Təhsil 365 - Logo Mobile

Türk dünyasının mənəvi irsi Özbəkistanda: 7 ölkədən alimlər bir araya gəlib

11808.04.2026 - 13:11
Türk dünyasının mənəvi irsi Özbəkistanda: 7 ölkədən alimlər bir araya gəlib

Özbəkistanın Buxara şəhərində Türkiyənin Qafqaz Universitetinin Əbül-Həsən Xaraqani adına Tətbiqi Araşdırmalar Mərkəzinin və Qafqaz Universiteti İlahiyyat fakültəsinin öndərliyi, Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və Özbəkistanın Beynəlxalq Buxara Universitetinin birgə təşkilatçılığı ilə Türk dünyasının mənəvi irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib.Beynəlxalq Buxara Dövlət Universitetinin ev sahibliyi ilə baş tutan “I beynəlxalq Türk dünyasında ortaq dəyərlərin ehyası və inşası simpoziumu”nda Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Malayziya, Pakistan və İngiltərə daxil olmaqla 7 ölkədən məruzəçilər iştirak ediblər.

Bu barədə “Tehsil365” ə Xəzər Universitetindən məlumat verilib.

Konfransın açılış mərasimi Özbəkistan ənənələrinə uyğun olaraq bədii hissə ilə başlayıb; tələbələrdən ibarət rəqs və musiqi qrupları xarici qonaqları qarşılayıb. Sonra Beynəlxalq Buxara Universitetinin rektoru professor Şərif Barotov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib, konfransın Türk dünyasının inteqrasiyası yolundakı əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən Türkiyənin Özbəkistandakı səfirliyinin mətbuat müşaviri professor Mehmet Yüce türk dövlətlərinin ortaq tarixindən bəhs edib. O, yalnız ortaq mədəni dəyərlərin qorunmasının kifayət etmədiyini, eyni zamanda, müasir texnoloji və elmi nailiyyətlərə adaptasiya məsələsinin də mühüm olduğunu qeyd edib.

Simpoziumun Təşkilat Komitəsinin sədri və Qafqaz Universitetinin Əbül-Həsən Xaraqani adına Tətbiqi Araşdırmalar Mərkəzinin direktoru dosent Muhammed Alparslan Kartal çıxışında konfransın Türk dünyasına xidmət məqsədi daşıdığını və genişmiqyaslı bir layihə çərçivəsində həyata keçirildiyini bildirib. Ev sahibi Beynəlxalq Buxara Universitetinə təşəkkürünü bildirən M.A.Kartal bu konfransların akademik əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını ifadə edib. O, Beynəlxalq Buxara Universitetinin prorektoru Əli Əsgərxon Qasımova, simpoziumun Təşkilat Komitəsi sədrinin müavinləri Murad Sarıgül və dosent Məleykə Məmmədovaya, eləcə də simpoziumun koordinatoru Fəridə Seyidovaya fəaliyyətinə görə minnətdarlığını bildirib.

Qazaxıstandakı Beynəlxalq Xoca Əhməd Yasəvi adına Türk-Qazax Universitetini təmsil edən dosent Xəlil Çetin türk birliyinin həm xalqlar, həm də dövlətlər səviyyəsindəki inkişafından bəhs edib.

Açılış mərasimindən sonra konfrans işini 7 bölmədə əyani və onlayn formatda davam etdirib. Ümumilikdə konfransa 45 məruzə təqdim olunub. Məruzələrdən 8-i Türkiyədən, 37-si isə digər ölkələrdən olan alimlər tərəfindən təqdim edilib. Proqram çərçivəsində “Dil və təhsil”, “Mədəniyyət və ədəbiyyat”, “Tarix və sosial strukturlar”, “İqtisadiyyat və inteqrasiya”, “Türk mədəniyyətində ədəbiyyat”, “Sənət və ənənələr”, “Türk dünyasında dil”, “Ədəbiyyat və mədəni qarşılıqlı əlaqələr”, “Türk dünyasında dini elmlər” mövzuları üzrə bölmə iclasları təşkil edilib. İclaslarda Türk dünyasının ortaq mədəni dəyərləri dil, ədəbiyyat, folklor, tarix, din və s. istiqamətdə araşdırılıb, elmi müzakirələr aparılıb.

Xəzər Universitetini konfransda Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun koordinatoru Fəridə Seyidova təmsil edib.

