Təhsil 365 - Logo Mobile

Ankarada azərbaycanlı rəssamların sərgisi açılıb

10308.04.2026 - 14:48
Ankarada azərbaycanlı rəssamların sərgisi açılıb

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Rəsm və Heykəllər Muzeyinin birgə layihəsi çərçivəsində “Suverenliyimizi qazandıran şanlı Zəfər” mövzusunda azərbaycanlı rəssamların sərgisi açılıb.

“Tehsil365” xəbər verir ki, Ankara Rəsm və Heykəllər Muzeyində təşkil olunan sərginin açılış mərasimində diplomatlar, eləcə də mədəniyyət, incəsənət xadimləri, rəssamlar, qardaş ölkədə yaşayan azərbaycanlılar və sənətsevərlər iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan zəfərini əks etdirən qısa film nümayiş olunub.

Açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Baş İdarəsinin rəhbəri Ömer Faruk Belviranlı çıxış edərək ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, eləcə də sərginin əhəmiyyətindən bəhs edib. O, sərgilənən əsərlərdə Azərbaycanın qazandığı şanlı Zəfərin sənətin dili ilə insanlara çatdırıldığını qeyd edib. O, Türkiyədə yaşayan çoxsaylı azərbaycanlı sənət adamlarının, rəssamlarının mədəniyyətə töhfə verməklə yanaşı, iki qardaş ölkə arasında mədəni körpü qurduqlarını bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, zəfər tarixinin hər bir dövlət üçün müqəddəs və önəmli tarixi hadisə olduğunu qeyd edərək, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərimiz haqqında danışıb. O, Türkiyədə yaşayan çoxsaylı azərbaycanlı rəssamlar arasında keçirilən və zəfərimizə həsr olunan sərgidə 44 əsərin nümayiş olunduğunu və bu əsərlərdə Vətənimizin tarixi, mədəniyyəti, mənəvi dəyərləri, Qarabağ mövzusunun geniş işıqlandırıldığını söyləyib.

Azərbaycan xalqının min illər boyu zəngin bir mədəniyyət yaratdığını və onun rəssamlıq məktəbinin əsrlər boyu bu mədəniyyətin bədii və estetik dəyərlərini qoruyub saxlamaqla inkişaf etdirdiyini qeyd edən S.Abbasov, azərbaycanlıların daim qardaş Türkiyənin mədəni həyatında aktiv iştirakını və mədəniyyətin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

Səfirliyimizin müşaviri Füzuli Məcidli Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən bəhs edərək, bu kimi mədəni təşəbbüslərin Azərbaycan ilə Türkiyə arasında mədəniyyət diplomatiyasının gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O, Türk dünyası arasında əlaqələrin daha da genişlənməsindən danışaraq, mədəniyyət layihələrinin bu münasibətlərə önəmli töhfələr verdiyini bildirib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım müasir Azərbaycanın inkişafının təməlini qoymuş Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun əhəmiyyətini xüsusi qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin daha da möhkəmləndiyini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının tarixə şanlı Zəfər kimi həkk olunduğunu diqqətə çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin deputatı Ayyüce Türkeş isə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəri olduğunu bildirib. O, bu möhtəşəm uğurun incəsənət vasitəsilə təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycanın Xalq rəssamı Arif Hüseynov çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsünü və layihəsini yüksək dəyərləndirərək bu cür sərgilər vasitəsilə tarixi zəfərin gənc nəslə bədii dillə çatdırılmasının əhəmiyyətini, qardaş Türkiyədə geniş kütlələrə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan rəssamlarının əsərlərində qədim mədəni irsimizin izləri ilə yanaşı, müasir estetik axtarışlar da öz əksini tapır və bu, milli rəssamlıq sənətinin ənənə ilə müasirliyin vəhdətində inkişaf etdiyini göstərir.

Sonra sərgiyə baxış keçirilib, nümayiş olunan əsərlər haqqında iştirakçılara məlumat verilib.

Zəfərimizə ithaf edilmiş sərgidə Türk dünyasının böyük şəxsiyyətləri, Ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin rəsmləri, habelə Azərbaycan, Vətən sevgisi, milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, Qarabağ, Azərbaycan-Türkiyə qardaşlığı mövzusunda rəsmlər nümayiş etdirilir.

Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlər 2025-ci ildə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin 5 illiyi münasibətilə elan etdiyi müsabiqə çərçivəsində seçilib. Türkiyənin müxtəlif şəhərlərindən təqdim olunan çoxsaylı əsərlər arasından Təşkilat Komitəsi tərəfindən 44 rəsm əsəri seçilib və Ankara Rəsm və Heykəllər Muzeyinə gətirilərək nümayiş etdirilir.

