır": Alimlər əsrlik nəzəriyyəni təsdiqlədi07.04.2026 - 09:25
Azərbaycanda zəlzələ olub07.04.2026 - 09:18
Şagirdlərlə olimpiada qalibinin görüşü təşkil edilib07.04.2026 - 09:09
Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablonun ekspertizası aparılır07.04.2026 - 09:00
Çində bəzi şirkətlər əməkdaşlarını süni intellektlə əvəzləməyə başlayıblar07.04.2026 - 08:50
Magistraturaya ikinci şans: 4 mindən çox bakalavr müraciət edib07.04.2026 - 08:41
Albalının xərçənglə mübarizədə rolu07.04.2026 - 08:28