Təhsil 365 - Logo Mobile

Azərbaycanın və Türkiyənin Baş prokurorları Bakı Dövlət Universitetində mühazirə oxuyublar

8107.04.2026 - 18:35
Azərbaycanın və Türkiyənin Baş prokurorları Bakı Dövlət Universitetində mühazirə oxuyublar

Aprelin 7-də Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk Bakı Dövlət Universitetində (BDU) birgə mühazirə ilə çıxış ediblər.

Tehsil365” xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib. Tədbir “Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində prokurorluq orqanlarının beynəlxalq hüquqi əməkdaşlığı” mövzusuna həsr edilib.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, TDT müasir beynəlxalq münasibətlər sistemində Türk dünyasını birləşdirən mühüm regional platformalardan biridir. TDT həm də hüquqi və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün mühüm platformadır. Müasir dövrdə transmilli cinayətkarlıq, kibercinayətlər kimi təhlükələr artıq sərhəd tanımır. Bu isə hüquq-mühafizə və xüsusilə prokurorluq orqanları arasında daha sıx və koordinasiyalı əməkdaşlığı zəruri edir.

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün mühazirədində müasir dövrdə terrorizm, insan alveri, qanunsuz miqrasiya, narkotiklərin qaçaqmalçılığı, kibercinayətkarlıq və maliyyə cinayətləri kimi sərhəd aşan təhdidlərin artdığı vurğulanıb. Bildirilib ki, bu cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlıq zəruri xarakter daşıyır. Bu kontekstdə prokurorluq orqanları ədalətin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə əsas institutlardan biridir.

Muhsin Şentürk qloballaşma və rəqəmsallaşmanın cinayətlərin xarakterini dəyişdirdiyini, xüsusilə rəqəmsal mühitdə törədilən cinayətlərin yeni çağırışlar yaratdığını bildirib. Bu baxımdan güclü beynəlxalq hüquqi əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının vacibliyi vurğulanıb.

Çıxışda TDT təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətinə xüsusi toxunulub. Qeyd edilib ki, təşkilata üzv dövlətlərin Baş prokurorluqları arasında yaradılan Şura qarşılıqlı etimadın möhkəmlənməsinə, təcrübə mübadiləsinə və koordinasiyalı fəaliyyətə mühüm töhfə verir. Bu platforma kibercinayətlər və sərhəd aşan digər cinayətlərlə mübarizədə birgə yanaşmaların formalaşdırılmasına imkan yaradır.

Baş prokuror Kamran Əliyev mövzunu həm nəzəri, həm də praktiki aspektlərdən geniş təhlil edərək TDT-nin müasir beynəlxalq münasibətlər sistemində artan rolunu hüquqi prizmadan dəyərləndirib. O bildirib ki, qlobal transformasiyalar şəraitində türk dövlətləri arasında siyasi, iqtisadi, sosial və mədəni inteqrasiyanın davamlılığı, ilk növbədə, hüquqi mexanizmlərin uyğunlaşdırılmasından və institusional əməkdaşlığın gücləndirilməsindən asılıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin tərəfindən irəli sürülən Türk dünyasının vahid ailə kimi çıxış etməsi ideyasının hüquqi baxımından əhəmiyyətini vurğulayan Baş prokuror qeyd edib ki, ortaq hüquqi məkanın formalaşdırılması üzv dövlətlər arasında qarşılıqlı etimadı möhkəmləndirir və regional təhlükəsizliyin təmin olunmasına xidmət edir. Çıxışda qarşılıqlı hüquqi münasibətlərin yalnız siyasi iradə ilə deyil, qanunvericilik bazalarının uyğunlaşdırılması, vahid hüquqi yanaşmaların formalaşdırılması və prokurorluq orqanları arasında operativ əməkdaşlıq mexanizmlərinin tətbiqi ilə mümkün olduğu diqqətə çatdırılıb.

Bundan başqa, transmilli cinayətkarlığın müasir dövrdə yeni formalar aldığı, xüsusilə kibercinayətkarlıq, terrorizmin maliyyələşdirilməsi, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması kimi cinayətlərlə mübarizədə koordinasiyalı fəaliyyətin zəruriliyi qeyd olunub. Baş prokuror ibtidai istintaq mərhələsində qarşılıqlı hüquqi yardımın göstərilməsi, rəqəmsal və ənənəvi sübutların toplanması və mübadiləsi, həmçinin operativ informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Mühazirədə ekstradisiya institutunun beynəlxalq cinayət hüququnda əhəmiyyətinə də toxunularaq bildirilib ki, TDT-yə üzv dövlətlər arasında olan qarşılıqlı etimad bu prosedurların daha operativ həyata keçirilməsinə imkan verir, habelə prokurorluqlar arasında birbaşa əlaqə mexanizmlərinin inkişafı cinayət törətmiş şəxslərin məsuliyyətdən yayınmasının qarşısının alınmasında mühüm rol oynayır.

