Təhsil 365 - Logo Mobile

Şagirdlər üçün effektiv öyrənmə texnikaları

12407.04.2026 - 14:20
Şagirdlər üçün effektiv öyrənmə texnikaları

Şagirdlər üçün effektiv öyrənmə üsulları müasir təhsilin ən vacib mövzularından biridir. Hər bir şagirdin öyrənmə tərzi fərqli olduğu üçün dərs materialını daha yaxşı mənimsəmək üçün uyğun metodların seçilməsi böyük əhəmiyyət daşıyır. Düzgün öyrənmə üsulları şagirdlərin dərsi daha tez qavramasına, yaddaşını gücləndirməsinə və nəticədə daha yüksək nailiyyət əldə etməsinə kömək edir. Buna görə də, effektiv öyrənmə yollarını araşdırmaq və tətbiq etmək hər bir şagird üçün vacibdir.

“Tehsil365” in araşdırmasına görə, Öyrənmə Texnikaları Hansılardır?

1.Pomodoro Texnikası

Pomodoro öyrənmə texnikaları arasında tələbələr və abituriyentlər arasında ən çox bilinən və tanınan texnikadır. Pomodoro texnikası 1992-ci ildə italyan Fransesco Cirillo tərəfindən kəşf edilmişdir. Fransesco texnikadan istifadə edərkən qarşısında pomidora oxşayan mətbəx taymerindən istifadə etdiyindən dolayı texnikanın adı pomidor olaraq qalmışıdr.)

Texnikanın mahiyyəti ondan ibarətdir ki, siz hazırlaşmaq və öyrənmək istədiyiniz mövzunu seçərək 25 dəqiqə həmin mövzu üzərində çalışmalı və öyrənməlisiniz. 25 dəqiqəni bitirdikdən sonra 5 dəqiqə ara verib istirahət edə bilirsiniz. 25 dəqiqə öyrən və 5 dəqiqə istirahət et! Bu texnika dərs çalışarkən diqqəti tez-tez dağılan və öyrənməkdən sıxılan tələbə və abituriyentlərin çox sevəcəyi və effektivlik əldə edə biləcəyi metoddur. Telefonuza Pomodoro proqramını yükləyərək 8 seansa qədər çalışa bilərsiniz və 4-cü seansda isə 20 dəqiqəlik istirahət haqqınız olur!

2.Feynman Texnikası

Nobel mükafatı qazanmış fizika alimi Richard Feynmanın hələ tələbəlik illərində hazırlamış olduğu öyrənmə texnikası 4 addımdan ibarətdir:

1.Öyrənmək istədiyiniz bir mövzunu seçin və çalışmağa başlayın. Öyrəndiklərinizi dəftərinizə qeyd edin.

2.Çalışdığınız mövzunu sanki başqalarına başa salacaqmış kimi mümkün olacağı təqdir bəsit şəkildə izah etməyə başlayın.

3.İzah edərkən fərqinə varacaqsınız ki, yaxşı bilmədiyiniz yerlər var. Həmin yerləri doldurmaq üçün kitablarınıza qayıdın.

4.Öyrəndiyiniz mövzunu oxşarlıqları ilə izah etməyə çalışın.

4 addımdan ibarət olan Feynman texnikası sizin effektiv və dərin öyrənmənizdə əvvəzsiz olacaqdır. Çünki texnikanın məqsədi öyrədərək öyrənməkdən ibarətdir, yəni bir müəllim şəklində öyrənmək və öyrətmək!

3.Aralıqlı Öyrənmə Texnikası

Xüsusilədə əzbərləməli olduğunuz mövzu və düsturlarda effektiv olacaq texnikadır. Aralıq Öyrənmə Texnikası ilə siz əzbərləməli olduğunuz mövzunu ilk səfərində çox yaxşı şəkildə öyrənin. Daha sonra 2 gün ara verin. Ara vermə müddətiniz bitdikdən sonra 2 gün sonra yenidən öyrənin və bu təkrarı əzbərləməli olduğunuz mövzunu əzbərləyənə qədər davam etdirin. Bu şəkildə siz beyninizə bu dərsi və ya düsturu unutmama siqnalı vermiş olursunuz. Bu sayədə imtahanlarda unutmamalı olduğunuz düsturları əzbər şəkildə yazırsınız.

4. Çətin ilə Başlama Texnikası

Sizə çətin gəldiyini düşündüyünüz bir mövzu ilə başlayın. Cəsarətli olun və qorxmayın, çətin olduğunu düşündüyünüz riyaziyyat məsələlərini edin. Fizika və Kimya məsələrini açın və işləyin! Həvəsli və edə biləcəyinizə inanaraq başlayın, çünki ancaq bu inam və həvəslə bacaracaqsınız. Təbriklər artıq etdiniz! Bu həvəs və özünüzə inamla artıq digər çətin olduğunu düşündüyünüz məsələləri çox asan rahat bir şəkildə edəcəksiniz.

