Təhsil 365 - Logo Mobile

Özbəkistanda Xalid Səid Xocayevə həsr olunmuş kitab təqdim edilib

10307.04.2026 - 13:58
Özbəkistanda Xalid Səid Xocayevə həsr olunmuş kitab təqdim edilib

Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində görkəmli türkoloq, özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayevə həsr olunmuş “Xolid Said Xo‘jayev” kitabının təqdimatı keçirilib. Özbək dilinə tərcümə edilən kitabın müəllifi Azər Turandır.

Bu barədə “Tehsil365” ə Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Tədbirdə çıxış edən universitetin rektoru Sanjar Adilov Azərbaycan və Özbəkistan münasibətlərinin ortaq tarixi və mədəni köklərə əsaslandığını vurğulayaraq, bu əlaqələri bir-birini tamamlayan iki qardaş xalqın qarşılıqlı inkişaf modeli kimi dəyərləndirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli söyləyib ki, təqdim olunan nəşr Xalid Səid Xocayevin zəngin elmi irsinin sistemli şəkildə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. “Kitab Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində nəşr olunub və bu kimi təşəbbüslər Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasətə uyğun olaraq iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Bu nəşr eyni zamanda Türk dünyasının ortaq elmi irsinin öyrənilməsi və təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir”,- deyə A.Marifli əlavə edib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, akademik Rafael Hüseynov, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova çıxışlarında kitabın əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, Xalid Səid Xocayev Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi və mənəvi dəyərdir. Diqqətə çatdırılıb ki, alim özbəkəsilli olsa da, həyatının böyük hissəsini Azərbaycanda elmi fəaliyyətə həsr edib.

Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru, kitabın özbək dilinə tərcüməçisi Marufcan Yoldaşov, kitabın müəllifi Azər Turan Xalid Səid Xocayevin Birinci Türkoloji Qurultaydakı fəal iştirakından bəhs edərək onun türkoloji fikrin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının üzvləri çıxış ediblər.

Sonda müəllif kitabları imzalayıb.

Zəhra Əliyeva

Xəbər Lenti

Emin Əmrullayev Qazaxıstanda Farabi Hub İnnovasiya Mərkəzini ziyarət edib 07.04.2026 - 16:15
BŞTİ-yə yeni müdir müavinləri təyin olunub07.04.2026 - 16:05
Psixoloq Zeynəb Eyyubova: “Psixoloji çətinliklər zəiflik deyil, həyatın bir hissəsidir”07.04.2026 - 16:00
Emin Əmrullayev Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi ilə tanış olub07.04.2026 - 16:00
Azərbaycanın və Türkiyənin baş prokurorları Bakı Dövlət Universitetində mühazirə oxuyublar07.04.2026 - 15:50
Azərbaycanlı tələbələrin startapı 1,6 milyon dollar dəyərində qiymətləndirilib07.04.2026 - 15:45
“Böyük Qayıdış naminə təhlükəsiz gələcək” - Forum07.04.2026 - 15:40
Naxçıvanda 70-dən çox müəllim sertifikasiya imtahanında könüllü iştirak etmək istəyir07.04.2026 - 15:35
Tanınmış alim və pedaqoq Revekka Barsukun yaradıcılıq irsi bu gün də aktuallığını qoruyub saxlayır07.04.2026 - 15:30
Rusiyada məktəbdə insident baş verib07.04.2026 - 15:25
“WhatsApp”da səsli və videozənglər üçün səs-küyün azaldılması funksiyası əlavə olunacaq07.04.2026 - 15:20
Şəki-Zaqatala regionunda 815 şagird RFM və Lütfi Zadə olimpiadasının yarımfinalına vəsiqə qazanıb07.04.2026 - 15:15
“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb07.04.2026 - 15:10
Britaniya yeniyetmələr arasında sosial media qadağasını test edəcək07.04.2026 - 15:05
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn üçüncü komanda bəlli olub07.04.2026 - 15:00
Türk Mədəniyyəti və İrsi Fondunda kitab təqdimatı - Türk dünyasının diplomatiya inciləri07.04.2026 - 15:00
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ07.04.2026 - 14:51
Azərbaycanın 15 taekvondoçusu dünya çempionatında çıxış edəcək07.04.2026 - 14:41
Bakı Dövlət Universiteti Qazaxıstanda keçirilən “Study in Azerbaijan” sərgisində təmsil olunur07.04.2026 - 14:31
Səhər tez oyanmağın faydaları07.04.2026 - 14:25
"Molla Nəsrəddin"in 120 illiyi münasibətilə virtual sərgi və biblioqrafik icmal hazırlanıb07.04.2026 - 14:21
Şagirdlər üçün effektiv öyrənmə texnikaları07.04.2026 - 14:20
Gənclər Kitabxanası Ümumdünya Sağlamlıq Günü münasibətilə dayсest hazırlayıb07.04.2026 - 14:11
Fiziki aktivliyin rolu07.04.2026 - 14:10
Stress və onun insan sağlamlığına təsiri07.04.2026 - 14:05
Milli Kitabxanada “Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açılıb07.04.2026 - 14:05
Kibertəhlükəsizlik nədir və niyə vacibdir07.04.2026 - 13:57
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti07.04.2026 - 13:47
BMU-da aqrokimyəvi analizlərin aparılacağı müasir laboratoriya açılıb07.04.2026 - 13:24
ADAU ilə Qazaxıstanın ali təhsil müəssisələri arasında memorandum imzalanıb07.04.2026 - 13:12
Akademik Gövhər Baxşəliyeva: Ölkəmizin tərəqqisində elmin və alimin rolu böyükdür07.04.2026 - 12:59
ADNSU Almatıda keçirilən “Study in Azerbaijan” sərgisində təmsil olunub07.04.2026 - 12:47
Şuşa şəhərinin memarlıq abidələrinə dair informasiya resursları - elmi seminar07.04.2026 - 12:35
Birinci sinfə qeydiyyat prosesinə hazırlıq: valideynlərin diqqətinə07.04.2026 - 12:24
Nazir müavini Həsən Həsənlinin Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib07.04.2026 - 12:11
MDU nümayəndə heyəti Almatı şəhərində keçirilən “Study in Azerbaijan” sərgisində07.04.2026 - 10:00
Psixoloji gərginlik halları çoxalır07.04.2026 - 09:56
BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur07.04.2026 - 09:50
Xərçənglə bağlı çağırış07.04.2026 - 09:45
Professor Əli Səfiyevin 85 illik yubileyi münasibətilə ziyarət olunub 07.04.2026 - 09:35
Meşə çətirləri "elektriklə parlayır": Alimlər əsrlik nəzəriyyəni təsdiqlədi07.04.2026 - 09:25
Azərbaycanda zəlzələ olub07.04.2026 - 09:18
Şagirdlərlə olimpiada qalibinin görüşü təşkil edilib07.04.2026 - 09:09
Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablonun ekspertizası aparılır07.04.2026 - 09:00
Çində bəzi şirkətlər əməkdaşlarını süni intellektlə əvəzləməyə başlayıblar07.04.2026 - 08:50
Magistraturaya ikinci şans: 4 mindən çox bakalavr müraciət edib07.04.2026 - 08:41
Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb07.04.2026 - 08:40