Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Qazaxıstan Milli Aqrar Tədqiqat Universiteti (KazNARU) arasında hər iki ölkənin kənd təsərrüfatı elmi və təhsili sahəsində əlaqələrini genişləndirməyi hədəfləyən tərəfdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
“Tehsil365" xəbər verir ki, memorandum çərçivəsində tərəflər kənd təsərrüfatının inkişafı və müasir təhsil standartlarının tətbiqi üçün tələbə və professor-müəllim mübadiləsi, ortaq tədris proqramlarının, xüsusilə də ikili diplom layihələrinin işlənib hazırlanması, aqrar sahədə (aqronomluq, baytarlıq, qida sənayesi, innovativ kənd təsərrüfatı texnologiyaları və s.) müştərək elmi tədqiqatların aparılması, laboratoriya bazalarından ortaq istifadə və birgə elmi-praktik konfransların, simpoziumların, seminarların və təlimlərin təşkilini həyata keçirəcəklər.