Zəhra Əliyeva

Xəbər Lenti

Brüsseldə azərbaycanlı itkin ailələrinin dinc aksiyası keçirilib25.10.2026 - 09:50
Tramp İrana hücum planı haqqında mı düşünür?25.10.2026 - 09:47
“Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” kitabı təqdim olunub25.10.2026 - 09:37
Adilə Əliyeva Parisdə platin medalla təltif olunub25.10.2026 - 09:33
Azərbaycan aktyorlarının ifasında “Omid” tamaşası təqdim olunub25.10.2026 - 09:30
Balaca rəssamlar ölkəmizi dünyaya tanıdırlar25.10.2026 - 08:53
Milli Kitabxanada kitab sərgisi təqdim olunub25.10.2026 - 08:40
Sabahın hava proqnozu açıqlanıb25.10.2026 - 08:36
Yaponiyada güclü zəlzələ oldu25.10.2026 - 08:14
"Turandot" tamaşasının premyerası olub25.10.2026 - 08:11
Naxçıvan Universitetinin müəllimi vəfat etdi25.10.2026 - 08:07
İlham Əliyev Kasım-Jomart Tokayeva təbrik mesajı göndərdi25.10.2026 - 08:04
XİN Qazaxıstanı təbrik etdi25.10.2026 - 08:00
XII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı və tərcüməçi Giya Paçxataşvili ilə görüş keçiriləcək24.10.2026 - 19:46
Kitabxana sərgidə təmsil olundu24.10.2026 - 19:00
ADNSU Daşkənddə iştirak etdi24.10.2026 - 18:29
ADNSU yarışda iştirak etdi24.10.2026 - 18:23
“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı nəşr olunub24.10.2026 - 18:00
“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb24.10.2026 - 17:58
Departament müəlliminin həmmüəllifi olduğu kitab nəşr edilib 24.10.2026 - 17:54
EOS Junior" uşaq bağçasında zorakılıq baş verib24.10.2026 - 17:43
Qazaxıstanda Respublika Günü konsertlə qeyd olunub24.10.2026 - 17:28
Azərbaycanda ilk dəfə Qəbələ ekspedisiyası saray tipli ictimai binanın qalıqlarını aşkarlayıb24.10.2026 - 17:24
Ali təhsil müəssisələri gənclərin fəal vətəndaş mövqeyinin inkişafında mühüm rol oynayır24.10.2026 - 17:17
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 17:14
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 17:09
Hüseyn Cavid əsərlərinin Ulu Öndərin xatirəsinə ithaf edilən Türkiyə nəşri24.10.2026 - 17:08
Türk Dünyası birliyi istiqamətində layihələr hazırlanıb24.10.2026 - 17:00
Buraxılış imtahanlarında çətin suallar: problem təkcə testlərdə deyil24.10.2026 - 16:54
Dünya tibb elminə töhfə verən azərbaycanlı alim iki cərrahi metodun müəllifidir24.10.2026 - 16:52
ADU ilə İspaniya arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq genişlənir24.10.2026 - 16:41
ADPU-da süni intellektin akademik mühitdə etik istifadəsi müzakirə edilib24.10.2026 - 16:33
Müəllimləri yenilik gözləyir: vahid vəsiqə tətbiq oluna bilər24.10.2026 - 13:23
Qubada 44 ölkədən olan gənc liderlərin iştirakı ilə Beynəlxalq Forum təşkil olunub24.10.2026 - 13:16
Alimlər beyində yeni siqnal ötürmə mexanizmi aşkar ediblər24.10.2026 - 13:12
BDYPİ sürücülərə xəbərdarlıq edib24.10.2026 - 13:10
İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?24.10.2026 - 13:07
Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır24.10.2026 - 13:04
Türkiyədə universitetlərlə bağlı dəyişiklik24.10.2026 - 12:59
Şahdağ və Kəlbəcərə qar yağıb24.10.2026 - 12:57
Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?24.10.2026 - 12:55
Sabah PMS imtahanının II mərhələsi keçiriləcək24.10.2026 - 12:53
Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib24.10.2026 - 12:51
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 12:47
Tələbə yataqxanalarının yaradılması üçün 45 milyon avro ayrılır24.10.2026 - 12:46
Sabah Bakı və Abşeronda leysan yağacaq 24.10.2026 - 12:42
Azərbaycan Milli Kitabxanası BƏƏ ilə mədəni əlaqələri genişləndirir24.10.2026 - 12:35
Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb24.10.2026 - 12:30