Müasir dövrdə gündəlik həyatın böyük hissəsi ekran qarşısında keçir. Kompüter, telefon və planşetlər uzun müddət istifadə edildikdə göz, sinir sistemi və ümumi sağlamlıq üzərində ciddi təsirlər yarada bilər. Bu təsirlər təkcə göz yorğunluğu ilə məhdudlaşmır, eyni zamanda stress, vitamin çatışmazlığı və hətta kürəkdə sinir ağrıları ilə özünü göstərə bilər.
“Tehsil365” in araşdırmasına görə , göz sağlamlığının qorunması üçün ekrana sərf olunan vaxtı məhdudlaşdırmaq vacibdir. Uzun müddət ekran qarşısında olmaq, gözlərin qurumasına, bulanıq görməyə və baş ağrılarına səbəb ola bilər. Həmçinin, gənclər arasında miyopiya (uzağı yaxşı görə bilməmək) halları artır.
Göz yorğunluğunu azaltmaq üçün “20-20-20” qaydası tövsiyə olunur: hər 20 dəqiqədən bir 20 saniyə boyunca 20 fut (təxminən 6 metr) uzaqlığa baxmaq. Eyni zamanda, ekran parlaqlığını düzgün tənzimləmək, otağı kifayət qədər işıqlandırmaq və fasilələrlə gözləri istirahət etdirmək faydalıdır.
Uzunmüddətli ekran istifadəsi beyində gərginlik yaradır və bu vəziyyət stress səviyyəsinin artmasına səbəb olur. Stress təkcə psixoloji deyil, fiziki olaraq da özünü göstərə bilər. Məsələn, kürəkdə sinir ağrıları, boyun tutulması və ümumi halsızlıq bu proseslə əlaqələndirilir.
Göz torlu qişasının qorunmasında lutein və zeaksantin mühüm rol oynayır. Bu maddələr mavi işığın zərərli təsirini azaltmağa kömək edir. Eyni zamanda omeqa yağ turşuları göz quruluğunun və iltihabın azalmasına dəstək verir.
Bu məqsədlə aşağıdakı məhsullar gündəlik dəstək kimi istifadə oluna bilər:
Venatura Zeaksantin Lutein Resveratrol Vitamin C N30 cap
Olimp Gold Omega 3 N90 cap

