Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərinə səfəri çərçivəsində aprelin 7-də Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetini ziyarət edərək universitetin rəhbər heyəti ilə görüşüb.
“Tehsil365” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüş çərçivəsində tərəflər arasında ali təhsil və tədqiqat sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə edilib, o cümlədən universitetin maddi-texniki bazası ilə tanışlıq olub.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev akademik mobillik proqramı çərçivəsində Qazaxıstanda təhsil alan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ilə görüşüb.