Aprelin 16-dək Ankara Rəsm və Heykəllər Muzeyində nümayiş olunacaq sərginin Ankara ilə yanaşı, Türkiyənin digər böyük şəhərlərində də təşkili, habelə seçilmiş dəyərli əsərlərin Azərbaycan və Türkiyədə muzeylərinə daimi eksponat kimi hədiyyə olunması nəzərdə tutulur.

Zəhra Əliyeva

Xəbər Lenti

Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur12.04.2026 - 16:05
Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA12.04.2026 - 16:00
Nazir: Dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrası nəzərdə tutulur12.04.2026 - 16:00
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub12.04.2026 - 15:50
Bu gün 53 min şagird buraxılış imtahanı verir12.04.2026 - 15:40
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Grand Motors" ilə əməkdaşlıq edəcək12.04.2026 - 15:30
Dünya Azərbaycanlı Alimlər Birliyi ilə əməkdaşlıq Qarabağ Universitetində yeni imkanlar yaradır12.04.2026 - 15:20
Filarmoniyada milli opera inciləri səslənib12.04.2026 - 15:10
Bu vitamin Altsheymer xəstəliyi riskini azalda bilər12.04.2026 - 15:00
Təhsil eksperti Elçin Süleymanov: “Universitetlər dərs yükünü balanslı şəkildə təşkil etməlidir”12.04.2026 - 15:00
Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti bəlli olub12.04.2026 - 14:45
Kros qaçışı üzrə Azərbaycan çempionatı keçirilib12.04.2026 - 14:28
Sabah paytaxtda hava əsasən yağmursuz olacaq12.04.2026 - 14:08
Qəbələ və Oğuzda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 9 mərkəzdə aparılıb12.04.2026 - 13:47
Naxçıvanda XI siniflərin dördüncü buraxılış qiymətləndirmə monitorinqində 4 minə yaxın şagird iştirak edib12.04.2026 - 13:25
Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olacaq12.04.2026 - 13:04
Bakıda qazax şairinin “Qarabağ” kitabının təqdimatı olub12.04.2026 - 12:48
Təhsildən yayınma səbəbləri və nəticələri12.04.2026 - 12:33
Patent müvəkkilliyinə namizədlərin attestasiya imtahanı təşkil olunub12.04.2026 - 12:30
Bu gün 52 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verib12.04.2026 - 12:11
Meteoritlərdəki sirli maddə sənayeni dəyişə bilər: Alimlərdən maraqlı tapıntı12.04.2026 - 10:00
Apple süni intellekt üçün yeni server çipi hazırlayır12.04.2026 - 09:46
17 yaşlı azərbaycanlı Şimali Makedoniyada qızıl medal qazanıb12.04.2026 - 09:31
BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur12.04.2026 - 09:15
Keçən il buzlaqlar rekord həcmdə buz itkisinə məruz qalıb12.04.2026 - 09:00
Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQ12.04.2026 - 08:48
“Sağlam zehin, sağlam həyat” mövzusunda dəyirmi masa keçirilib12.04.2026 - 08:35
Marsa gedən yol Aydan keçir12.04.2026 - 08:23
Bu gün Dünya Aviasiya və Kosmonavtika Günüdür12.04.2026 - 08:13
53 minə yaxın şagird imtahan verəcək12.04.2026 - 08:00
Xəzər dənizində zəlzələ olub12.04.2026 - 07:45
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib12.04.2026 - 07:30
15 dərəcə isti...- GÜNÜN HAVASI12.04.2026 - 07:15
Müəllim hazırlığı proqramlarında mentor çatışmazlığı: sorğu nəticələri narahatlıq yaradır12.04.2026 - 07:00
Müəllimlər niyə tətil edir: “Bu, sadəcə maaş məsələsi deyil”12.04.2026 - 06:36
Müəllim hazırlığı proqramı uğurlu nəticələr göstərir12.04.2026 - 06:18
Tələbə kreditlərində faiz artımı gözlənilir12.04.2026 - 06:00
Bakıda Hərbi Qənimətlər Parkı istifadəyə verildi12.04.2026 - 05:42
Səhnə və ekranın ustadı: Nodar Şaşıqoğlunun sənət yolu12.04.2026 - 05:18
Azərbaycan səhnəsinin görkəmli siması: Məmmədəli Vəlixanlı12.04.2026 - 05:06
Vətən uğrunda qəhrəmanlıq nümunəsi: Cavid Behbudov12.04.2026 - 04:54
Dünya şahmatının zirvəsində: Şəhriyar Məmmədyarovun uğur yolu12.04.2026 - 04:36
Muğam sənətinin unudulmaz səsi: Şahmalı Hacıyev12.04.2026 - 04:18
Seyid Şuşinskinin irsi: Azərbaycan muğam sənətinin incisi12.04.2026 - 04:00
Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq genişlənir11.04.2026 - 19:54
Lənkəranda “Mediada Azərbaycan dili” mövzusunda təlim11.04.2026 - 19:46
Meteohəssas insanları nə gözləyir?11.04.2026 - 19:38
MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır11.04.2026 - 19:30