BSU Qazaxıstanın aparıcı ali təhsil müəssisəsələri ilə Anlaşma Memorandumu imzalayıb
“Tehsil365” xəbər verir ki, aprelin 6-da Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev və nümayəndə heyəti Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələrinin II Rektorlar Forumunda iştirak ediblər. Forum çərçivəsində BSU ilə Qazaxıstan Respublikasının aparıcı ali təhsil müəssisələri arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumlar Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti (Al-Farabi Kazakh National University), Astana Beynəlxalq Universiteti (Astana International University), Sərsən Amanjolov adına Şərqi Qazaxıstan Universiteti (Sarsen Amanzholov East Kazakhstan University) və Turan Universiteti (Turan University) ilə bağlanıb.
Memoranduma əsasən tərəflər arasında təhsil və elm sahəsində əməkdaşlıq genişləndiriləcək, birgə elmi-tədqiqat layihələri, akademik mübadilə proqramları və elmi tədbirlər həyata keçirilərək tələbə və müəllim mübadiləsi inkişaf etdiriləcək.

