Təhsil 365 - Logo Mobile

BDU-nun Astrofizika kafedrası: Aprelin 16-25-də Lirid meteor yağışı olacaq

7208.04.2026 - 17:36
BDU-nun Astrofizika kafedrası: Aprelin 16-25-də Lirid meteor yağışı olacaq

Aprelin 16-dan 25-dək Lirid meteor yağışı müşahidə ediləcək. Xalq arasında “ulduz axını” kimi tanınan bu hadisə Yer kürəsinin kosmosda hərəkəti zamanı kometdən qalan toz hissəciklərinin atmosferə daxil olub yanması nəticəsində yaranır.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından “Tehsil365"ə verilən xəbərə görə, Lirid meteor yağışının maksimum aktivliyi 21–22 aprel gecəsinə təsadüf edəcək. Bu zaman saatda orta hesabla 10–20 meteor müşahidə etmək mümkün olacaq, bəzi hallarda isə bu göstərici daha yüksək ola bilər. Meteorlar Yer atmosferinə çox yüksək sürətlə – təxminən 49 km/saniyə ilə daxil olur ki, bu da onların qısa müddətdə parlaq izlər buraxması ilə nəticələnir.

Lirid meteor yağışının əsas mənbəyi C/1861 G1 (Tetçer) adlı kometdir. Bu komet 1861-ci ildə amerikalı astronom A. E. Tetçer tərəfindən kəşf edilib və Günəş ətrafında çox uzun – təxminən 415 illik orbitə malikdir. Komet Günəşə yaxınlaşdıqca öz arxasında toz və kiçik kosmik hissəciklərdən ibarət iz buraxır. Yer hər il bu izdən keçərkən həmin hissəciklər atmosferə daxil olaraq yanır və Lirid meteor yağışını yaradır. Bu komet çox nadir halda görünür və növbəti dəfə yalnız təxminən 2276-cı ildə müşahidə ediləcək.

2026-cı ildə bu hadisə Bakı və ətraf bölgələrdə də müşahidə oluna biləcək. Bakı coğrafi baxımdan Şimal yarımkürəsində yerləşdiyi üçün Lirid meteor yağışı burada kifayət qədər yaxşı görünür. Ən yaxşı müşahidə vaxtı gecə yarısından sonra, xüsusilə saat 00:00-dan 05:00-a qədər olan interval hesab olunur. Bu saatlarda meteorların radiantının yerləşdiyi Lir bürcü üfüqdən yuxarı qalxır və müşahidə üçün əlverişli olur. Bununla belə, meteorları görmək üçün konkret bir nöqtəyə baxmaq vacib deyil, əksinə, səmanın geniş sahəsini izləmək daha effektivdir. Şəhər işıqları müşahidəni çətinləşdirdiyi üçün Abşeron yarımadasında daha qaranlıq ərazilərə çıxmaq tövsiyə olunur.

