Təhsil 365 - Logo Mobile

Ədəbiyyat Muzeyində tələbələrə Hökumə Billuri haqqında məlumat verilib

10308.04.2026 - 15:00
Ədəbiyyat Muzeyində tələbələrə Hökumə Billuri haqqında məlumat verilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı Dövlət Universitetinin tələbələri ilə növbəti elmi seminar məşğələsi keçirilib.

Muzeydən “Tehsil365” ə bildirilib ki, tədbirdə XX əsr Güney-Quzey Azərbaycanının şair övladı, ədəbiyyatşünas alim, tərcüməçi, Xalq şairi Hökumə Billurinin həyatı və zəngin bədii irsi haqqında məlumat verilib. Muzeyin Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Aysel Məhərrəmova təcrübə keçən tələbələrə Hökumə Billurinin poeziyası, milli azadlıq mübarizəsi və Bakıda keçən təhsil, elmi yaradıcılıq dövrü haqqında məruzə edib.

Aysel Məhərrəmova bildirib ki, 1926-cı ildə Zəncanda dünyaya göz açmış Hökumə Billuri Güneyin 1941-1945-ci illər milli azadlıq hərəkatının fəal iştirakçılarından olub, bu tarixi dövrü yaradıcılığında şövqlə tərənnüm edib. Poetik yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, “Azərbaycan” jurnalında dərc olunub.

Məruzəçi Hökumə Billurinin tərcüməçilik fəaliyyətindən də bəhs edərək, onun Məhəmmədhüseyn Şəhriyarın farsca şerlərini dilimizə, eləcə də Səməd Vurğunun "Zəncinin arzuları" poemasını, Cəfər Cabbarlının, Mirvarid Dilbazinin, Nəbi Xəzri və digər şairlərin əsərlərini fars dilinə tərcümə etdiyini bildirib. Diqqətə çatdırıb ki, Hökumə Billuri milli hökumətin acınacaqlı süqutundan sonra Bakıya üz tutub, burada ali təhsil alıb. Onun "Şairin yadigarı", "Məndən uzaqlarda" adlı şeir topluları işıq üzü görüb. 1963-cü il Hökumə Billuri fəaliyyətində elmi axtarışların yüksəliş dövrü kimi yadda qalır. Həmin ildə şairə "İran Azərbaycanının realist-demokratik ədəbiyyatı" mövzusunda dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

Daha sonra məruzəçi Hökumə Billurinin Bakıdakı məhsuldar bədii və elmi yaradıcılıq əsərlərindən danışıb, onun “Başına dolanım”, “Mən sizinləyəm”, ”Ayrılıq”, ” Vətən həsrəti” və digər poeziya nümunələrini təhlil edib.

Elmi seminar məşğələsi tələbələrin sual və çıxışları ilə davam edib.

Zəhra Əliyeva

Xəbər Lenti

"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 19:48
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib08.04.2026 - 19:44
Bazar günü 52 mindən çox şagird imtahan verəcək08.04.2026 - 19:38
BMU tələbəsi təqaüd proqramının qalibi olub08.04.2026 - 19:32
DSX Xüsusi Məktəbinin V sinfinə imtahanın nəticələri AÇIQLANDI08.04.2026 - 19:24
Lirid meteor yağışı olacaq08.04.2026 - 19:18
Uşaqların uşaqlığını “əlindən almaq” hansı hallarda baş verir? – Ekspert danışdı08.04.2026 - 19:12
“Ağıllı uşaq” anlayışı nə dərəcədə doğrudur? – Məktəbəqədər ekspert açıqladı08.04.2026 - 19:05
Şagird geyimi ilə mədəniyyət: dünyadan fərqli məktəb FORMALARI08.04.2026 - 18:54
Şimşək, dolu, qar... - XƏBƏRDARLIQ08.04.2026 - 18:46
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 18:45
Yeni təyin olunan müdir müavinlərini TANIYAQ08.04.2026 - 18:38
Bu universitetdən tədbirlərin təşkili üçün 27 min manatlıq MÜQAVİLƏ08.04.2026 - 18:34
Biləsuvarda iki kənd məktəbi birləşdirilir? – Rəsmi AÇIQLAMA08.04.2026 - 18:30
Bir ailədən iki böyük UĞUR: Dünyanın ən nüfuzlu universitetlərinə QƏBUL OLDULAR08.04.2026 - 18:26
Rektor: 2030-cu ilədək tədrisin 80%-nin elektronlaşdırılması planlaşdırılır08.04.2026 - 18:20
Prezident Təlim Mərkəzinin açılışında iştirak edib08.04.2026 - 18:18
ETİHİ ilk həmkarlar ittifaqı sədrləri üçün istirahət təşkil edib08.04.2026 - 18:15
Naxçıvan Dövlət Universiteti Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb08.04.2026 - 18:14
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib08.04.2026 - 18:10
Balakəndə təşkil edilən intellektual yarışın qalibləri mükafatlandırılıblar08.04.2026 - 18:08
NDU nəzdində Gimnaziyanın 33 şagirdi fənn müsabiqələrində uğur qazanıb08.04.2026 - 18:02
Azərbaycan təhsilində gələcəyə hesablanmış addım: Qazaxıstana səfərin strateji əhəmiyyəti08.04.2026 - 18:00
Müasir şəhərsalma prosesi müzakirə olunub08.04.2026 - 18:00
Aprelin 12-də 53 min şagird buraxılış imtahanı verəcək08.04.2026 - 17:55
Təhsil eksperti Elçin Süleymanov: “Peşə təhsili əmək bazarına daha operativ çıxış imkanı verir”08.04.2026 - 17:55
Tələbələr sel risklərinə qarşı operativ hazırlıq barədə maarifləndirilib08.04.2026 - 17:52
DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanının nəticələri AÇIQLANDI08.04.2026 - 17:45
ABŞ-nin texnologiya nəhəngləri Çin rəqiblərinə qarşı əməkdaşlığa başlayıblar08.04.2026 - 17:45
“Ustad dərsləri” – qabaqcıl müəllimlər təcrübələrini paylaşır08.04.2026 - 17:44
Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib08.04.2026 - 17:36
BDU-nun Astrofizika kafedrası: Aprelin 16-25-də Lirid meteor yağışı olacaq08.04.2026 - 17:36
Regionlarda məktəbdaxili metodik xidmətin monitorinqi aparılır08.04.2026 - 17:35
Gündəlik BSU-da Türkoloji tədqiqatların gələcəyi müzakirə olundu08.04.2026 - 17:30
“Azərbaycan florasının konspekti” kitabı hazırlanır08.04.2026 - 17:26
İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir08.04.2026 - 17:25
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ08.04.2026 - 17:20
Azərbaycan və Tacikistan arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir08.04.2026 - 17:18
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 17:15
İlahi həqiqətin elmi abidəsi: Nəsimi sözünün ensiklopedik təqdimatı08.04.2026 - 17:12
Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir08.04.2026 - 17:10
Memarlığın fizikası: bərpa və dayanıqlılıq08.04.2026 - 17:06
Milli Qəhrəman məktəblilərlə görüşəcək08.04.2026 - 17:05
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü fəaliyyətlər davam etdirilir08.04.2026 - 17:00
Ramin Nurəliyev – Təhsilin qısalması yox, uzadılması Azərbaycan üçün daha doğru seçimdir08.04.2026 - 17:00
ADU-da "TələbəPlus" kartı ilə bağlı infosessiya keçirilib08.04.2026 - 16:55
NDU Qazaxıstanın bir sıra ali məktəbləri ilə əməkdaşlığa başlayıb08.04.2026 - 16:45
"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 16:35