Təhsil 365 - Logo Mobile

BMU-da müasir laboratoriya açıldı - Fotolar

7807.04.2026 - 18:20
BMU-da müasir laboratoriya açıldı - Fotolar

Bakı Mühəndislik Universitetində (BMU) elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində növbəti mühüm addım atılıb. Universitetdə Torpaq, su və bitki analizləri laboratoriyası istifadəyə verilib.

Tehsil365” xəbər verir ki, laboratoriyanın açılış mərasimində çıxış edən rektor Yaqub Piriyev bildirib ki, yeni yaradılan bu elmi infrastruktur müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin praktiki biliklərinin artırılmasına, onların elmi-tədqiqat proseslərinə daha fəal cəlb olunmasına və universitetdə aparılan tədqiqatların genişləndirilməsinə xidmət edəcək. Laboratoriyanın, eyni zamanda aqrar sahənin inkişafına dəstək verən mühüm elmi platforma olduğunu deyən rektor burada aparılacaq analizlərin fermerlərə torpaq, su və bitkilərlə bağlı problemləri vaxtında müəyyənləşdirməyə, düzgün aqrotexniki qərarlar qəbul etməyə, nəticədə isə məhsuldarlığı artırmağa və resurslardan daha səmərəli yararlanmağa imkan verəcəyini vurğulayıb.

Qeyd olunub ki, müasir avadanlıqlarla təchiz edilən laboratoriya ali təhsil müəssisələri arasında seçilən elmi-tədris mərkəzlərindən biridir. Buradakı imkanlar həm tədrisin keyfiyyətinin yüksəldilməsinə, həm də universitetlə real sektor arasında əməkdaşlığın genişlənməsinə şərait yaradır. Belə əməkdaşlıq elmi nəticələrin praktik tətbiqinə və ölkənin aqrar sektorunun davamlı inkişafına töhfə verəcək.

Sonra BMU-nun dosenti Əli İbrahimov laboratoriyanın texniki imkanları barədə ətraflı məlumat verib. Bildirilib ki, laboratoriyada torpağın əsas aqrokimyəvi göstəriciləri, o cümlədən pH səviyyəsi, əhənglilik, duzluluq, humus miqdarı, fosfor, kalium, natrium, kalsium, maqnezium, dəmir, mis, sink, manqan, bor kimi mikro və makroelementlər müəyyən ediləcək. Bununla yanaşı, suvarma sularının fiziki və fiziki-kimyəvi analizləri aparılacaq ki, bu da torpaqda şorlaşmanın qarşısının alınması və düzgün suvarma rejiminin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Laboratoriyada, həmçinin müxtəlif bitkilərin qidalanma vəziyyəti öyrəniləcək, onların vegetativ və generativ inkişafının düzgün təşkili üçün aqrokimyəvi analizlər həyata keçiriləcək, gübrələmə sistemlərinin elmi əsaslarla planlaşdırılmasına dəstək veriləcək.