Bu il Ayın işıqlanma səviyyəsinin nisbətən zəif olması da müşahidə üçün əlverişli şərait yaradır və bu, meteorların daha aydın görünməsinə imkan verir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Sənaye sahəsində 300-dən çox vakansiya məzunları gözləyir08.04.2026 - 19:54
"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 19:48
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib08.04.2026 - 19:44
Bazar günü 52 mindən çox şagird imtahan verəcək08.04.2026 - 19:38
BMU tələbəsi təqaüd proqramının qalibi olub08.04.2026 - 19:32
DSX Xüsusi Məktəbinin V sinfinə imtahanın nəticələri AÇIQLANDI08.04.2026 - 19:24
Lirid meteor yağışı olacaq08.04.2026 - 19:18
Uşaqların uşaqlığını “əlindən almaq” hansı hallarda baş verir? – Ekspert danışdı08.04.2026 - 19:12
“Ağıllı uşaq” anlayışı nə dərəcədə doğrudur? – Məktəbəqədər ekspert açıqladı08.04.2026 - 19:05
Şagird geyimi ilə mədəniyyət: dünyadan fərqli məktəb FORMALARI08.04.2026 - 18:54
Şimşək, dolu, qar... - XƏBƏRDARLIQ08.04.2026 - 18:46
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 18:45
Yeni təyin olunan müdir müavinlərini TANIYAQ08.04.2026 - 18:38
Bu universitetdən tədbirlərin təşkili üçün 27 min manatlıq MÜQAVİLƏ08.04.2026 - 18:34
Biləsuvarda iki kənd məktəbi birləşdirilir? – Rəsmi AÇIQLAMA08.04.2026 - 18:30
Bir ailədən iki böyük UĞUR: Dünyanın ən nüfuzlu universitetlərinə QƏBUL OLDULAR08.04.2026 - 18:26
Rektor: 2030-cu ilədək tədrisin 80%-nin elektronlaşdırılması planlaşdırılır08.04.2026 - 18:20
Prezident Təlim Mərkəzinin açılışında iştirak edib08.04.2026 - 18:18
ETİHİ ilk həmkarlar ittifaqı sədrləri üçün istirahət təşkil edib08.04.2026 - 18:15
Naxçıvan Dövlət Universiteti Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb08.04.2026 - 18:14
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib08.04.2026 - 18:10
Balakəndə təşkil edilən intellektual yarışın qalibləri mükafatlandırılıblar08.04.2026 - 18:08
NDU nəzdində Gimnaziyanın 33 şagirdi fənn müsabiqələrində uğur qazanıb08.04.2026 - 18:02
Müasir şəhərsalma prosesi müzakirə olunub08.04.2026 - 18:00
Azərbaycan təhsilində gələcəyə hesablanmış addım: Qazaxıstana səfərin strateji əhəmiyyəti08.04.2026 - 18:00
Aprelin 12-də 53 min şagird buraxılış imtahanı verəcək08.04.2026 - 17:55
Təhsil eksperti Elçin Süleymanov: “Peşə təhsili əmək bazarına daha operativ çıxış imkanı verir”08.04.2026 - 17:55
Tələbələr sel risklərinə qarşı operativ hazırlıq barədə maarifləndirilib08.04.2026 - 17:52
ABŞ-nin texnologiya nəhəngləri Çin rəqiblərinə qarşı əməkdaşlığa başlayıblar08.04.2026 - 17:45
DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanının nəticələri AÇIQLANDI08.04.2026 - 17:45
“Ustad dərsləri” – qabaqcıl müəllimlər təcrübələrini paylaşır08.04.2026 - 17:44
Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib08.04.2026 - 17:36
Regionlarda məktəbdaxili metodik xidmətin monitorinqi aparılır08.04.2026 - 17:35
Gündəlik BSU-da Türkoloji tədqiqatların gələcəyi müzakirə olundu08.04.2026 - 17:30
“Azərbaycan florasının konspekti” kitabı hazırlanır08.04.2026 - 17:26
İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir08.04.2026 - 17:25
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ08.04.2026 - 17:20
Azərbaycan və Tacikistan arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir08.04.2026 - 17:18
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 17:15
İlahi həqiqətin elmi abidəsi: Nəsimi sözünün ensiklopedik təqdimatı08.04.2026 - 17:12
Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir08.04.2026 - 17:10
Memarlığın fizikası: bərpa və dayanıqlılıq08.04.2026 - 17:06
Milli Qəhrəman məktəblilərlə görüşəcək08.04.2026 - 17:05
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü fəaliyyətlər davam etdirilir08.04.2026 - 17:00
Ramin Nurəliyev – Təhsilin qısalması yox, uzadılması Azərbaycan üçün daha doğru seçimdir08.04.2026 - 17:00
ADU-da "TələbəPlus" kartı ilə bağlı infosessiya keçirilib08.04.2026 - 16:55
NDU Qazaxıstanın bir sıra ali məktəbləri ilə əməkdaşlığa başlayıb08.04.2026 - 16:45