Azərbaycanın istedadlı gəncləri beynəlxalq arenada növbəti parlaq qələbəyə imza ataraq milli bayrağımızı ucaldıblar.
"Tehsil365" xəbər verir ki, 24–30 mart 2026-cı il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən nüfuzlu “Tashkent Talent Fest” beynəlxalq müsabiqəsində 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ölkəmizi yüksək səviyyədə təmsil edib..
Mərkəzin direktoru Təranə Aslanovanın rəhbərliyi, "Milli rəqs" dərnəyinin rəhbərləri Vahid Səlimov və Rasita Əliyevanın səyi nəticəsində “Asiman” rəqs qrupu müsabiqənin qalibi olub.
“Asiman” rəqs qrupu müsabiqədə 1 ədəd Super Qran Pri (ən yüksək mükafat), 2 ədəd Qran Pri və birinci yerə layiq görülüb.