Sonda tədbir iştirakçılarına laboratoriyada aparılacaq analizlər əyani şəkildə nümayiş etdirilib.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Şəki-Zaqatala bölgəsində 815 şagird olimpiadalarda yarımfinala yüksəldi07.04.2026 - 19:58
ADNSU “Study in Azerbaijan” sərgisində yüksək səviyyədə təmsil olundu07.04.2026 - 19:53
İranda 763 təhsil müəssisəsi və məktəb zərər görüb07.04.2026 - 19:50
Satbayev Universitetində ADNSU tələbəsi ilə görüş keçirilib07.04.2026 - 19:48
10 əsrdən çox tələbə yetişdirən universitetlər 07.04.2026 - 19:44
I kurs tələbəsi vəfat etdi07.04.2026 - 19:37
Sertifikasiyaya cəlb olunacaq müəllimlərin SAYI07.04.2026 - 19:34
Çin və IAEA-dan tələbələrə təqaüd imkanı - müraciət başladı07.04.2026 - 19:28
Bağça müəllimlərinin yerdəyişməsi başlayır07.04.2026 - 19:24
Diplomun rəngi tarix olur - “Tələbələrin motivasiyası sarsıla bilər”07.04.2026 - 19:18
Təhsil sistemi gələcək yazıçıları formalaşdırmaqda nə dərəcədə uğurludur? – Yazıçıdan açıqlama07.04.2026 - 19:12
Təhsil sistemi cəmiyyətin problemlərini əks etdirir, yoxsa onları dəyişə bilir? – Təhsil eksperti açıqladı07.04.2026 - 19:05
Arxiv sənədlərinin bərpası ilə bağlı texnologiyaların AMEA-nın Elmi irs şöbəsində tətbiqi perspektivləri dəyərləndirilib07.04.2026 - 19:00
Azərbaycan nümayəndə heyəti Qazaxıstanın Milli Tədqiqat Texniki Universitetinin fəaliyyəti ilə tanış olub07.04.2026 - 18:55
BMU tələbələri robotik kodlama yarışında I yerin qalibi olub07.04.2026 - 18:54
Təhsil ekspertindən tələbələrə İRAD: "Elə bil ki, partiyə, qonaqlığa gəliblər"07.04.2026 - 18:51
Birinci sinfə qəbulun vaxtı UZADILDI07.04.2026 - 18:46
ADPU-da magistrantların IX respublika elmi konfransı işə başlayıb07.04.2026 - 18:45
Rusiyada məktəbdə insident baş verib07.04.2026 - 18:44
BMU-nun rektoru laboratoriyanın açılışında07.04.2026 - 18:38
Azərbaycanın və Türkiyənin Baş prokurorları Bakı Dövlət Universitetində mühazirə oxuyublar07.04.2026 - 18:35
Sabah güclü külək əsəcək07.04.2026 - 18:34
Azərbaycanın mədəniyyət siyasətində yeni mərhələ başlayır07.04.2026 - 18:30
Sabah Bakıda 17 dərəcə isti olacaq - PROQNOZ07.04.2026 - 18:28
Şəki liseyində rekord nəticə: bir sinfin bütün şagirdləri müsabiqədə UĞUR QAZANDI 07.04.2026 - 18:24
BŞTİ-yə yeni təyinatlar olub07.04.2026 - 18:16
Azərbaycanlı rəqqaslar beynəlxalq müsabiqənin qalibi oldular07.04.2026 - 18:10
Taksi sürücüləri üçün test imtahanı keçirilib07.04.2026 - 18:08
Emin Əmrullayev Qazaxıstanda beynəlxalq təhsil sərgisi ilə tanış olub07.04.2026 - 18:02
ADU-da Revekka Barsukun 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib07.04.2026 - 18:00
Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi Bakı Ali Neft Məktəbində olub07.04.2026 - 17:55
Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb07.04.2026 - 17:54
Plastik tullantılarla asfaltın möhkəmliyini 25 faiz artırdı – Məktəblinin ixtirası07.04.2026 - 17:50
Türk dövlətləri arasında iqtisadi inteqrasiya və birgə layihələr gündəmdə07.04.2026 - 17:46
İsa Həbibbəyli: Azərbaycan dilinin qrammatikası yenidən yazılır07.04.2026 - 17:45
"Telegram"da yeni funksiya - Qeyri-rəsmi tətbiqlə daxil olanlar işarələnəcəklər07.04.2026 - 17:40
Uşaq evinin sakinləri “Bahar mənəm” tədbirində07.04.2026 - 17:38
Beynəlxalq Eynşteyn Olimpiadasına qeydiyyat başlayıb07.04.2026 - 17:35
Şair-diplomat Hacan Hacısoyun 80 illik yubileyi qeyd olunub07.04.2026 - 17:34
Yer kürəsi həyəcan təbili çalır: Daşıma qabiliyyəti doldu!07.04.2026 - 17:30
Azərbacyan nümayəndə heyəti Qazaxıstanın Milli Tədqiqat Texniki Universitetinin fəaliyyəti ilə tanış olub07.04.2026 - 17:26
ADPU-da magistrlərin elmi konfransı keçirilir07.04.2026 - 17:25
NASA: Astronavtlar Aya maksimum dərəcədə yaxınlaşıblar07.04.2026 - 17:20
Bakı şəhərinin inkişafında landşaft-ekoloji karkas və yaşıl dəhlizlərin rolu07.04.2026 - 17:18
MDU Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirir07.04.2026 - 17:15
ADAU ilə KazNARU əməkdaşlığı genişlənir07.04.2026 - 17:12
Valideynlərin nəzərinə: Aprelin 15-dək...07.04.2026 - 17:10