Təhsil 365 - Logo Mobile

Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib

7208.04.2026 - 17:36
Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sabirabad Rayon Mədəniyyət Mərkəzində rayonun Muğangəncəli kəndindən olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Murad Mirzəyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.

Mil-Muğan Regional Mədəniyyət İdarəsindən “Tehsil365"ə verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, yerli idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım mərasimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev Milli Qəhrəman Murad Mirzəyevin şərəfli həyat və döyüş yolundan geniş bəhs edərək onun göstərdiyi igidlik və qəhrəmanlığın gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov çıxış edərək vurğulayıb ki, Vətən uğrunda canından keçən igid oğullarımızın xatirəsi hər zaman uca tutulur, onların göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi yaşayır.

Tədbir çərçivəsində Murad Mirzəyevin həyat və qəhrəmanlıq yoluna həsr olunmuş “Tarixin səhifələri” adlı kitabın təqdimatı keçirilib.

Kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-şairə Müləmail Murad çıxış edərək Aprel döyüşlərində göstərilən qəhrəmanlıqlardan danışıb, kitabın ərsəyə gəlmə məqsədi və məzmunu barədə ətraflı məlumat verib.

Milli Qəhrəmanın atası Telman Mirzəyev çıxış edərək oğlunun xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib.

Anım mərasimi çərçivəsində Milli Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən “Komandir” sənədli filmi nümayiş olunub və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Polis təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib08.04.2026 - 19:58
Sənaye sahəsində 300-dən çox vakansiya məzunları gözləyir08.04.2026 - 19:54
"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 19:48
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib08.04.2026 - 19:44
Bazar günü 52 mindən çox şagird imtahan verəcək08.04.2026 - 19:38
BMU tələbəsi təqaüd proqramının qalibi olub08.04.2026 - 19:32
DSX Xüsusi Məktəbinin V sinfinə imtahanın nəticələri AÇIQLANDI08.04.2026 - 19:24
Lirid meteor yağışı olacaq08.04.2026 - 19:18
Uşaqların uşaqlığını “əlindən almaq” hansı hallarda baş verir? – Ekspert danışdı08.04.2026 - 19:12
“Ağıllı uşaq” anlayışı nə dərəcədə doğrudur? – Məktəbəqədər ekspert açıqladı08.04.2026 - 19:05
Şagird geyimi ilə mədəniyyət: dünyadan fərqli məktəb FORMALARI08.04.2026 - 18:54
Şimşək, dolu, qar... - XƏBƏRDARLIQ08.04.2026 - 18:46
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 18:45
Yeni təyin olunan müdir müavinlərini TANIYAQ08.04.2026 - 18:38
Bu universitetdən tədbirlərin təşkili üçün 27 min manatlıq MÜQAVİLƏ08.04.2026 - 18:34
Biləsuvarda iki kənd məktəbi birləşdirilir? – Rəsmi AÇIQLAMA08.04.2026 - 18:30
Bir ailədən iki böyük UĞUR: Dünyanın ən nüfuzlu universitetlərinə QƏBUL OLDULAR08.04.2026 - 18:26
Rektor: 2030-cu ilədək tədrisin 80%-nin elektronlaşdırılması planlaşdırılır08.04.2026 - 18:20
Prezident Təlim Mərkəzinin açılışında iştirak edib08.04.2026 - 18:18
ETİHİ ilk həmkarlar ittifaqı sədrləri üçün istirahət təşkil edib08.04.2026 - 18:15
Naxçıvan Dövlət Universiteti Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb08.04.2026 - 18:14
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib08.04.2026 - 18:10
Balakəndə təşkil edilən intellektual yarışın qalibləri mükafatlandırılıblar08.04.2026 - 18:08
NDU nəzdində Gimnaziyanın 33 şagirdi fənn müsabiqələrində uğur qazanıb08.04.2026 - 18:02
Azərbaycan təhsilində gələcəyə hesablanmış addım: Qazaxıstana səfərin strateji əhəmiyyəti08.04.2026 - 18:00
Müasir şəhərsalma prosesi müzakirə olunub08.04.2026 - 18:00
Aprelin 12-də 53 min şagird buraxılış imtahanı verəcək08.04.2026 - 17:55
Təhsil eksperti Elçin Süleymanov: “Peşə təhsili əmək bazarına daha operativ çıxış imkanı verir”08.04.2026 - 17:55
Tələbələr sel risklərinə qarşı operativ hazırlıq barədə maarifləndirilib08.04.2026 - 17:52
DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanının nəticələri AÇIQLANDI08.04.2026 - 17:45
ABŞ-nin texnologiya nəhəngləri Çin rəqiblərinə qarşı əməkdaşlığa başlayıblar08.04.2026 - 17:45
“Ustad dərsləri” – qabaqcıl müəllimlər təcrübələrini paylaşır08.04.2026 - 17:44
BDU-nun Astrofizika kafedrası: Aprelin 16-25-də Lirid meteor yağışı olacaq08.04.2026 - 17:36
Regionlarda məktəbdaxili metodik xidmətin monitorinqi aparılır08.04.2026 - 17:35
Gündəlik BSU-da Türkoloji tədqiqatların gələcəyi müzakirə olundu08.04.2026 - 17:30
“Azərbaycan florasının konspekti” kitabı hazırlanır08.04.2026 - 17:26
İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir08.04.2026 - 17:25
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ08.04.2026 - 17:20
Azərbaycan və Tacikistan arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir08.04.2026 - 17:18
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 17:15
İlahi həqiqətin elmi abidəsi: Nəsimi sözünün ensiklopedik təqdimatı08.04.2026 - 17:12
Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir08.04.2026 - 17:10
Memarlığın fizikası: bərpa və dayanıqlılıq08.04.2026 - 17:06
Milli Qəhrəman məktəblilərlə görüşəcək08.04.2026 - 17:05
Ramin Nurəliyev – Təhsilin qısalması yox, uzadılması Azərbaycan üçün daha doğru seçimdir08.04.2026 - 17:00
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü fəaliyyətlər davam etdirilir08.04.2026 - 17:00
ADU-da "TələbəPlus" kartı ilə bağlı infosessiya keçirilib08.04.2026 - 16:55