Baş prokuror, həmçinin türk dövlətlərinin Baş prokurorları Şurasının fəaliyyətinə toxunaraq bu platformanın yalnız təcrübə mübadiləsi deyil, həm də ortaq hüquqi yanaşmaların formalaşdırılması, birgə istintaq mexanizmlərinin yaradılması və rəqəmsal ədliyyə sistemlərinin inteqrasiyası baxımından strateji əhəmiyyət kəsb etdiyini bildirib. Prokurorluq əməkdaşlarının peşəkar hazırlığı, akademik mübadilə proqramları və birgə təlimlərin gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Şəki-Zaqatala bölgəsində 815 şagird olimpiadalarda yarımfinala yüksəldi07.04.2026 - 19:58
ADNSU “Study in Azerbaijan” sərgisində yüksək səviyyədə təmsil olundu07.04.2026 - 19:53
İranda 763 təhsil müəssisəsi və məktəb zərər görüb07.04.2026 - 19:50
Satbayev Universitetində ADNSU tələbəsi ilə görüş keçirilib07.04.2026 - 19:48
10 əsrdən çox tələbə yetişdirən universitetlər 07.04.2026 - 19:44
I kurs tələbəsi vəfat etdi07.04.2026 - 19:37
Sertifikasiyaya cəlb olunacaq müəllimlərin SAYI07.04.2026 - 19:34
Çin və IAEA-dan tələbələrə təqaüd imkanı - müraciət başladı07.04.2026 - 19:28
Bağça müəllimlərinin yerdəyişməsi başlayır07.04.2026 - 19:24
Diplomun rəngi tarix olur - “Tələbələrin motivasiyası sarsıla bilər”07.04.2026 - 19:18
Təhsil sistemi gələcək yazıçıları formalaşdırmaqda nə dərəcədə uğurludur? – Yazıçıdan açıqlama07.04.2026 - 19:12
Təhsil sistemi cəmiyyətin problemlərini əks etdirir, yoxsa onları dəyişə bilir? – Təhsil eksperti açıqladı07.04.2026 - 19:05
Arxiv sənədlərinin bərpası ilə bağlı texnologiyaların AMEA-nın Elmi irs şöbəsində tətbiqi perspektivləri dəyərləndirilib07.04.2026 - 19:00
Azərbaycan nümayəndə heyəti Qazaxıstanın Milli Tədqiqat Texniki Universitetinin fəaliyyəti ilə tanış olub07.04.2026 - 18:55
BMU tələbələri robotik kodlama yarışında I yerin qalibi olub07.04.2026 - 18:54
Təhsil ekspertindən tələbələrə İRAD: "Elə bil ki, partiyə, qonaqlığa gəliblər"07.04.2026 - 18:51
Birinci sinfə qəbulun vaxtı UZADILDI07.04.2026 - 18:46
ADPU-da magistrantların IX respublika elmi konfransı işə başlayıb07.04.2026 - 18:45
Rusiyada məktəbdə insident baş verib07.04.2026 - 18:44
BMU-nun rektoru laboratoriyanın açılışında07.04.2026 - 18:38
Sabah güclü külək əsəcək07.04.2026 - 18:34
Azərbaycanın mədəniyyət siyasətində yeni mərhələ başlayır07.04.2026 - 18:30
Sabah Bakıda 17 dərəcə isti olacaq - PROQNOZ07.04.2026 - 18:28
Şəki liseyində rekord nəticə: bir sinfin bütün şagirdləri müsabiqədə UĞUR QAZANDI 07.04.2026 - 18:24
BMU-da müasir laboratoriya açıldı - Fotolar07.04.2026 - 18:20
BŞTİ-yə yeni təyinatlar olub07.04.2026 - 18:16
Azərbaycanlı rəqqaslar beynəlxalq müsabiqənin qalibi oldular07.04.2026 - 18:10
Taksi sürücüləri üçün test imtahanı keçirilib07.04.2026 - 18:08
Emin Əmrullayev Qazaxıstanda beynəlxalq təhsil sərgisi ilə tanış olub07.04.2026 - 18:02
ADU-da Revekka Barsukun 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib07.04.2026 - 18:00
Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi Bakı Ali Neft Məktəbində olub07.04.2026 - 17:55
Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb07.04.2026 - 17:54
Plastik tullantılarla asfaltın möhkəmliyini 25 faiz artırdı – Məktəblinin ixtirası07.04.2026 - 17:50
Türk dövlətləri arasında iqtisadi inteqrasiya və birgə layihələr gündəmdə07.04.2026 - 17:46
İsa Həbibbəyli: Azərbaycan dilinin qrammatikası yenidən yazılır07.04.2026 - 17:45
"Telegram"da yeni funksiya - Qeyri-rəsmi tətbiqlə daxil olanlar işarələnəcəklər07.04.2026 - 17:40
Uşaq evinin sakinləri “Bahar mənəm” tədbirində07.04.2026 - 17:38
Beynəlxalq Eynşteyn Olimpiadasına qeydiyyat başlayıb07.04.2026 - 17:35
Şair-diplomat Hacan Hacısoyun 80 illik yubileyi qeyd olunub07.04.2026 - 17:34
Yer kürəsi həyəcan təbili çalır: Daşıma qabiliyyəti doldu!07.04.2026 - 17:30
Azərbacyan nümayəndə heyəti Qazaxıstanın Milli Tədqiqat Texniki Universitetinin fəaliyyəti ilə tanış olub07.04.2026 - 17:26
ADPU-da magistrlərin elmi konfransı keçirilir07.04.2026 - 17:25
NASA: Astronavtlar Aya maksimum dərəcədə yaxınlaşıblar07.04.2026 - 17:20
Bakı şəhərinin inkişafında landşaft-ekoloji karkas və yaşıl dəhlizlərin rolu07.04.2026 - 17:18
MDU Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirir07.04.2026 - 17:15
ADAU ilə KazNARU əməkdaşlığı genişlənir07.04.2026 - 17:12
Valideynlərin nəzərinə: Aprelin 15-dək...07.04.2026 - 17:10