Naxçıvan Muxtar Respublikasında 60 yaşdan yuxarı 70-dən artıq müəllim bu il keçiriləcək təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin imtahanında könüllü şəkildə iştirak etmək istədiyini bildirib.
“Tehsil365“ xəbərr verir ki, bu barədə məlumatı Naxçıvan MR-in Təhsil Nazirliyi Aparatının şöbə müdiri Məmməd Bayramov deyib.
“Onlar üçün imtahanda iştirak məcburi olmasa da, öz istəkləri ilə prosesə qoşulacaqlar. Ümumiyyətlə isə sinfə daxil olub dərs deyən müəllim bu prosesə hər gün hazır olmalıdır”, - deyə nazirlik rəsmisi əlavə edib.
Qeyd edək ki, 2 may – I seansda alman dili, fransız dili, ingilis dili və rus dili, II seansda Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyat, həmçinin informatika, 3 may – I seansda riyaziyyat, II seansda biologiya və kimya, 10 may – I seansda fizika və ibtidai sinif, II seansda ibtidai sinif və coğrafiya, 11 may – fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya fənləri üzrə sertifikasiya imtahanları keçiriləcək.

