Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərinin iştirakı ilə “Bahar mənəm” adlı tədbir təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Tehsil365"ə verilən məlumata görə, tədbir zamanı uşaqlar çiçəklər əkib, köhnə təkərlərdən istifadə edərək onları rəngləyib, maraqlı dekora çeviriblər.
Müəssisə sakinləri həm birlikdə əyləncəli vaxt keçiriblər, həm də öz yaradıcılıq bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Bu cür tədbirlər uşaqlarda özünəinamın artmasına və komandada işləmək vərdişlərinin formalaşmasına müsbət təsir göstərir. Eyni zamanda, onların sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına töhfə verir.