Zəhra Əliyeva

Xəbər Lenti

Azərbaycanda ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb18.07.2026 - 06:39
Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!18.07.2026 - 06:23
“Zəfər” yay düşərgəsi keçiriləcək18.07.2026 - 06:18
ABŞ xarici tələbələr üçün viza qaydalarını sərtləşdirir18.07.2026 - 05:53
MDU və Marmara Universiteti ortaq elmi-tədqiqat və tədris laboratoriyaları yaradacaq18.07.2026 - 05:39
Xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə görüşlər keçirilib18.07.2026 - 05:29
Azərbaycanlı gənc hüquqşünaslar ABŞ-də bir şəbəkədə birləşir18.07.2026 - 05:13
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə BAŞLANILIR18.07.2026 - 04:58
“Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb18.07.2026 - 04:42
XII Avropa Coğrafiya Olimpiadasında uğrularımız18.07.2026 - 04:27
UNESCO-da Elmlərin Dayanıqlı İnkişaf üzrə Qlobal Konfransı keçirilib-FOTOLAR18.07.2026 - 04:16
Bu gün MİQ imtahanları YEKUNLAŞIR18.07.2026 - 04:12
Bağça ödənişləri ilə bağlı yenilik18.07.2026 - 04:03
ATMU-da 2026/2027-ci tədris ili üçün onlayn qəbul müsahibələri başlayıb - FOTOLAR17.07.2026 - 16:43
“Psixoloji sağlamlıq təhsilin bir hissəsi olmalıdır” – Psixoloq Mirsadiq Muxtarov17.07.2026 - 16:16
“Mükəmməl olmaq üçün bir yerdən başlamalıyıq” – Murad Hümbətovla müsahibə17.07.2026 - 15:48
Psixoloji sağlamlığı necə qorumaq lazımdır? - Mirsadiq Muxtarov17.07.2026 - 15:39
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır17.07.2026 - 15:32
VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib17.07.2026 - 15:21
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib17.07.2026 - 15:16
Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir17.07.2026 - 15:01
II ixtisas qrupu üzrə ən yüksək nəticəni Zamin Kərimov göstərib17.07.2026 - 14:30
Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb - FOTOLAR17.07.2026 - 14:24
UNEC-də abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək17.07.2026 - 14:15
BDU tələbələri beynəlxalq "IT SkillSprint" proqramını uğurla tamamladı - FOTOLAR17.07.2026 - 14:10
SDU-dan beynəlxalq tələbələrə yeni təhsil imkanı 17.07.2026 - 13:53
Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar17.07.2026 - 13:47
Qəbul imtahanında maksimum bal toplayanlar17.07.2026 - 13:42
Məktəbəhazırlıq qruplarına məktəb seçimi başlayır17.07.2026 - 13:38
AzTU-nun 20 tədris proqramı beynəlxalq akkreditasiyadan keçib17.07.2026 - 13:35
700 bal toplayan Zərifə İlyasovanın yeni hədəfi: Süni intellekt sahəsində inkişaf etmək17.07.2026 - 13:33
Dermatoloq dəriyə qulluq zamanı ən çox edilən səhvləri açıqladı17.07.2026 - 13:29
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olundu17.07.2026 - 13:28
AzTU-da Rəqəmsal Transformasiya Şurasının iclası keçirilib - FOTOLAR17.07.2026 - 13:23
“Yüksəliş” müsabiqəsində qadın iştirakçıların sayının az olduğu bildirilib17.07.2026 - 13:17
Azərbaycanlı doktorant Edqar Şahbazovdan mühüm biotexnologiya modeli17.07.2026 - 13:13
"Müasir Azərbaycan ədəbiyyatında yeni mövzulara ehtiyac var" - Rövşən Abdullaoğlu17.07.2026 - 13:07
NDU və Con Fon Neyman Universitetindən ikili diplom imkanı17.07.2026 - 13:03
Vasif Qurbanzadə: Şuşadakı Vaqif Poeziya Günlərində “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək17.07.2026 - 08:12
Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu başlayıb17.07.2026 - 08:07
Azərbaycan xoru İstanbul Beynəlxalq Xor Festivalında uğurla çıxış edib17.07.2026 - 07:39
Azərbaycan Universiteti qəbul planını əmək bazarının tələblərinə uyğun formalaşdırıb17.07.2026 - 07:33
Çinin Ay missiyaları ADU-da keçirilən mühazirənin mövzusu olub17.07.2026 - 07:29
Şuşada “Sözün aşığı, sazın aşiqi” adlı tədbir təşkil olunub17.07.2026 - 07:20
Şanxayda Dünya Süni İntellekt Əməkdaşlığı Təşkilatı yaradılıb17.07.2026 - 07:06
“Korreksiyaedici təlim ən məsuliyyətli peşələrdən biridir” – ADPU tələbəsi17.07.2026 - 06:45
“Gənclərin dini və mənəvi problemləri” çox ciddi mövzudur. Həddindən artıq aktual bir mövzudur-İlahiyyatçı Təyyar Hüseynli17.07.2026 - 06:15
ABŞ tələbə vizasının verilmə qaydalarını sərtləşdirir17.07.2026 - 05:58